Ukraynada ötən ilin yayında itkin düşən iki azərbaycanlı iş adamının meyiti Rusiya ərazisində çayda tapılıb
Kriminal
Oxunub: 1 366
16 okt 2015 | 14:02
Onları qətlə yetirənlərdən ikisi həbs olunub

Ukraynanın Luqansk vilayətində 2014-cü il iyulun 30-da itkin düşən azərbaycanlı iş adamları İkram Ədilov və Cahangir Əliyevin öldürüldüyü məlum olub.
İ. Əbilovun qardaşı Ramiz Əbilov APA-ya bildirib ki, Luqansk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində cinayət əməllərində şübhəli bilinən və ələ keçirilən cinayətkar qrupun iki üzvü dindirmə zamanı azərbaycanlı iş adamlarını öldürdüklərini etiraf edib.
Saxlanılan Ukrayna vətəndaşı Yuri Vladimiroviç Plitenko və Aleksandr Anatolyeviç Solovyev azərbaycanlı iş adamlarının necə öldürdüklərini də açıqlayıblar.
İş adamlarının meyitlərinin Azərbaycana gətirilməsində problem yaranıb.
Qatillər bildiriblər ki, Rusiyadan biznes səfərindən qayıdan azərbaycanlı iş adamlarının üzərində xeyli pul olması barədə məlumat alıblar. Onların qarşılarını kəsərək öldürüb, meyitlərini isə çaya atıblar. Üç gün sonra - avqustun 2-də azərbaycanlı iş adamlarının meyitləri Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski rayonu ərazisində çayda tapılıb.
Meyitlər milis tərəfindən aktlaşdırılma aparılaraq torpağa basdırılıb.
Saxlanılan şəxslərin daxil olduğu dəstənin Vlad adlı rəhbəri isə hazırda axtarışdadır.
Azərbaycanlı iş adamlarının öldürüldüyü və Rostov vilayətində basdırıldığı barədə bu yaxınlarda məlumat aldıqlarını deyən R. Əbilov bildirib ki, onların meyitlərinin çıxarılaraq Azərbaycana gətirilməsində problem yaranıb: “Son cavab olaraq bizə bildirirlər ki, yaxınlarımızın meyitlərinin bizə verilməsi azı bir ay çəkəcək. Amma bu da dəqiq deyil”.
Qeyd edək ki, hər iki iş adamı 2014-cü il iyulun 30-da biznesləri ilə əlaqədar Ukraynanın Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedib, həmin ərazi bombardmana düşdükdən sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan, 1964-cü il təvəllüdlü Cahangir Əliyev Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.

Azərbaycanın Ukraynadakı səfirliyi ötən ayın sonunda onlarla bağlı BQXK və Ukrayna Xarici İşlər Nazirliyinə rəsmi müraciət edib.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb