DataLife Engine / Türk kişi azərbaycanlı arvadını amansızlıqla qətlə yetirdi - TƏFƏRRÜAT

Türk kişi azərbaycanlı arvadını amansızlıqla qətlə yetirdi - TƏFƏRRÜAT

Türk kişi azərbaycanlı arvadını amansızlıqla qətlə yetirdi - TƏFƏRRÜAT









Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib.

APA-nnı Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, dünən Balıkəsir rayonunun Bigadiç qəsəbəsində 68 yaşlı Ş.F. 4 aydır birlikdə yaşadığı Azərbaycan əsilli Türkiyə vətəndaşı, 66 yaşlı Samaya K. ilə mübahisə edib.

Mübahisə böyüyüb və Samaya K. evi tərk etmək istəyib. Ş.F. Samaya K.-ni boğaraq qətlə yetirib. Olaydan sonra Ş. F. Bigadiç qəsəbə Polis Şöbəsinə gəlib və cinayəti etiraf edib.

Samaya K.-nin cəsədi morqa aparılıb.
17-10-2016, 14:48
Geri dön