DataLife Engine / 22 yaşlı gənc söyüşə qurban getdi

22 yaşlı gənc söyüşə qurban getdi

Abşeron sakini Xəqani Şükürov rayon polis şöbəsinə gələrək tanımadığı şəxsi güllələdiyini bildirib. Hadisə Hökməli qəsəbəsində Xəqani yaşayan evin qarşısında baş verib. Sürücü işləyən Şükürov işdən evinə gəlib istirahət etdiyi zaman pəncərəsinin altında 5-6 nəfər gəncin söyüş söydüyünü eşidib. Elə hadisə də bundan sonra baş verib.

Hadisəni törədən Xəqani Şükürov deyir ki, gənclərdən biri cibindən bıçaq çıxarıb onun üstünə gələrkən o, evindən tüfəngini götürüb və atəş açıb.

Güllələnən gəncin dostları hadisə baş verdikdən sonra qaçanda Xəqani vurduğu şəxsi 1 saylı şəhər xəstəxanasına aparıb. Şükürovun sözlərinə inansaq yaralı xəstəxanaya çatdırılanda hələ sağ olub. Xəstəxanın həkimlərinin səyinə baxmayaraq Xəqani Şükürov tərəfindən yaralanan gəncin həyatını xilas etmək mümkün olmayıb. Vurduğu şəxsin 22 yaşlı Aşağı Güzdək qəsəbə sakini Kamal Qurbanov olmasını Xəqani Şükürov polis şöbəsində bilib. Qətlin qəsdən və yaxud ehtiyatsızlıqdan baş verməsini istintaq araşdıracaq. Baş vermiş faktla əlaqədar Abşeron rayon prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

kepeztv.az
3-11-2014, 20:38
Geri dön