DataLife Engine / Saray Bələdiyyəsinin sədrini və həyat yoldaşını öldürənə hökm oxundu - ÖMÜRLÜK

Saray Bələdiyyəsinin sədrini və həyat yoldaşını öldürənə hökm oxundu - ÖMÜRLÜK

Saray Bələdiyyəsinin sədrini və həyat yoldaşını öldürənə hökm oxundu - ÖMÜRLÜK
















Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi başa çatıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında da F.Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, qətl ötən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V.Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib. Mübahisə zəminində V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.
20-10-2016, 10:05
Geri dön