3-09-2019, 09:44 Oxunub: 455

Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq zərbəsi vurub

Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq zərbəsi vurub

Binəqədi rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızı yoldaşı İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu tərəfindən bıçaqlanıb. R.Mahmudova 14 bıçaq xəsarəti alıb.

Daha sonra S.Quliyev baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına beş bıçaq zərbəsi vurub. Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.

Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Həkimlərin APA-ya verdiyi məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirib və onun vəziyyəti ağırdır.

Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
Binəqədi rayonunda 24 yaşlı gənc bıçaqlanıb Binəqədi rayonunda 24 yaşlı gənc bıçaqlanıb Kriminal Bakıda dəhşətli hadisə - Qıza 16 bıçaq vurdular Bakıda dəhşətli hadisə - Qıza 16 bıçaq vurdular Hadise Ağsuda kütləvi bıçaqlanma: Dörd nəfər ağır yaralanıb Ağsuda kütləvi bıçaqlanma: Dörd nəfər ağır yaralanıb Hadise Ağdaşda faciə: İki bacı öldü, ata və oğulun vəziyyəti ağırdır Ağdaşda faciə: İki bacı öldü, ata və oğulun vəziyyəti ağırdır Hadise Bakıda bir gündə 3 nəfər bıçaqlanıb Bakıda bir gündə 3 nəfər bıçaqlanıb Kriminal