Balakəndə kişi on manat borca görə bıçaqlandı
Kriminal
Oxunub: 1 479
20 noy 2015 | 09:39
Balakəndə kişi on manat borca görə bıçaqlandı










Araşdırma aparılır

Balakəndə 44 yaşlı kişi 10 manat borca görə həmyerlisi tərəfindən bıçaqlanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə noyabrın 19-u axşam saat 20 radələrində Balakən şəhəri H. Əliyev prospektinin sol kənarında yerləşən mağazaların qarşısında baş verib.

Rayonun Gərəkli kənd sakini, 1971-ci il təvəllüdlü İlqar Kəmil oğlu Hudulov kişi geyimləri mağazasının sahibi Elçin Cavad oğlu tərəfindən bıçaqlanıb.

Bıçaq xəsarətləri alan 44 yaşlı İlqar Hudulov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Balakən RMX-dan verilən məlumata görə, qarının ön divarının kəsilmiş-deşilmiş və daxilə nüfuz edən, sol bel nahiyəsinin və başın ənsə hissəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olan İlqar Hudulovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

İlqar Hudulovun yaxınlarının verdiyi məlumata görə, İlqar Hudulovun kişi geyimləri mağazasının sahibi Elçin Cavad oğluna 10 manat borcu olub. Hadisə baş verən zaman İlqar Hudulov borcunu qaytarmaq üçün Elçin Cavad oğlunun işlədiyi mağazaya gedib.

Balakən rayon Polis Şöbəsindən bildirilib ki, hadisəni törədən Elçin Cavad oğlu könüllü Balakən RPŞ-yə gələrək təslim olub.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR