Bakıda uşaq oğurluğunda ittiham edilən qadının cinayətinin təfərrüatı - YENİLƏNİB - Foto
Kriminal
Oxunub: 1 199
15 okt 2015 | 11:32
Bu gün bir sıra mətbuat orqanlarının Bakıda uşaq oğurluğunda ittiham etdikləri şəxs bir neçə il əvvəl Rusiyada həbs olunmuş Sabrina Yaqibekovadır.
Bakıda uşaq oğurluğunda ittiham edilən qadının cinayətinin təfərrüatı - YENİLƏNİB - Foto
Publika.az-ın araşdırması zamanı məlum olub ki, bu qadın 2013-cü ildə Mahaçqala şəhərində Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb və 6 il azadlıqdan məhrum edilib.

Oğurluq və digər cinayətləri sübuta yetirilmiş Sabrina Yaqibekovanın əməlləri Rusiyanın bir sıra mətbu orqanlarında (http://kopomko.ru/prigovor-sabrine-yagibekovoy-pohitivshey-devochku/) işıqlandırılıb.
İstintaq zamanı məlum olub ki, məhkum vətəndaşlardan birinin pasportunu və ya mühüm sənədini ələ keçirib. Həmçinin külli miqdarda maddi zərər vurub.

Bundan əlavə, tamah məqsədilə azyaşlının qaçırılmasında iştirak edib, habelə zor tətbiq etməklə qarətçiliklə məşğul olub.
Əməlləri sübuta yetirilmiş Sabrina məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilib. O, hazırda cəzasını ümumi rejimli islah-əmək düşərgəsində çəkir.
Qeyd edək ki, bu gün bir sıra mətbu orqanları həmin qadının guya Bakıda cinayət törətməsi haqda həqiqətə uyğun olmayan xəbərlər yayıblar. Xəbər saytları onun fotolarının ''facebook'' sosial şəbəkəsində yayıldığını əsas gətirərək bu qadından ehtiyatlı olmağı məsləhət görüblər.

Sonda onu da qeyd edək ki, bəzi xəbər saytları 2 ay əvvəl də "facebook" sosial şəbəkəsi istifadəçiləri tərəfindən fotoları yayılmış 40-45 yaşlı şəxsin guya Bakıda azyaşlıları zorlaması haqda xəbərlər yaymışdılar. Lakin məlum oldu ki, hazırda bu şəxs həbsxanada cəza çəkir və 2 il əvvəl həbs edilib.

-----------

09:52

Şəkildə gördüyünüz qadın sosial şəbəkələrdə çox məhşurlaşıb.

Criminal.az xəbər verir ki, ''facebook'' istifadəçiləri həmin qadının şəklini paylaşaraq ondan ehtiyatlı olmağı məsləhət görürlər. Qadın haqda yazılanlardan məlum olur ki, əslən Dağıstandandır, uşaq oğurluğu ilə məşğul olur.

''Diqqətlə fikir verin, yadda saxlayın. Son vaxtlar Bakıda çox görüblər onu, amma aradan çıxa bilib. Uşaqlarınızdan muğayat olun'' - deyə ''facebook'' istifadəçiləri yazırlar.

Məsələni araşdırmağa çalışırıq.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb