DataLife Engine / DİN Bakıda baş verən atışma ilə bağlı məlumat yayıb

DİN Bakıda baş verən atışma ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Azerinfo.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb. Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, güllə yarası alan H. Qasımov əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.
12-04-2016, 13:01
Geri dön