Naxçıvanlı gənclər Göygöldə marketdən külli miqdarda pul oğurlayıblar
Kriminal
Oxunub: 1 124
2 fev 2016 | 22:39
Göygöldə marketdən oğurluq edən şəxslər saxlanılıb. Naxçıvan vətəndaşı olan həmin şəxslər marketdən 16 min manatdan çox nağd pul, 2 min manat dəyərində müxtəlif danışıq kartları oğurlamaqda şübhəli bilinirlər.

Ötən il dekabrın 20-dən 21-nə keçən gecə Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən marketlərdən birindən oğurluq edilib. Obyekt sahibi isə oğurluqdan səhər saatlarında xəbər tutub. Marketi açmağa gələn sahibkar, seyfdə olan külli miqdarda nağd pul və müxtəlif danışıq kartlarının oğurlandığını görüb.
Naxçıvanlı gənclər Göygöldə marketdən külli miqdarda pul oğurlayıblar
Maarif Məmmədov- mağaza sahibi: “Səhər gəlib otağıma keçəndə seyfin yerdə olduğunu gördüm. İçərisinə baxanda gördüm ki, orada olan 16 min 28 manat nağd pul və 2300 manat dəyərində konturlar oğurlanıb. Yalnız orada qalan 20 manat dəyərində qəpik pullar idi”.
Dərhal hadisə yerinə cəlb olunan asayiş keşikçiləri ilkin istintaq-əməliyyat tədbirlərinə başlayıb. Göygöl Rayon Polis Şöbəsi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan vətəndaşları - 22 yaşlı Sultan Sultanlı və onun həmyaşıdı Asim İsmayılov saxlanılıblar.
İlqar Əhədov- baş müstəntiq: “Qabaqcadan əlbir olub qrup yaradaraq, özləri ilə götürdükləri dəmir parçası ilə birlikdə marketə daxil olublar. Oradakı seyfdə olan 20 min manata yaxın nağd pulu, danışıq kartlarını götürüblər”.

Saxlanılan hər iki gənc törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, marketə damdan daxil olublar. Seyfi isə özləri ilə götürdükləri dəmir parçası ilə açıblar. Əldə etdikləri pulla Gürcüstanda bir neçə gün istirahət edən dostlar yenidən ölkəyə qayıdıblar.

Sultan Sultanlı- saxlanılan şəxs: “Dam örtüyünə çıxıb, içəri daxil olduq. Pəncərədən içəri daxil olduq. Kompüterlər olan masanın altında əldədüzəlmə kassa var idi. Onu dəmir parçası ilə açdıq. Orada 10 min manat dəyərində pul və konturlar var idi, onları götürdük”.

Asim İsmayılov- saxlanılan şəxs: “Əlimizdə dəmir parçası ilə içəri daxil olmuşduq. Oradan çıxandan sonra isə Gürcüstana getdik, özümüzə paltar aldıq”.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, istintaq aparılır.

http://kepeztv.az
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı