12-08-2019, 12:30 Oxunub: 581

Bakıda qısqanc ər keçmiş arvadını öldürmək istədi — MƏHKƏMƏ

Bakıda qısqanc ər keçmiş arvadını öldürmək istədi — MƏHKƏMƏ

Bakıda arvadını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Sənan Seyidov barəsində olan hökmdən apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyir.
Onun şikayətinə avqust ayının 14-də hakim Kamran Əkbərovun sədrliyi ilə keçriləcək məhkəmə iclasında baxılacaq.

Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü R.İsayeva yaşadığı evdə keçmiş əri S.Seyidov ilə mübahisə edib.

O, qısqanclıq zəminində qadına bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Daha sonra Xəzər Rayon Polis İdarəsinin əməkdaşlar tərəfindən hadisəni törədən S.Seyidov saxlanılıb. İstintaq orqanı tərəfindən S.Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Tanınmış həkim və arvadını öldürən bağbanın şikayəti təmin edilmədi — MƏHKƏMƏ Tanınmış həkim və arvadını öldürən bağbanın şikayəti təmin edilmədi — MƏHKƏMƏ Hadise Dostunun xalasına “əxlaqsız” deyəni çay kənarına aparıb bıçaqladı – TƏFƏRRÜAT Dostunun xalasına “əxlaqsız” deyəni çay kənarına aparıb bıçaqladı – TƏFƏRRÜAT Kriminal Bakıda ərdə olan bacısını başqa kişi ilə yaxalayan qardaşdan YENİ XƏBƏR Bakıda ərdə olan bacısını başqa kişi ilə yaxalayan qardaşdan YENİ XƏBƏR Kriminal Lökbatanda dəhşətli cinayət — Arvadını başqa kişi ilə danışdığına görə öldürdü Lökbatanda dəhşətli cinayət — Arvadını başqa kişi ilə danışdığına görə öldürdü Kriminal Bakıda kriminal avtoriteti öldürənlə bağlı SON QƏRAR Bakıda kriminal avtoriteti öldürənlə bağlı SON QƏRAR Hadise