9-07-2019, 09:48 Oxunub: 467

Azərbaycanda ağır yol qəzasında 8 nəfər ölüb – Foto

Azərbaycanda ağır yol qəzasında 8 nəfər ölüb – Foto

Masallıda “KAMAZ” markalı avtomobilin “Mercedes Vito” markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, toydan qayıdan Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi “KAMAZ” markalı avtomobillə toqquşub. hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, ölənlərin 2-si qadın, 3-ü kişi, 3-ü isə məktəblidir.

Qəzada xəsarət alan qadının 24 yaşı olduğu bildirilib.
Salyanda faciəvi qəza: mikroavtobusla avtokran toqquşdu - ölənlər və yaralananlar var Salyanda faciəvi qəza: mikroavtobusla avtokran toqquşdu - ölənlər və yaralananlar var Hadise Biləsuvarda ağır qəza: 4 nəfər öldü — YENİLƏNİB Biləsuvarda ağır qəza: 4 nəfər öldü — YENİLƏNİB Hadise Ölkə ərazisində baş verən yol qəzaları ağır nəticələrlə yadda qalıb - Foto Ölkə ərazisində baş verən yol qəzaları ağır nəticələrlə yadda qalıb - Foto Hadise Yol qəzaları 4 nəfəri canından edib, 2 nəfər yaralıdır - Foto Yol qəzaları 4 nəfəri canından edib, 2 nəfər yaralıdır - Foto Hadise İmişlidə iki maşın toqquşub, ölən və xəsarət alanlar var İmişlidə iki maşın toqquşub, ölən və xəsarət alanlar var Hadise