Gədəbəy sakini əmisinin əmlakına göz tikib
Kriminal
Oxunub: 1 159
23 okt 2015 | 15:18
Gədəbəydə gənc oğlan əmisinin mənzilindən oğurluq edib. Əldə etdiyi pulu əyləncəyə xərcləyən gənc indi peşmançılıq keçirdiyini deyir.
Gədəbəy sakini əmisinin əmlakına göz tikib
Gədəbəy sakini Razim Mehdiyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Söyüdlü kəndindəki mənzilindən xeyli miqdarda qızıl əşyalarının və nəğd pulun oğurlandığını bildirib. Zərərçəkənin müraciəti əsasında əməliyyat axtarış tədbirlərinə başlayan Gədəbəy polisi oğurluğun üstünü aça bilib. Məlum olub ki, Razim Mehdiyevin mənzilindən oğurluq edən onun qardaşı oğlu Bahəddin Mehdiyevdir.

Şahin Rzayev- müstəntiq: “Müəyyən edilib ki, Gədəbəy rayonunun Söyüdlü kənd sakini Mehtiyev Bahəddin Akif oğlu 19 oktyabr 2015- ci ildə əmisi Mehdiyev Razim Novruz oğlunun evinə daxil olaraq oradan qızıl- zinət əşyalarını və nəğd pul oğurlayıb. Mehdiyev Bahəddin Akif oğlu şübhəli şəxs qismində tutulub”.

Bahəddin Mehdiyev oğurladığı qızıl- zinət əşyalarının bir qismini Şəmkir rayonunda satıb. Sonra isə istirahət məqsədi ilə paytaxt Bakıya yollanıb. Bir neçə gün orada əylənən Bahəddin yenidən doğma rayonuna qayıdıb.

Bahəddin Mehdiyev- saxlanılan şəxs: “Mən həmin günü içkili idim. Birdən qərara gəldim ki, əmimin evindən oğurluq edim. Bunu da etdim. Qızılların bir hissəsini Şəmkirdə satıb, Bakıya getdim. Sonra isə Gədəbəyə qayıdanda polislər tutdular. Əməlimdən çox peşmanam”.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq aparılır.

http://kepeztv.az
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ