29-11-2019, 21:46 Oxunub: 320

Təkcə bir maddəsinə görə 15 il cəza düşürdü... - ETİRAZ

Təkcə bir maddəsinə görə 15 il cəza düşürdü... - ETİRAZ


"Gununsesi.org" saytının rəhbəri, keçmiş MTN şefinin birbaşa göstərişi ilə qanunsuz mühakimə olunmuş Pərviz Həşimlinin dünənki olaya reaksiya-yazısını təqdim edir:

"Azərbaycanın məhkəmə hüquq sistemindəki islahatların dərinləşdirilməsi barədə ölkə rəhbərinin fərmanı deyəsən fərqli və özünəməxsus şəkildə həyata keçirilir.

Dünən Azərbaycanın məhkəmə tarixində daha bir rüsvayçı hökmün şahidi olduq.

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan sabiq MTN şefi Eldar Mahmudovun əmisioğlu və köməkçisi Vüqar Mahmudov azadlığa buraxıldı.
Təkcə bir maddəsinə görə 15 il cəza düşürdü... - ETİRAZ
O, Mahmudov ki, ölkə rəhbəri İlham Əliyev “reket dəstə yaratmışdılar” deyərək, MTN adlı nazirliyi ləğv etdi.

Düzdür, nazirliyin ali zabit heyətinə daxil olan 21 nəfər ağır cəzalara məhkum olunsalar da mütəşəkkil cinayətkar dəstənin başçısı Eldar Mahmudov məsuliyyətdən yaxa qurtara bildi. Əmisi oğlu Vüqar isə həbs həyatı çox az yaşadı. Baxmayaraq ki, həbsdə olan əksər MTN işçiləri belə Vüqar Mahmudovun əleyhinə ifadələr vermişdi.

Hakim Elbəyi Allahverdiyevin ölkənin ədalət sisteminə son hökmüylə tüpürməsi təbii ki, onun başı üçün olmayan bir şeydir.

Eldar Mahmudovun həbsinə imkan verməyənlər onun əmisioğlunu da xilas etdilər.

Diqqətinizə Vüqar Mahmudovun ittiham olunduğu cinayətlərin sayını təqdim edirəm. Onun ittiham olunduğu 182.3.2 (Hədə qorxu ilə tələb etmə) 10 ildən 15 ilə qədər həbs nəzərdə tutur.

Onun digər cinayətləri isə bunlardır: 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə)".
Sabiq MTN şefinin ad günündə məhkəmənin Vüqar Mahmudovu azad etməsi təsadüfdürmü? - İLGİNC Sabiq MTN şefinin ad günündə məhkəmənin Vüqar Mahmudovu azad etməsi təsadüfdürmü? - İLGİNC Kriminal Eldar Mahmudovun əmisi oğlunun məhkəməsində müəmmalı sükut Eldar Mahmudovun əmisi oğlunun məhkəməsində müəmmalı sükut Siyaset Eldar Mahmudov “dustaqlıqdan çıxdı” iddiası - İLGİNC Eldar Mahmudov “dustaqlıqdan çıxdı” iddiası - İLGİNC Hadise Eldar Mahmudov ölkədən 1 milyard pul çıxarıb Eldar Mahmudov ölkədən 1 milyard pul çıxarıb Hadise Eldar Mahmudov həbs edilir Eldar Mahmudov həbs edilir Siyaset