DataLife Engine / Bakıda gəncin başı kəsildi

Bakıda gəncin başı kəsildi

Bakıda gəncin başı kəsildiHadisə paytaxtda "Sahil" metrosunun yaxınlığında baş verib

Bakıda dəhşətli cinayət hadisəsi baş verib.
Səbail rayon polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə "Sahil" metrosunun yaxınlığında baş verib.
İlkin ehtimala görə, iki gənc arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib. Gənc hadisə yerindəcə ölüb.

Qətli törədən gənc hadisə yerindən qaçıb. Cinayətin baş verdiyi yerə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır. Qətli törədən şəxsin axtarışı istiqamətində əməliyyat tədbirləri aparılır.
6-01-2015, 21:25
Geri dön