DataLife Engine / “Üstümə Masallı Dadaşın bacısı uşaqlarını göndərdilər” – Dələduzluqda tutulan qadın

“Üstümə Masallı Dadaşın bacısı uşaqlarını göndərdilər” – Dələduzluqda tutulan qadın

“Üstümə Masallı Dadaşın bacısı uşaqlarını göndərdilər” – Dələduzluqda tutulan qadın













Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Validə Əsədovanın cinayət işi üzrə proses keçirilib.

Binəqədi rayon sakini Validə Əbilova özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi-9 ünvanında yerləşən "Caspian Shop” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Məharət İsmayılov, Leyla Hüseynova, Samirə Bağırova, Əbil Əbilov, Pərzad Abıyeva və İlham İbişova qarşı dələduzluq etməkdə təqsirləndirilir. O, 26 sentyabr 2014-cü ildə həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl-zinət əşyalarını ələ keçirib. Bir müddət sonra şikayətçilər Nərimanov Rayon Polis İdarəsinə Validə Əsədova barəsində şikayət ediblər.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Validə Əsədova 276 saylı məktəb-liseydə müəllimə işləyib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Pərzad Abıyeva ifadə verib. O, bildirib ki, təqsirləndirilən Validə Əsədovaya 3 min 200 manat pul verib: "Validə həmin pulları oğlumu digər univeristetə köçürmək üçün aldı”. Validə Əsədova isə Pərzad Abıyevanın ona qızıl satdığını deyib: "Həmin qızıllar isə saxta idi. Onlar mənim üstümə "Masallı Dadaş” adlı şəxsin bacısı uşaqlarını göndərdilər. Uşaqlar məni məktəbdən çıxardılar. Dedilər ki, bizi Əyyubgil göndərib. Həmin şəxslər tapança ilə məni qorxudub, qızılların pulunu tələb etdilər. Daha sonra mən də bu barədə həyat yoldaşıma məlumat verdim”. Proses noyabrın 24-də davam edəcək. /// teleqraf
11-11-2016, 15:33
Geri dön