Ölkədə bir neçə oğurluq faktı qeydə alınıb
Kriminal
Oxunub: 1 099
25 noy 2015 | 11:55
Yevlaxda quldurluq edən, Abşeronda mənzillərə qənim kəsilən şəxslər saxlanılıb. Qubada oğurluq faktı üzrə axtarışlar isə davam edir.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edən dəstə üzvləri-rayon sakinləri Elgün Cəfərov, Çingiz Mahmudov, Nadir Babayev və Elvin Şahverdiyev saxlanılıb. Məlum olub ki, bir araya gələn dəstə üzvləri Nazlı Bayramovanın Yevlax şəhər Şah İsmayıl Xətai küçəsində yerləşən evinə basqın ediblər. Sayğacdan cərəyanı ayıraraq evə verilən elektrik enerjisini dayandıran qrup üzvləri hasardan həyətə keçiblər. İçəri daxil olaraq evi sahibi Nazlı Bayramovanın əl-ayağını və ağzını yapışqan lentlə bağlayıblar. Daha sonra ondan pul tələb ediblər. Quldurlar 800 manat məbləğində nəğd pul və qızıl-zinət əşyalarını götürərək evi tərk edərkən növbəti cinayət hadisəsini törədiblər.

Dindirilmə zamanı cinayətkarlar törətdikləri əməlləri etiraf ediblər. Hətta saxlanılan Çingiz Mahmudov evi qarət edərkən Nazlı Bayramovadan halallıq almağa çalışıb.
Qubanın Aşağı Atuc kəndində 4 evdən oğurluq olub. Naməlum şəxs və ya şəxslər ayrı-ayrı günlərdə kənd sakinləri Vəfadar Məlikov, Bülbül Bayramov, Əli Gülməliyev və Xutkar Əliyevə məxsus evləri qarət edib. Ev sahiblərindən heç biri kənddə daimi yaşamır. Sakinlər Aşağı Atucda bu cür hadisənin ilk dəfə baş verdiyini bildirir.
Evlərdən sandıqda saxlanılan müxtəlif əşyalar oğurlanıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşları isə oğurluq edən şəxsləri saxlamağa müvəffəq olub. Emil Şirinov və Rəşad Mirzəyevi cinayət əməlinə vadar edən isə motosiklet sevdası olub. Asan yolla nəqliyyat vasitəsi əldə etmək üçün oğurluq ideyasını verən Rəşad həm də hadisəni törədəcəyi məkanı seçib.

Şəxslər internet vasitəsi ilə mostosiklet seçərək taksi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsinə gəliblər. Yolda cibindən qızılları çıxardan Emili taksi sürücüsü sözün əsl mənasında qaralayıb. 12000 manat dəyərində olan qızıl-zinət əşyalarını onun əlindən asanlıqla alıb.

İsdədiklərini reallaşdıra bilən şəxslərin sevinci cox çəkməyib. Bir gün sonra əldə etdikləri pulun bir qismi ilə ticarət mərkəzlərindən birinə motosikletlə yollanan zaman qəzaya uğrayıblar və gözlərini xəstəxanada açıblar.

Bütün faktlarla bağlı artıq cinayət işi açılıb, araşdırmalar davam edir.

http://kepeztv.az
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"