Bakının 4 rayonunda əməliyyat: 7 həbs
Kriminal
Oxunub: 1 232
6 mar 2020 | 16:45
Bakının 4 rayonunda əməliyyat: 7 həbs


Bakıda polis əməkdaşları tərəfindən narkotik alverçilərinə qarşı xüsusi əməliyyat keçirilib.

Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü V.Xəzərəliyevdən 19,522 qram heroin, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü A.Əsgərovdan 1,32 qram metamfetamin, 0,108 qram metadon aşkar olunub.

Budan başqa, Qaradağ rayon Polis İdarəsinin cinayət axtarış bölməsi, narkotiklə mübarizə bölməsi və 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Ş.Hacıəliyev həbs edilib.

Ondan 1,366 qram heroin aşkar olunaraq götürülüb.

Daha bir əməliyyat Sabunçu rayonunda keçirilib.

Sabunçu rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsi və 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Ələsgərov həbs edilib. Ondan 1,285 qram heroin aşkarlanıb.

42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Hacıyev Sabunçu rayon ərazisində saxlanılıb. Ondan 0,179 qram heroin tapılıb.

Oxşar əməliyyat Nərimanov rayonunda da keçirilib. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Ə.Qəhrəmanovdan 0,355 qram heroin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı araşdırmalar aparılır. /Teleqraf.com/
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi