"Demişdi ki, nazir Camalov obyektini 700 minə alacaq" - dələduzluqda suçlanan iş adamının işi
Kriminal
Oxunub: 1 436
11 fev 2020 | 18:22
"Demişdi ki, nazir Camalov obyektini 700 minə alacaq" - dələduzluqda suçlanan iş adamının işi


Dələduzluqda ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, zavod almaq, istirahət mərkəzi tikmək, mənzil satmaq adı ilə ayrı-ayrı şəxslərdən külli miqdarda pul alaraq dələduzluq etməkdə suçlanır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda suçlanan 1966-cı il təvəllüdlü Elxan Rzayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Elxan Rzayev ittiham edildiyi epizodlarla münasibət bildirib.

O deyib ki, zərərçəkmiş kimi tanınan Ələkbər Cəfərovdan 5 min almayıb, əksinə, Cəfərovun ona borcu var.

Rzayev qeyd edib ki, İlyas Hüseynovdan da pul almayıb: "İlyasdan 20 min almamışam. Onun mənə borcu var".

Məhkəmə iclasının davamında zərərçəkmiş Ruslan Rzayev ifadə verib.

O deyib ki, Elxan Rzayevlə uzun müddət biznes əlaqələri və dostluq münasibətləri olub.

"Bir neçə dəfə iş görmüşük. Tanışlığımız, yaxın münasibətimiz olub. Onun valideynlərini tanıyıram. Onun valideynləri mənim müəllimim olub. Mənim özüm bizneslə məşğul olurdum, elə Elxan da. Mənim kafem də var idi. Bir gün Elxanla razılaşdıq ki, mebel işi görək. Dostum mağazasını mənə münasib qiymətə icarəyə verdi. Mən oranı təmir etdirdim. Elxan da mebel almağa təxminən 70 min dollar pul verdi. Biz yavaş-yavaş işləməyə başladıq. İki ay sonra Elxan pulunu istədi. Onun pulunu verməyə başladım. Biz həmin işdə hesablaşdıq, ayrıldıq. Elxanın pulunu qaytardığım üçün yenidən mal almağa pul olmadı. Sonra Elxan dedi ki, elə sex götürüb malı burada istehsal edək. Taxtadan evlər tikib sataq. Mən də bununla razılaşdım. Elxan dedi ki, Şamaxıda torpaq sahəsi var. Oranı satmaq istəyirlər. Mənə də taxtadan evlər tikməyi təklif elədim. Dedim ki, elə özümüz bu evləri tikə bilərik. Torpaq sahəsini Elxan 50 min dollara demişdi. Sonradan məlum oldu ki, həmin torpaq sahəsi 25 min dollar imiş. Elxan oranı mənə 50 minə satıb. Aldadıldığımı başa düşdüm. Amma həmin ərəfədə evlərin bir hissəsində iş başlamışdı. Torpağın alınmasında aldadıldığım üçün bu işi dayandırmağı qərara aldım. Dedim ki, mənim pulumu qaytarsın. Pulumu tələb edəndə dedi ki, yaxın vaxtlarda qaytaracaq. Obyektlərinin olduğunu demişdi. Söylədi ki, sabiq nazir Yavər Camalov ona məxsus obyekti yaxın zamanda 700 minə alacaq. Pulu alanda mənim borcumu qaytaracağını dedi. Amma qaytarmadı"- deyə zərərçəkmiş bildirib.

Zərərçəkmiş deyib ki, uzun illər Elxan Rzayevi axtarsa da tapa bilməyib.

"Başqa bir yerdə obyekt götürmüşdülər. Ora getsəm də, nə qədər axtarsam da, tapa bilmədim. Polisə də dedim ki, bu adam necə tapılmır? O vaxt eşitdim ki, Günəşlidə gizlənir. Saqqal saxlayıb, bığ buraxıb, parik qoyub gəzir. Mən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə getdim. Orada mənə bildirdilər ki, bu adam haqqında başqa şikayətlər də var. Məlum oldu ki, həmin şəxslər Bakı Şəhər Baş Polis İdarəsinə müraciət ediblər. Buna görə məni də həmin İdarəyə göndərdilər. Ora gələndə məlum oldu ki, daha 5 nəfər də ondan şikayətçidir".

Daha sonra Ruslan Rzayev məhkəmənin və vəkillərin suallarını cavablandırıb.

Ruslan Rzayev ümumilikdə 31 min 700 manat pul verdiyini və zərərin ödənilmədiyini deyib.

Pulunu tələb edən Rzayev bildirib ki, Elxanın həbs edilməsini istəmir: "Nə mən, nə də başqası vəziyyətin belə olmasını istəməz. Mən onun həbs edilməsini istəmirəm. Pulumuzu qaytarsın, gedib ailəsinin yanında həyatını yaşasın".

İttihamda yazılır ki, Elxan Rzayev tanışı olan bir neçə nəfərə qarşı dələduzluq edib. Onlardan Şamaxı rayonunda istirahət mərkəzi tikərək şərikli qazanc əldə etmək, Quba rayonunda taxtadan 3 ev tikərək icrayə verməklə qazanc əldə etmək adı ilə külli miqdarda pul alıb.

Bundan başqa, o, ayrı bir tanışından qızıl alıb sataraq qazanc əldə etmək vədi verib, amma ona qarşı da dələduzluq edib. Qubada tikinti materialları satan şəxsdən 17 min manat dəyərində mal alaraq pulunu ödəməyib.

E.Rzayev Səadət İmranovadan Şamaxıda zavoda alaraq şərikli işlətməyi vəd edib və buna görə də ondan 126 min dollar pul alıb. Lakin nə zavodu alıb, nə də İmranovanın pulunu geri qaytarıb.

İttihamda yazılır ki, təqsirləndirilən şəxs Ələkbər Cəfərovdan Qubada torpaq sahəsi almaq adı ilə 5 min manat borc alıb. Lakin borcunu qaytarmayıb.

Başqa bir tanışından isə "İnşaatçılar" metrostansiyasının yaxınlığında ucuz qiymətə satılan evi alıb, baha qiymətə satmaq adı ilə külli miqdarda pul alıb.

Elxan Rzayevin törətdiyi əməllər məhkəmə istintaqı dövründə sübuta yetirilərsə, onu 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Amma Elxan Rzayev özünü qətiyyən təqsirli bilmir, deyir ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır.

Elxan Rzayev deyib ki, zərərçəkmiş elə onun özüdür. O, barəsində bəraət hökmü çıxarılmasını istəyir, deyir ki, bütün bunlar ona qarşı hazırlanmış plandır.

Qeyd edək ki, Elxan Rzayevə qarşı Cinayət Məcəlləsinib 178.3.2-ci (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ