19-11-2020, 18:17 Oxunub: 55

Xose Bernardo və qardaşını bıçaqlayan şəxsə HÖKM OXUNUB

Xose Bernardo və qardaşını bıçaqlayan şəxsə HÖKM OXUNUB


Bakı Ağır Cinayətlər Məhkəməsində teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovu bıçaqlamaqda təqsirli bilinən Abutalıb Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Abutalıb Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. A. Hüseynov münaqişə zəminində 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviçi və qardaşı 1988-ci il təvəllüdlü Rafael Hüseynovu bıçaqlayıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, onlar daha sonra xəstəxanadan evə buraxılıblar.

Pirallahı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş Abutalıb Hüseynov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Bakıda keçmiş məhkum arvadını və qayınanasını öldürüb yandırdı — MƏHKƏMƏ Bakıda keçmiş məhkum arvadını və qayınanasını öldürüb yandırdı — MƏHKƏMƏ Kriminal Məşhur teleaparıcı bıçaqlandı – Vəziyyəti ağırdır Məşhur teleaparıcı bıçaqlandı – Vəziyyəti ağırdır Hadise Bakıda kişiləri şantaj edən müğənniyə hökm oxunub Bakıda kişiləri şantaj edən müğənniyə hökm oxunub Hadise Ata və oğul iki qardaşı bıçaqladı — TƏFƏRRÜAT Ata və oğul iki qardaşı bıçaqladı — TƏFƏRRÜAT Kriminal Bakıda metroya kim bomba qoyub? Bakıda metroya kim bomba qoyub? Hadise