Hamiləlik vaxtı cinsi əlaqə olarmı?
Maraqli
Oxunub: 1 887
9 mar 2016 | 19:11
Hamiləlik vaxtı cinsi əlaqə olarmı?










Hamiləlik zamanı cinsi əlaqəyə girmək olarmı?

Hamiləlikdəki cinsi əlaqənin körpəyə, dölə zərəri olarmı? sualı hər bir qadını maraqlandıran suallardandır. Azerinfo.az qadinklubu.com-a istinadən xəbər verir ki, bu mövzu ilə əlaqədar iki ziddiyyətli fikir mövcuddur.

1) Hamiləlik vaxtı cinsi əlaqəyə girmək olmaz.

2) Hamiləlik vaxtı cinsi əlaqə vacibdir.


Bu barədə ətraflı:

Avropada hər hamilə qadın minumum həftədə bir dəfə cinsi əlaqədə olur, amma bizim gələcək körpə sahibləri bu məsələdən yayınırlar. Təbii ki, hamiləlik vaxtı cinsi əlaqə istəyə görə, hamiləlik trimestrlərinə görə dəyişir.

Birinci trimestrdə: ümumiyyətlə seksual aktivlik asağı düşür. Bu qadının bədənində gedən yenidənqurulma ilə əlaqədardır. Çünki artıq orqanizm indiyə qədər heç olmamış bir prosesə-sağlam uşaq dünyaya gətirmək üçün bədənin bütün qüvvələrini səfərbər etməyə, bütün ekstremal şəraitə hazır olmağa çalışır. Bu halda qadın bədənində həm fizioloji, həm də psixoloji dəyişikliklər gedir. Burda hamiləlik toksikozunu göstərmək olar. Psixoloji isə qadın şüuraltı səviyyədə cinsi akta qadağa qoyur, uşağın zədələnməsi instinkti onu qorumaq əmri verir. Fiziologiya onu göstərir ki, ilk trimestrdə cinsi əlaqə nəinki dölə zərər vermir, hətta onun inkişafı üçün yaxşı şərait yaradır. Belə ki, bu zaman keçirilmiş orqazmda qadının hissiyatının artması cinsi orqanlarda qan dövranını artırır. Nəticədə dölün qidalanması və inkişafı yaxşılaşır. Həm də qadını şəhvət hissinə, orqazma çatması müsbət emosialar və müsbət psixoloji hal yaradır.

İkinci trimestrdə cinsi əlaqə: 14-28 həftələr arası. Bu vaxtlarda hər iki cütlükdə qorxular və qadağalar əmələ gəlir. Əlbəttə bu normaldır. Bir neçə həftə əvvəl test kartında zolaqlarla göstərilmiş körpə artıq formalaşmış döldür. Bu hər iki valideyni həyacanlandırmaya bilməz. Kişilər adətən “mən istəmirəm, qorxuram orda uşağın başı var” deyir, qadın isə əzələlərin kəskin yığılmasından qorxur. Əslində isə yaradan bu barədə çox ideal düşünmüşdür ki, döl penis-cinsi orqan tərəfindən gələn zədələnmədən ideal qorunmuşdur. Belə ki əzələvi qarın divarı, piy təbəqəsi, yastı və hamar uşaqlıq divarı, dolyani mayeli qişa- dölü zədələnmədən qoruyur. Belə halda dölün zədələnməsi sıfıra bərabərdir.

Üçüncü trimestr: 30 həftəlikdə artıq qadının qarnı kifayət qədər böyümüşdür. Belə halda ehtiyatlı olmaq lazımdır. Elə etmək lazımdır ki, qarına minumum az təzyiq düşsün. Bu trimestrdə kişilər qadına daha romantik və seksual baxırlar. Ona görə son dərəcə diqqətli olmaq lazımdır. Ən yaxşı seks vəziyyəti qaşıq vəziyyətidir.

Hamiləlik vaxti cinsi əlaqə -orqazm düşüyə-aborta səbəb ola bilərmi?

Müxtəlif fikirlər var ki, orqazm vaxtı uşaqlıq əzələləri spastik yığıldığından bu dölün vaxtsız xaric olmasına səbəb ola bilər. Amma yaradan bunu çox ideal düşünmüşdür. Bildiyimiz kimi uşaqlıq əzələvi orqandır. Vaxtaşırı bütün həyat boyu bu əzələlər yığılıb açılır, hamiləlik də istisna deyil. Bunun səbəbi usaqlığın əzələlərini daima tonusda saxlamaqdır ki, çünki əgər doğuş vaxtı çatmayıbsa, əzələlər tam yığıla bilməz və abort da ola bilməz! Bundan başqa qadının orqazmı onu xoşbəxt etdiyi üçün-uşaq da xoşbəxt olur. Bu qana orqazm vaxtı sevgi hormonu-ENDORFİNlərin buraxılmasıdır.

Nələri bilmək lazımdır: cinsi əlaqə vaxtı ağrı olursa seks vəziyyətini dəyişmək lazımdır. Erkən hamiləlikdə ağrılar olarsa həkimə müraciət edilməlidir. Bundan başqa isə 38 –ci həftədən sonra ümumən hər hərəkətdə ehtiyatlı olmaq lazımdır. Ginekoloqlar haqlı olaraq profilaktik olaraq cinsi əlaqədən uzaq durmağı məsləhət görürlər. Bu keysər əməliyyatı olan qadınlara xüsusilə aiddir.

Bu hallar cinsi əlaqəyə qadağa qoyur:

Cinsi yolların infeksiyaları, düşük olma təhlükəsi, əgər əvvələr düşük olubsa, dölyanı mayenin problemləri olduqda, uşaqlıq qanaxmaları, plasentanın soyulması-cox az hallarda, uşaqlıq boynunun hipotonusu

Nəticə olaraq əgər ciddi həkim-tibbi qadağalar yoxdursa, cinsi əlaqədə ola bilərsiz…
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...