Bakıda 11 yaşlı qızın diri-diri yanması ilə bağlı — ŞOK İDDİA - VİDEO
Kriminal
Oxunub: 1 708
1 okt 2019 | 11:51
Bakıda 11 yaşlı qızın diri-diri yanması ilə bağlı — ŞOK İDDİA - VİDEO

Gülərüz və sevgi dolu biri idi. Hələ həyata doğru ilk addımlarını atırdı. Lakin baş verən bədbəxt hadisə nəticəsində gözlərini əbədi olaraq yumdu həyata - qoxladığı güllər kimi ağ və təmiz olan Firuzə.
APA TV olaraq hadisə yerinə getdiyimizdə qonşuların dəhşətli ittihamlarını eşitdik: “Bu paltarlar da uşağın paltarlarıdır. Uşaq çox mərifətli, qanacaqlı uşaq idi. Elə axşamacan bu həyətdə öz-özünə gəzirdi o tərəf-bu tərəfə. Yəni baxımsız bir uşaq idi. Yeməyini də ki, qonum-qonşuda yeyirdi. Yəni baxılmırdı uşağa. Ev də bu vəziyyətdə. Valideyn baxmırdı. Axırda da uşaq evin içində tələf oldu getdi”.

Mənzildə tək olan Firuzə Ələkbərova yanğın zamanı dünyasını dəyişdi. Cəmi 11 yaşı vardı. Yaşıdları oxumaq eşqi ilə yananda, o, dörd divar arasında yandı:

“Hadisə ötən gün axşam saatlarında gördüyünüz bu 30 kv. metrlik ərazidə baş verib. Hadisə şahidlərinin - yəni, qonşuların bildirdiyinə görə, qız yanğın baş verən vaxtı evdə yatmış vəziyyətdə olub. Elə onun meyitini çıxaranda da necə yatmış vəziyyətdə idisə, o cür də çıxarıblar”.

Yanğın paytaxtın Binəqədi rayonu, Söyüdlər yaşayış massivi, 6-cı məhəllədə baş verib. Birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın kəşfiyyatı zamanı Firuzənin yanmış meyiti aşkar olunub.

Qonşular deyir ki, uşağın bu vəziyyətə düşməsinin əsas səbəbi anasının məsuliyyətsizliyi və onu evdə tək qoymasıdır:

“Saat haradasa 2-yə qalmış 10 dəqiqə mən ayıldım yuxudan, gördüm şifer partlayır. Çıxdım FHN-ə zəng eləməyə, uşaqlar FHN-ə zəng vurdular. Qaçdım ki, xətti kəsim. FHN gəldi, söndürdü. Uşaq da evdə tək olub. Elə bilirdim qonşudadır. Qonşuya qaçdıq, soruşduq, dedilər bizdə deyil. Gəldik, gördük uşaq yanıb içəridə, kül olub. Ayaqları yanmışdı, bir dənə qarın hissəsi qalmışdı”.
“Uşağını hər gecə yiyəsiz qoyurdu. Çıxıb gedirdi öz kefinə. Nə vaxtsa - 3 gün tez, 5 gün gec, bu ev yanmalı idi. Nə isə bir hadisə baş verməli idi. Çünki sahibsiz evdə yetkinlik yaşına çatmayan bir uşağı yiyəsiz qoyanda necə olmalı idi? Yiyəsiz evdə yüz faiz belə olacaqdı”.

Məsələ ilə bağlı əvvəlcə anası Zəminə Allahverdiyeva ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefonunu söndürdüyünə görə danışmaq mümkün olmadı. Daha sonra atası ilə əlaqə saxlamağa çalışdıq. Telefon zənginə Firuzənin əmisi cavab verdi.

Mərhumun bibisi və nənəsi iddia edir ki, bu hadisə qəsdən edilib, Firuzə öldürülüb.

Əmisinin dediyinə görə, bir ay bundan öncə Firuzə atasına zəng edərək, onu aparmasını istəyib.

Faktla bağlı araşdırma davam edir.
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE