24-03-2016, 11:26 Oxunub: 664

Yavaş-yavaş ölürük, xəbəriniz var?

Yavaş-yavaş ölürük, xəbəriniz var?









Çoxsaylı məlumatlar sübuta yetirir ki, qlobal istiləşmə insanların sağlamlığına ciddi təsir göstərir. Faciəli meteoroloji hadisələr, ərzaq və su ehtiyatlarına təsir edən qeyri-sabit iqlim şəraiti, infeksion xəstəliklərin baş verməsinin yeni modelləri və ekosistemlərin dəyişməsi ilə xəstəliklərin yaranması - bütün bunlar qlobal istiləşmədən irəli gəlir və sağlamlıq üçün təhlükələr törədir

Azerinfo.az Trend-ə istinadən bildirir ki, iqlim və hava artıq sağlamlığa güclü təsir göstərir: yüksək hərarət müddətində və daşqınlar kimi təbii fəlakətlər zamanı, malyariya kimi həyat üçün təhlükəli olan transmissiv (ötürücü) xəstəliklərin modelləri dəyişir.

ÜST-nin baş direktoru Marqaret Çanın qeyd etdiyi kimi, iqlim dəyişməsinin davam etməsi sağlamlığa aid bəzi əsas faktorlardan olan qida məhsullarına, hava və suya həddindən artıq mənfi təsir göstərəcək. Zəif səhiyyə infrastrukturları olan, əsasən inkişaf etməkdə olan ölkələr xaricdən yardım göstərilmədikdə bu dəyişikliklərə hazırlaşmaq və zəruri cavab tədbirləri görmək iqtidarında olmayacaqlar.

Yaxın 10 ildə astmadan ölüm halları təxminən 20%-dək artacaq

Hərarətin qlobal yüksəlməsi, astmaya səbəb olan bitki tozcuqları kimi, antropogen və təbii mənşəli bərk zərrəciklərin havada olan səviyyəsinə və mövsümi yayılması modellərinə təsir göstərir. 300 milyonadək insan astmadan əziyyət çəkir, 2005-ci ildə 255 000 nəfər bu xəstəlikdən vəfat edib. İqlim dəyişməsinın qarşısını almaq və nəticələrinə hazır olmaq üçün təcili tədbirlər görülməsə, yaxın 10 ildə astmadan ölüm hallarının təxminən 20%-dək artacağı gözlənilir.

İnfeksion xəstəliklər modellərini dəyişir

Son 50 ildə insan fəaliyyəti, xüsusilə də yer altından çıxan yanacağın yandırılması nəticəsində havaya iqlimə qlobal təsir edən külli miqdarda karbon qazı və digər istixana qazları atılıb. Karbon qazının atmosferdəki miqdarı "sənaye inqilabı"ndan əvvəlki səviyyədən 30%-dən çox artıb ki, bu da çox isti havanın atmosferin aşağı təbəqələrində saxlanılmasına gətirib çıxarır. Bunların nəticəsində baş verən iqlimin qlobal dəyişməsi sağlamlıq üçün bir sıra - yüksək hərarətdən ölüm, infeksion xəstəliklərin modellərinin dəyişməsi və s. kimi təhlükələr törədir.

Havanın qısamüddətli intensiv dəyişməsi də, ürək və respirator (nəfəs yolları) xəstəliklərindən ölüm hallarını artıra bilən istilik stressini (hipertermiya) və ya həddindən artıq soyumanı (hipotermiya) yaradaraq, saglamlığa ciddi təsir göstərə bilər. Aparılan tədqiqatlar göstərir ki, 2003-cü ilin yay aylarında Qərbi Avropadakı ən yüksək hərarətlər ölüm hallarının kəskin artmasına səbəb olub.

Qlobal istiləşmə dolayı yolla münaqişələrin də potensial riskini artıra bilər

Dəniz səviyyəsinin artması qlobal istiləşmənin digər nəticəsi - sahilboyu rayonların su altında qalması təhlükəsini artırır. Bu da əhalinin miqrasiyası ilə nəticələnə bilər. Hazırda dünya əhalisinin 60%-dan çoxu sahil xəttinin 60 km məsafə dairəsində yaşayır. Misirin Nil çayının deltası, Banqladeşdə Qanqa-Brahmaputra çayının deltası və kiçik ada ölkələri kimi tanınan Hind okeanında Maldiv adaları və Sakit okeanda Marşall Adaları daha çox təsirə məruz qalan regionlardan hesab olunur. Daşqınlar bilavasitə travma və ölümlə nəticələnə bilər, eləcə də su vasitəsi ilə keçən xəstəliklərə və transmissiv xəstəliklərə yoluxma riskini artıra bilər. Əhalinin miqrasiyası isə gərginliyi və münaqişələrin potensial riskini artıra bilər.

Düşən yağıntıların modellərinin dəyişməsi şirin su ehtiyatlarının yaradılmasına təsir edə bilər. Dünyada hər on nəfərdən dördü su çatışmazlığından əziyyət çəkir. Su çatışmazlığı və suyun pis keyfiyyəti gigiyena və sağlamlıq uçün təhlükələr törədə bilər. Bu isə il ərzində təxminən 1,8 milyon insanın ölümünə səbəb olan diareyanın (ishal), eləcə də korluğa gətirib çıxaran traxoma - göz infeksiyasının və digər xəstəliklərin yaranması riskini artırır.

Su çatışmazlığı insanları uzaq məsafədən su gətirməyə və su ehtiyatlarını evdə saxlamağa vadar edir. Bu isə ev şəraitində suyun çirklənməsi riskini artıraraq, xəstəliklərin baş verməsinə səbəb ola bilər.

İqlim şəraiti suya və ağcaqanadlar kimi ötürücülər vasitəsilə yayılan xəstəliklərə də təsir edir. İqlimə həssas olan xəstəliklər dünyada olan ən oldürücü xəstəliklər siyahısındadır. 2002-ci ildə təkcə diareya, malyariya və zülal-kalorili çatışmazlıq dünyada 3 milyondan çox ölüm hadisəsinə səbəb olub ki, onların da 1/3-i Afrikada baş verib.

Hər il qida çatışmazlığından da - həm həyatı davam etmək üçün qjdalı maddələrin çatışmazlığı, həm də malyariya, diareya və respirator xəstəliklər kimi, infeksion xəstəliklər qarşısında aciz qalmaları səbəbindən milyonlarla insan dünyasını dəyişir. Planetimizdə hərarətin artması və düşən yağıntılar rejiminin getdikcə dəyişməsi nəticəsində qida təminatında çətinlikləri olan bir çox inkişaf edən tropik regionlarda məhsulun daha da azalması gözlənilir. Məsələn, Mali dövlətində müvafiq tədbirlər gorülməsə, 2050-ci ilədək aclıq keçirənlərin və bununla bağlı sağlamlığa mənfi təsiri olanların sayı iki dəfəyədək artacaq.

Ölüm göstəriciləri necə azala bilər?

İstixana qazlarının atılmasının azaldılması tədbirləri və ya iqlim dəyişməsi nəticəsində sağlamlığa dəyən zərərin məhdudlaşdırılması saglamlığa müsbət təsir edə bilər. Məsələn, ictimai nəqliyyat vasitələrindən təhlükəsiz istifadənin və şəxsi avtomobillərə alternativ olan velosipedlə və ya piyada hərəkət etməyin həvəsləndirilməsi karbon qazlarının atılmasını azalda və əhalinin sağlamlığını yaxşılaşdıra bilər. Bu, nəinki yol-nəqliyyat travmatizminin azalmasına, hətta havanın çirklənməsi səviyyəsinin və bununla əlaqəli olan respirator və ürək-damar xəstəliklərin azalmasına kömək edər, eləcə də fiziki aktivliyin artması ilə ümumi ölüm göstəricilərinin aşağı enməsinə səbəb ola bilər.
Köpdən qurtulmaq istəyənlər bunlara əməl etsin Köpdən qurtulmaq istəyənlər bunlara əməl etsin Maraqli Oral seks bu xəstəliklərə səbəb olur Oral seks bu xəstəliklərə səbəb olur Maraqli Nazirlik: Xəzərin Azərbaycan sahillərində suitilərin ölüm səbəbləri araşdırılır Nazirlik: Xəzərin Azərbaycan sahillərində suitilərin ölüm səbəbləri araşdırılır Sosial İnsult nədir? İnsult nədir? Maraqli Azərbaycanda bu insanlara evlənmək – QADAĞANDIR Azərbaycanda bu insanlara evlənmək – QADAĞANDIR Gundem