Bir qrup şəxslə əlbir olub atasının evini yaran Samirə tutuldu - Göyçayda - VİDEO
Kriminal
Oxunub: 1 668
12 dek 2015 | 10:44
Bir qrup şəxslə əlbir olub atasının evini yaran Samirə tutuldu - Göyçayda - VİDEO









Qadın bir qrup şəxslə birləşərək, öz atasının evinə basqın edib, oradan pul və qızıl oğurlayıb

Göyçayda evdən oğurluq edən dəstə üzvləri saxlanılıb. Onlar evə basqın edərək oradan pul və qızıl-zinət əşyalarını aparmaqda şübhəli bilinirlər.

Bir müddət öncə Göyçay rayonunda soyğunçuluq məqsədilə mənzilə basqın etmiş 5 nəfər şəxsdən daha iki nəfəri yaxalanıb. Tərtər rayon sakini, Emin Əliyev və Füzuli sakini Eltac Şəmiyev polis tərəfindən saxlanılıb. Onlar digər 3 nəfər şəxslə birlikdə Göyçay şəhəri, Vaqif küçəsinin sakini Fərzalı Hacıyevin yaşadığı 45 saylı evə basqın etməkdə şübhəli bilinirlər.

Oğruların tutulması digər faktların da üstünü açıb. Məlum olub ki, hadisənin törədilməsinə Fərzalı Hacıyevin Bakı şəhərində yaşayan qızı Samirə Rəcəbova şərait yaradıb.

Samirə Rəcəbova özgəsinin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhərində qeyri-rəsmi yaşadığı Azadov Ədalət Azad oğlu və bir qrup şəxs ilə birləşərək, atası Hacıyev Fərzalı Məhəmməd oğlunun evinə daxil olaraq, silah qismində istifadə etdikləri bıçaq və taxta parçası ilə ögey anası Rəxşəndə Hacıyeva, qardaşı Fərhad Hacıyevə zor tətbiq edərək evdən bir ədəd gümüş boyunbağı, bir ədəd qolbağ və yüz manat pulu talamaqla quldurluq etmişlər.

Aparılmış əməliyyat tədbirləri nəticəsində Samirə Rəcəbova da polis əməkdaşları tərəfindən saxlanılıb. Saxanılan digər şəxslər və Samirə Rəcəbova törətdikləri əməlləri etiraf ediblər.

Samirə Rəcəbova - saxlanılan şəxs: "Peşmanam, balalarım yazıq günə qaldı. Balalarıma görə peşmanam".

Bildirək ki, hadisəni törətməkdə şübhəli bilinən digər 3 nəfər isə bir neçə gün öncə saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası