DTX Əfqanıstan, Pakistan və Suriyada təlim keçmiş terrorçu dəstəni zərərsizləşdirib – VİDEO,FOTOLAR
Kriminal
Oxunub: 1 722
12 okt 2019 | 16:51
DTX Əfqanıstan, Pakistan və Suriyada təlim keçmiş terrorçu dəstəni zərərsizləşdirib – VİDEO,FOTOLAR

Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kompleks mübarizə tədbirləri davam edir.

DTX-nin İctimai əlaqələr şöbəsindən “Minval.info”ya verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.
DTX Əfqanıstan, Pakistan və Suriyada təlim keçmiş terrorçu dəstəni zərərsizləşdirib – VİDEO,FOTOLAR
Bəhram Güləliyev

Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistan İslam Respublikasında saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasına ekstradisiya edilib.

Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan Respublikasının vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.
DTX Əfqanıstan, Pakistan və Suriyada təlim keçmiş terrorçu dəstəni zərərsizləşdirib – VİDEO,FOTOLAR
Telman Süleymanov

Davam edən araşdırmalarla Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, habelə onunla eyni vaxtda həmin terror qruplaşmalarının tərkibində Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu ifşa olunaraq saxlanılıblar.
DTX Əfqanıstan, Pakistan və Suriyada təlim keçmiş terrorçu dəstəni zərərsizləşdirib – VİDEO,FOTOLAR
Elçin Qasımov

Həmçinin beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə hazırda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmiş, 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlunun 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriya ərazisinə keçərək terror təşkilatına daxil olduğu, həmin cinayətkar birliyin tərkibində Suriyanın Cerablus, Rakka və digər şəhərlərində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirakı müəyyən edilib.
DTX Əfqanıstan, Pakistan və Suriyada təlim keçmiş terrorçu dəstəni zərərsizləşdirib – VİDEO,FOTOLAR
Rasi Abbasov

Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti bir daha Azərbaycan Respublikasının vətəndaşlarını hər hansı formada qanunsuz silahlı birləşmələrə cəlb edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb ediləcəkləri barədə xəbərdarlıq edir və radikal dini ideoloji təsir altına düşmüş vətəndaşları belə qanunsuz silahlı birləşmələrə qoşulmamağa çağırır.
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır