"Oğlunun əllərini doğradıq, lazım gəlsə sənin də..."
Kriminal
Oxunub: 1 061
1 dek 2015 | 12:13
"Gördüm ki, oğlumun əlləri qan içindədir"
"Oğlunun əllərini doğradıq, lazım gəlsə sənin də..."
Əlləri doğranan 26 yaşlı gəncin atası danışdı.

Cinayəti törədən şəxslərdən biri saxlanılıb.

İki gün əvvəl Zaqatalada tükürpədici cinayət əməlini törədən şəxslərdən biri məsuliyyətdən yayına bilməyib. 26 yaşlı gəncin qollarını biləyindən kəsən şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini, 1985-ci il təvəllüdlü Musayev Araz Abdul oğlu saxlanılaraq istintaqa cəlb edilib. Hazırda cinayət əməlində əli olduğu ehtimal edilən digər şəxslər araşdırılır.
Xatırladaq ki, hadisə noyabrın 28-dən 29-a keçən gecə qeydə alınıb. Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 1989-cu il təvəllüdlü Bəşirov Vüsal Vahid oğlunun hər iki qolu bilək nahiyyəsindən kəsilib. İlkin ehtimala görə, cinayət borc üstündə törədilib.
Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun verdiyi məlumata görə, oğlunu maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vahid Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər.
Vahid Bəşirov - zərərçəkənin atası: "Onlara dedim ki, 1350 manat pulu mən verəcəyəm sizə. 300 manatını verdim, maşınımı satıb, qalanını da verəcəkdim. Dedi ki, Vahid kişi, sənin oğlunun əllərini doğramışıq, lazım gəlsə sənin də əllərini doğrayarıq. Gəldim xəstəxanaya, gördüm ki, oğlum ayaqüstə, əlləri qan içində. Dedi ki, ata qorxma, qorxma".
Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardım göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti orta-ağırdır. Onu da qeyd edək ki, cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər.

Hazırda faktla bağlı Zaqatala rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin dəqiq təfərruatları isə aparılan araşdırmalardan sonra məlum olacaq. (Region TV)
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb