Azərbaycanda DƏHŞƏT: 1 ailənin 5 üzvü faciəvi şəkildə öldü – ŞOK TƏFƏRRÜAT
Kriminal
Oxunub: 1 468
7 dek 2019 | 22:22
Azərbaycanda DƏHŞƏT: 1 ailənin 5 üzvü faciəvi şəkildə öldü – ŞOK TƏFƏRRÜAT


Dekabrın 1-də Şəmkir rayonunda “Mitsubishi Pajero” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində baş verən ağır yol QƏZASININ təfərrüatı məlum olub.

“Report” xəbər verir ki, 1-i azyaşlı olmaqla 5 nəfərin öldüyü qəza ilə bağlı araşdırmalar davam etdirilir.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, “Mitsubishi” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Abdıyev Tural Aydın oğlu toydan çıxaraq taksi ilə evinə gedib. O, evə çatdıqdan sonra özünə məxsus avtomobilə əyləşərək siqaret almaq üçün marketə yollanıb. Sərxoş vəziyyətdə olan T.Abdıyev idarəetməni itirərək “VAZ-21011” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-21011” markalı avtomobildə olan sürücü və onun ailə üzvləri ölüb.

Qəzanı törədən sürücü barəsində isə cinayət işi başlanılıb və o, həbs edilib.

Məlumata görə, “VAZ-21011” markalı avtomobildəki sürücü və ailəsi, eləcə də qəza törədən sərxoş sürücü eyni toy məclisində olublar. “VAZ-21011” markalı avtomobilin sürücüsü sərxoş sürücünün yeznəsinin qardaşı, ölənlərdən biri isə elə öz yeznəsidir.

Bu hadisə son günlərin vacib və aktual bir məsələsini gündəmə gətirib. Belə ki, ilin son aylarında toy mərasimlərinin tez-tez keçirilməsi səbəbindən sərxoş sürücülərin iştirakı ilə baş verən yol qəzalarının sayının artması müşahidə olunur. Lakin nədənsə sərxoş sürücülərin qəza törətməmiş vaxtında aşkarlanması üçün Dövlət Yol Polisi əməkdaşlarının restoranların, kafelərin, şadlıq saraylarının və digər istirahət obyektlərinin yaxınlığında nəzarəti gücləndirərək reydlər keçirməsi bəzi insanların narazılığına səbəb olur və ictimai qınaq lazımi istiqamətə yönəldilmir. Yəni bəzi şəxslər sosial şəbəkələrdə qaraguruh salaraq bu təhlükəsizlik tədbirlərini əhalinin incidilməsi kimi qələmə verməklə, bəlkə də, özləri də bilmədən sürücülərin sərxoş vəziyyətdə avtomobil idarə etmələrinə şərait yaratmış olurlar.

Yol polisi isə hesab edir ki, vətəndaşlar da bu məsələyə düşünülmüş şəkildə yanaşmalı, sürücülərin sükan arxasına sərxoş vəziyyətdə əyləşməsinə yol verməməli, bu işdə aktivlik göstərməli, lazım gələrsə, sərxoş sürücülər barədə polisə məlumat verməlidir: “Heç kim istəməz ki, yaxını, tanışı içkili halda maşın sürüb faciə törətsin. Ona görə də vətəndaşlar özləri bu cür insanları sükan arxasına keçməkdən çəkindirməli, nəyin bahasına olursa olsun həmin şəxslərin avtomobil idarə etməsinə imkan verməməlidirlər. Çünki sərxoş sürücünün ani bir diqqətsizliyi faciəvi hadisəyə yol aça bilir.

Maraqlısı odur ki, bu qəzanın səbəbkarı olan sürücü sərxoş vəziyyətdə evdən çıxarkən ailə üzvləri tərəfindən ona “dur” deyən olmayıb. Bu cür hallarda sürücünün yaxınları ona sərxoş olduğunu bildirməli və avtomobili idarə etməkdən yayındırmalıdırlar. Sürücü buna məhəl qoymazsa, dərhal polisə məlumat vermək lazımdır. Qoy polis onu saxlayıb 400-500 manat cərimə etsin, amma yol qəzası törədib kiminsə ailəsinə faciə yaşatmasın. Bizdə bəzən polisə məlumat verən şəxslərin hərəkəti normal qəbul olunmur”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO