Eldar Mahmudovun “gizli silahı” - MTN SABİQ NAZİRİ ŞƏKİLLƏRLƏ HƏBS EDİB
Kriminal
Oxunub: 1 487
4 sen 2019 | 17:20
Eldar Mahmudovun “gizli silahı” - MTN SABİQ NAZİRİ ŞƏKİLLƏRLƏ HƏBS EDİB

Azərbaycanın tanınmış vəkillərindən biri Adil İsmayılovun MTN cinayətləri, xüsusilə,sabiq nazir Nicat Quliyein və bu sətirlərin müəllifi olan – bəndənizin həbsi ilə bağlı açıqladığı faktlar geniş rezonansa səbəb oldu.

Xatırladaq ki, Adil İsmayılov mərhum həmkarı Ekton Quliyevin MTN-nin ayrı-ayrı zamanlarda həbs etdiyi Nicat Quliyevə və bəndənizə sırıdığı silahların eyni qutuya məxsus olması, habelə,həmin silahların sadəcə səs tipli olması barədə üzə çıxardığ sənədləri açıqladı.

Təkcə, bu fakt kifayyət edirdi ki, hər iki şəxsə qarşı ortada böyük bir cinayətin izinə düşülsün və bu işdə rolu olan MTN əməkdaşları ilə yanaşı, istintaq orqanının, istintaqa nəzarət edən orqanın və işi aparan hakimlərin məsuliyyəti müəyyən edilsin.

Ancaq gördüyümüz kimi bu baş vermədi.
Eldar Mahmudovun “gizli silahı” - MTN SABİQ NAZİRİ ŞƏKİLLƏRLƏ HƏBS EDİB
Ona 11 il ərzində millətin və dövlətin təhlükəsizliyinin təminatı kimi şərəfli bir vəzifə həvalə edilmişdi. General-polkovnik rütbəsinə qədər yüksəlmişdi.

Amma onun qədər təsadüfən belə bir yüksək rütbəyə layiq olmayan başqa bir kəs xatırlanmır. Qəddarlıqda da bu əcaib generalla həmkarları arasında rəqabət apara biləcək insan görülmədi.

11 il ərzində onun işi-gücü yalnız və yalnız günahsız insanları məhv etmək idi. Bir gülləsi belə hədəfdən yan keçmədi. Onun qurbanlarının sayı-hesabı yoxdur.

Təbii ki, söhbətin Eldar Mahmudovdan getdiyini bilirsiniz.

Aşağıda yazacağım hadisə barədə bir qədər məlumatlısınız. Mən bu olayı agah olan insanların söylədikləri əsasında qələmə almaq qərarına gəldim. Səbəbi isə bu hadisədə gözdən yayınan fövqəladə mühüm bir cəhət və mənim “iş”imə də bilavasitə təsir etməsi ilə bağlı olmasıdır.

Haqqında söz saldığım insan Azərbaycanın sabiq xarici əlaqələr naziri Nicat Quliyevdir.

Abşeronun isti avqustunda Ramazan bayramının arifəsində bütün günü Novxanıdakı evində təsərrüfat işləri ilə məşqul idi. Axşamüstü ailəsinin xidmətində duran maşına minib alış-veriş üçün yaxınlıqdakı mağazaya yollandı. Bir detalı yaddaşınıza həkk edin: söhbət onun şəxsi maşınından deyil, ailəsinin xidmətində duran minik avtomobilindən gedir. O ilk dəfə idi ki, şəxsən bu maşının sükanının arxasında oturmuşdu. Bir qayda olaraq bu maşını ailə sürücüsü idarə edirdi.

Uzun sözün qısası, maşını mağazanın önündə saxlayıb, mağazaya girib piştaxtaya yaxınlaşdı. Elə bu vaxt onu mülki geyimdə olan tanımadığı bir neçə adam əhatəyə aldı. Qaraqabaq və azdanışan idilər. Bu cəhətlər onların kohvoy peşəsinin sahibləri olduqlarından xəbər verirdi.

– Bizimlə gəlin!

Peşəkarcasına qollarını burub əllərini qandalladılar. Anladı ki, bürkülü Abşeron axşamında həyatını cəhənnəmə çevirəcək bu adamların onunla heç bir şəxsi qərəzləri yoxdur. Onlar hansısa yüksək mənsəb sahibinin əmrini yerinə yetirirlər. Əməliyyat qrupu üzvlərinin sonrakı hərəkətləri ona vəziyyətin ciddiliyini bir daha nümayiş etdirdi. Onu hər tərəfdən mühasirəyə almışdılar. Özlərinə də çox arxayın idilər. Tapşırılan şəxsi ələ keçirdiklərindən məmnunluqlarını gizlətmirdilər.

Təxminən yarım kilometr yol getdikdən sonra maşını kəndin mərkəzində saxlayıb onun gəldiyi minik avtomobilinin salonunda qurdalandılar. Nəzərə alın ki, mülki geyimli bu naməlum şəxslər nə bir rəsmi sənəd, nə də heç olmasa şifahi şəkildə özlərini təqdim etməmişdilər. Hüquq mühafizə orqanları əməkdaşlarının bu cür qəribə, daha doğrusu qanuna zidd iş üslubu ilə tanış olan təcrübəli adamlar belə davranış tərzinin təxribat xarakteri daşıdığını çox gözəl bilirlər. Əslində insanı bu cür qanuna zidd hərəkətlərə qarşı müqavimət göstərməyə təhrik edirlər. Sonra isə bu müqavimət ittiham olunan şəxs tərəfindən təqsirin etirafı kimi dəyərləndirilir. Yeri gəlmişkən, deyirdilər ki, o hər bir addımının hüquqi nəticələrini əvvəlcədən hesablayırdı. Tez-tez təkrar edərmiş: “Qanunu bir dəfə pozmaq olmur. Çünkü bu tez bir zamanda vərdişə çevrilə bilən günahlardandır”.

Onun tutulub saxlanılması və axtarışın qanuniliyini təsdiq edəcək hər hansı bir sənədin təqdim edilməsi ilə bağlı israrlı tələbləri cavabsız qaldı. Kimisi susdu, kimisi isə dodaqaltı mırıldadı. Onu ayaqlarında şap-şap, elə bağ geyimində maşına oturdub Milli Təhlükəsizlik Nazirliyinə apardılar.

Tanış olun, “Makarov”!?
Eldar Mahmudovun “gizli silahı” - MTN SABİQ NAZİRİ ŞƏKİLLƏRLƏ HƏBS EDİB
– Sizin maşının oturacağının altından sandıqçasında səkkiz ədəd 9х18mm kalibrli döyüş patronu olan “Makarov” markalı odlu döyüş tapançası tapılıb. Bu faktla bağlı nə deyə bilərsiniz?

Bu isti avqust günü o hələ bilmirdi ki, onun parlaq tərcümeyi-halının yeni və uzun bir mərhələsi başlayır. Günlər aylara, aylar isə illərə çevriləcək. Heç bir əsası olmayan bu sual isə onun bütün həyatını və özünün müəllifi olduğu aforizmdə ifadə olunan həyat fəlsəfəsini alt-üst edəcək: “Rahat yaşamaq istəyirsinizsə, qanunlara riayət edin!”.

– Yeri gəlmişkən, həmin silaha nəzər salmaq olarmı? Müstəntiq dinməz-söyləməz onun qarşısına bir neçə rəqəm yazılmış vərəqi qoydu. Hətta təcrübəli ekspertlər belə bu rəqəmlərə görə ona “sırınmaq” istənən silahın markasını müəyyənləşdirə bilməzdilər. Onun baş verənlərə cavab reaksiyası belə oldu: həmin avqust axşamı da, sonrakı dirdirmələrdə də, məhkəmədə də, o, MTN-nin zalım əməllərinə etiraz olaraq, Mahmudov ittihamçılarına ifadə verməkdən imtina etdi. Vəkil dostalarının bəyanatla çıxış etmək təklifinə cavabı isə heyrətamiz qarşılansada onları heç təəcübləndirmir: “Dövlət orqanına sıza bilmiş bu ünsurlar dövlətin adını ləkələyirlər. Bu tiplərə fürsət verilməməlidir və sizdən onları ifşa etməyinizi xahiş edirəm!”.

Həbs olunduğu ilk gün vəkillərindən həlli müşkül bir məsələnin aydınlaşdırılmasını tələb edir: “Bu silahların haradan peyda olduğuna aydınlıq gətirin”. Nə istintaq, nə də məhkəmə zamanı nə onun özünə, nə də onun vəkillərinə onda güya aşkar edilniş silahı – maddi sübutu göstərmədilər. Onun hüquqşünas dostlarını təəccübləndirmək çox çətin məsələ idi. Axı peşəkar fəaliyyətləri illərində o qərər əcaib hadisələrin şahidi olmuşdular ki… Amma bir dəfə də olsun cinayət işində maddi sübutun onun nömrəsinin şəkli ilə əvəz olunması ilə qarşılaşmamışdılar. Elə bil ki, söhbət döyüş silahından deyil, adi stuldan və ya tütün kisəsindən gedirdi. Vəkillər həmkarları ilə birlikdə bu silahların izinə düşmək üçün yüzlərlə cinayət işini ələk-vələk etmək məcburiyyətində qaldılar. Daxili işlər nazirliyindən daxil olan cavabla tanış olanda, onlar, yəni həyatın hər üzünü görmüş keçmiş müstəntiqlər olaraq bədbinlik və ümüdsizliyə qapandılar. Sən demə, bu silahın gerçək hekayəti formaca maraqlı, məzmunca dəhşətli detektivmiş.

Sən demə istintaqın təqdim etdiyi tapança nömrəsi nəinki döyüş, hətta odlu silaha belə aid deyilmiş. General Mahmudovun yetirmələri ilə müqayisədə dəfələrlə güclü təxəyyülə malik olan adamlar belə onun bütün xüsusi təyinatlılarının, o cümlədən, kriminalların sevimli və məşhur silahı – xalq arasında “Makar” adlandırılan tapançalardan biri olduğunu iddia edə bilməzdilər. Sən demə, istintaqın ən vacib “maddi sübutu” olan “Makar” 2010-cu ildən başlayaraq Rusiyanın İjevsk şəhərindəki “İjevsk mexaniki zavodu” tərəfindən buraxılan zərərsiz МR-371 markalı siqnal (səs) tapançasıymış. Amma bir sual hələ də cavabsız qalırdı: MTN-nin “Makarov” markalı döyüş silahı kimi sırımaq istədiyi siqnal tapançası haradan peyda olmuşdu. Məsələyə aydınlıq gətirmək üçün, məşhur vəkilimiz, mərhum Elton Quliyev Rusiyanın İjevsk şəhərinə yola düşdü. İstehsalçı zavodun arxivində aşkarlanmış qaimələrdən məlum oldu ki, bu siqnal tapançalarından MTN-nin müxtəlif vaxtlarda açdığı digər cinayət işlərində, o cümlədən mənim “iş”imdə də istifadə olunub. Başqa sözlə desək, bu siqnal tapançaları MTN-nin ixtiyarında imiş. Bu tapançalardan Mahmudov yetirmələrinin necə və nə üçün istifadə etdikləri artıq sizə də aydındır.

MTN-nin istintaq orqanı DİN-nin təqdim etdiyi rəsmi sənəddə əksini tapmış arqumentlərlə razılaşaraq rəqəmlərini hamının gözünə soxduğu “maddi subutun” mənşəyini izah edən yeni bir versiya uydurdu. Dünənə qədər bu oyuncağın “Makarov” tapançası olduğunu iddia edən MTN ekspertləri utanıb-qızarmadan bildirdilər ki, siqnal tapançasını “təkmilləşdirərək” “Makara” çeviriblər. Ekspertlər iddia edirdilər ki, siqnal tapançasının lüləsi dəyişdirilib, sandıqcası, onun öturücü lövhəsi yonularaq 9х18 мм kalibrli güllələrin yerləşdirilməsi üçün yararlı hala salınıb. Opponentlərimiz özlərindən çox razı idilər. Axı düşünürdülər ki, çox mürəkkəb bir hüquqi problemin öhdəsindən uğurla gəliblər. Onun verdiyi yeni tapşırığı ilə vəkilləri bu problemin də həllinə girişdilər və Elton Quliyev bir daha İjevskə səfərə yollandı. Nəticədə MTN-nin işinə İjevskdəki istehsalçı zavodun vəkil sorğusuna geniş cavabı əlavə olundu. MTN müstəntiqlərinin odlu döyüş silahı kimi təqdim etdikləri siqnal tapançasının Rusiya istehsalçısı onun bir cəhətini də xüsusilə qeyd etdilər. SƏN DEMƏ МR-371 MARKALI TAPANÇA ÜÇÜN ADİ GÜLLƏLƏR DEYİL, ONLARIN KALİBR İŞARƏLƏNDİRİLMƏSİ OLMAYAN PLASTMASS ƏVƏZLƏYİCİLƏRİ İSTEHSAL OLUNUR. SÖHBƏT İÇİNDƏ MÜVAFIQ KAPSULLAR YERLƏŞDİRİLƏN PLASTMASS PATRONLARDAN GEDİR VƏ MP-371 MARKALI SİQNAL TAPANÇASININ SANDIQCASINDA NƏİNKİ 8 (SƏKKİZ) HEŞ 1 (BİR) ƏDƏD BELƏ 9Х18 ММ KALİBRLİ GÜLLƏ YERLƏŞDİRİLMƏSİ MÜMKÜN DEYİL.

Epiloq əvəzinə

Yada salmaq istəyirəm ki, onun ilk dəfə sükanı arxasına oturduğu maşında Mahmudovun çekistləri güya sandıqcasında səkkiz ədəd 9х18mm kalibrli döyüş gülləsi olan “Makarov” markalı tapança (oxu – siqnal tapançası) tapmışdılar. Bu cür – sandıqcası hec bir ədəd belə döyüş gülləsi tutmayan tapanca “tapıntısı” əsasında dostum MTN zindanına gömülmüşdü. General Mahmudov öz əlaltıları ilə birlikdə bu siqnal tapançalarından istifadə edərək nə qədər insanı bədbəxt etdiyini, nə qədər günahsızı MTN zindanlarına göndərdiyini təsəvvür etmək belə çətindir. İnanmıram ki, onlar özləri nə vaxtsa bu barədə düşünsünlər. Amma məsələnin başqa tərəfi də var. Bilmək istərdim ki, bir adi oyuncaq qədər təhlükəsiz olan bu siqnal tapançaları hesabına Mahmudov və onun ətrafı nə qədər qazanc əldə edib. Daha doğrusu, siqnal tapançalarının nömrələrinin şəkilləri hesabına!!!

Mahmudov İstintaqı işi “müvəffəqiyyətlə” başa çatdıraraq onu üç il həbsdə tutdular. BAŞIBƏLALI SİQNAL TAPANÇASININ NÖMRƏSİNİN ŞƏKLİ DƏ “İŞ”İN ƏSAS MADDİ SÜBUTU OLDU. SİQNAL TAPANÇASININ NÖMRƏSİNİN ŞƏKLİ…

Biz general Mahmudov adlanan dəhşətin və onun şərləmə işlərinin içtirakçılarının ifşasının necə sonuclanacağını bilmirik. Bu tiplərin özbaşınalıqlarının qurbanlarının sayının müəyyən edilib-edilməyəcəyini də deyə bilmərik. Amma o həbsdə olarkən durmadan bir cümləni təkrarlayarmış: “Onlar o qədər mənəviyyatsızlaşıblar ki, hətta uşaqlara və qadınlara hücum etməyi özlərinə rəva bilirlər”. (Həbs edildiyi günün gecəsi MTN-nin onlarla silahlı əməkdaşı onun Novxanı kəndindəki evinə basqın etmişdilər. Evdə isə həyat yoldaşından və iki qızından başqa bir kimsə yox idi).

Prezident Heydər Əliyev hökümətində Azərbaycanın xarici iqtisadi əlaqələr nazirliyinə rəhbərilik etmiş, sonradan Gürcüstanda yüksək dövlət vəzifəsinə dəvət edilmiş Nicat Quliyev, onu yaxından tanıyanlar üçün özünə və başqalarına hörmət nümunəsidir, bəziləri üçün uğurlu karyera simvoludur, digərləri üçün isə qəsbkarlığa dəvətdir. Deyirlər ki, o, çox ağır bir dilemma qarşısında qalmışdı: ya öz həyat prinsiplərindən imtina edib bu dönüklərin cibini doldurmalı, ya da, bütün təhdidlərə rəğmən, sona qədər mübarizə aparıb silah saxlaması ilə bağlı həyasızcasına irəli sürülən ittihamların böhtan olduğunu sübut etməli, Mahmudov MTN-i adlanan kriminal yuvasının iç üzünü açmalı idi. Bəziləri deyə bilərlər ki, həyatını həbsxanada çürütməkdənsə, onların istədiklərini vermək daha ağıllı hərəkət olardı. Bu dünyanı dəyişmək sənə qalmayıb ki… Amma azğınlara özündə “Yox!” demək gücünü tapa biləcək insan olmalı. Və görürük ki, Nicat Quliyev bu yolu daha düzgün hesab etdi.

Gürcüstanın Acara bölgəsinin Kobuleti və Batum şəhərlərini birləşdirən məhşur Botanik bağın altından keşən avtomobil tuneli var. Deyirlər ki, Acara xalqı bir əsirdən artıq bu tunelin inşa edilməsini arzu edirmiş. Bu yoldan keçərkən məni qürür və iftixar hissi bürüyür. Yerli əhali bu yolu bizim həmyerlimiz Nicat Quliyevin adıyla adlandırır. Çünkü qonşu xalgın 100 illik arzusunu qerşəkləşdirən məhz o olmuşdur.

Həyat həqiqətən, başdan-başa bir sınaqdır. Nicat Quliyev öz keşməkeşli həyatının məhbuslu iztirablı imtahanından da başıuca çıxdı.

Rəhmətlik Elton Quliyev qəzəbini boğa bilmirmiş, durmadan təkrar edirmiş: “Bu cür insana qıymaq olar?! Əhməd Cavadın adı ilə bürünmüş evə, onun məsum ailəsinə basqın etmək olar?! Heç cür ağla sığmır…

Allah cəzalarını versin…

Hər kəsə oz əməlinə görə!!!”.

Elton bəyin inamı güclü imiş. MTN ləğv edildi.

Mən İnanıram ki, gün gələcək Mahmudov MTN-nin qədərini onun cinayət “iş”ləri də təkrarlayacaq.

Əminəm ki, Nicat Quliyev də buna inanır…
Pərviz Həşimli //Gununsesi.org//
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ