İbrətamiz hekayələr
Maraqli
Oxunub: 2 268
11 apr 2016 | 20:38
İbrətamiz hekayələrBir gün ağsaçlı müdrik qocanın yanına gözü yaşlı gənc, gözəl bir qız gəlir:
-Nə edim, mənə məsləhət verin? Mən həmişə hamıya kömək etməyə,heç kimi incitməməyə çalışıram.İnsanlara qarşı çox xeyirxaham.
Bu qədər səmimi və mehriban olmagıma baxmayaraq hörmət və minnətdarlıq əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər. Mənim günahım yoxdur, bu ədalətsizlikdir. Ağladacaq qədər ağrılıdır.
Müdrik qoca gözəl qıza baxdı və gülümsədi:
-Çılpaq soyun,şəhərin küçələrini belə lüt gəz.
-Dəli olmusunuz? Belə halda Allah bilir başıma nə oyun gətirərlər.
Belə olduqda ağsaqqal qapını açdı,bir güzgü gətirdi qızın önünə qoydu:
-Bax görürsən,bu gözəl bədəninlə insanların qarşısına çılpaq çıxmağa cəsarət etmirsən. Nədən çılpaq qəlbinlə yer üzündə gəzirsən?
Sənin qəlbin bu qapı kimi açıqdır, hamı ora sərbəst daxil olur. Sənin qəlbin güzgü kimi əks etdirir. Sənin xeyirxahlığında öz pis əməllərinin əksini görənlər səni alçaltmağa, incitməyə, ləkələməyə çalışırlar. Hər adamın cəsarəti çatmır etiraf etsin ki, kimsə ondan yaxsıdır. Dəyişməyi bacarmayan belə adamlar düşmənçilik etməyə üstünlük verir.
-Bəs mən nə edim?
-Gedək mən sənə öz bağımı göstərim.
Müdrik adam qızı bağa apararaq dedi:
-Neçə illərdir ki, mən bu gullərə, çiçəklərə su verirəm, qulluq edirəm. Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm. Halbuki hər gün onların gözəlliyindən və ətrindən zövq alıram. Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç. Diqqət et ki kim sənə dost olmaga layiqdir, kim çiçək sulayan kimi sənin xeyirxahlığına təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir.
Həyatın dözülməz olmaması üçün iki şeyə alışmaq lazımdır:
Zamanın vurduğu yaralara və adamların ədalətsizliyinə.

***

Bir gün yoldan keçən bir şəxs yaxınlıqdakı evlərin birindən çıxan kənizə belə bir sual verir:
“Bu evin sahibi azaddır,yoxsa qul?”. Həmin evdə isə eyş-işrət məclisi qurulmuşdu. Kəniz deyir:
-“Bu evin sahibi azaddır”. Həmin şəxs deyir:
-“Görünür ki azaddır, əgər qul olsa idi öz ağasından, Allahından qorxub belə bir büsat qurmazdı. Kəniz evə gecikdiyi üçün ağası ondan soruşur:
-” Niyə belə gecikmisən?”. Kəniz büyün əhvəlatı olduğu kimi danışır. Həmin sözlər ağasına çox təsir edir və o şəxsin arxasıycan ayaqyalın qaçmağa başlayır. Nəhayət ona yetişir. Bu İmam Kazım (ə) idi. Bişr Hafi adlanan o şəxs İmamın sayəsində tövbəyə nail olur, əhdinə sadiq qalır və ömrü boyu əməli saleh bir insan olur.

***

Bir çox hədislərdə qeyd olunur ki, insan vəfat edəndən sonra onun əməl dəftərinin bir səhifəsi boş qalır. Görəsən bu səhifəni kim nə vaxt doldura bilər? Axı insan artıq dünya həyatında yaşamır…
Sən demə, insan bu boş səhifəni hələ də ya pis, ya da xeyirli əməlləriylə doldura bilər!
Necə?
Məsələn, əgər sən özündən sonra xeyirxah övlad qoymusansa və o, cəmiyyətə fayda verirsə, bunun savabı sənin o boş səhifənə yazılır.
Əgər sən sağlığında məscid, körpü, bulaq, xəstəxana və s. faydalı ocaqlar yaratmısansa, o müddətdə ki insanlar bu şeydən faydalanır, sənə duası olur, sənin bu boş səhifən savab işlərlə dolmaqda davam edəcək.
Özündən sonra şər işlərin yayılmasına səbəb olarsansa, insanlar sənin sayəndə ziyana uğradıqları müddətdə boş səhifən də pis əməllərlə dolmaqda davam edəcək.

***

O bu evə yeni gəlin gəlmiş, elə ilk gündən qayınanası ilə bir yerdə yaşamağa başlamışdı.Ancaq çox keçmədi ki,qayınanası ilə aralarında dava-dalaş başladı.Artıq evdə ağız deyəni qulaq eşitmirdi. Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına getdi və dərdini açıb danışdı. Loğman ona bitkilərdən bir zəhər hazırladı vəbunu hər gün az-az qayınanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şübhələnməsin deyə,qayınanası ilə xoş davranmağı da tapşırdı. Evə qayıdan gəlin tələsik işə başladı . Hər gün qayınanası üçün cürbəcür yeməklər bişirir,təbii ki,bu yeməklərə zəhər qatmağı unutmurdu.Heç kim şübhələnməsin deyə,onunla xoş rəftar etməyə başlamışdı.Artıq qayınanasınin da ona münasibəti dəyişmişdi.
Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi.Bir gün yenə Loğmanın yanına getdi.Artıq yeganə arzusu qayınanasıni ölümdən xilax etmək idi. Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
-Mənim sənə verdiyim zəhər deyildi.Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər isə sənin ürəyində idi.Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.

***

Bir gün okeanda səyahətə çıxmış bir səyyah gəmisi batdı. Gəmidən tək bir nəfər sağ qalmışdı. Dalgalar bu adamı insan ayagı dəyməmiş bir adaya atdı. Həmin adam ilk günlər canını qurtarmaqçün dayanmadan hey dua etdi ve bir yardım ümidi ilə dənizdə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən…
Daha sonra külekden, yagişdan ve vehşi heyvanlardan qorunmaq ucun agac budaqlarından və yarpaqlarından özünə bir ev düzəltdi. Sahildən tapdığı gəmidən artıq qalmış konserva, kompas ve s. kimi eşyalari da buraya qoydu. Günlər eyni keçirdi. Balıq ovlayır, onu bişirib yeyir, adadan qurtulmaqcun kömək gözləyirdi ve Allaha dua edirdi.
Birgün su gətirmekçün yola düzəldi. Geri qayidanda evin alovlar icində yandıgını gördü. Tüstü – duman bir –birinə qarışıb burula burula səmaya yüksəlirdi. Başina gələcək ən bədbəxt hadisəydi bu. Başından sanki bir qaynar qazan su tökmüşdülər. «Allahım, bu qədər bədbəxt hadisədən sonra bunu mənə necə etdin?» deyə feryad etdi. Çox kədərlənmişdi. Bütün gecəni qəm-qüssə icində keçirtdi. O qədər dua etdiyi halda, Allah bu hadisəni də onun başına gətirdiyi üçün hey söyləndi.
Ertəsi gün sabah erken adaya yaxınlaşan gəminin səsine oyandı. Onu qurtarmaga gelirdiler!
Taleyinden küsmüş adam, «Mənim burada oldugumu necə bildiniz?»- deyə onu qurtaranlardan soruşdu.
Verilən cavab onu cox utandırdı.
-Dumanla verdiyin işarəni gördük.

***

Adamın biri bir pislik böcəyi görər -” Bu yaradılışı çirkin murdar qoxulu bir varlıqdır. Allah bunu nə üçün yaratmışkı ? “- deyər.
Aradan zaman keçər, adamın üzündə bir çiban çıxar. Hara müraciət etdisə dərdinə bir dərman tapa bilməz. Çiban yara halına gəlir. Bir gün küçədə gəzərkən, yüzündəki yara bir yolçunun diqqətini çəkər. ayaq üstü söhbətdən sonra yolçu özünə kömək edə biləcəyini, bu tip çibanların meydana gətirdiyi yaraların müalicəsini bildiyini söyləyər. Adam hər nə qədər inanmadısa Allahdan ümid kəsilməz deyərək qəbul edər.
Yolçu bir pislik böcəyinin gətirilməsini istər. Orada olanlar bu istəyə gülərlər. Lakin xəstə olan adam, o böcək haqqında söylədiyi sözləri o an xatırlayar və dərki ;
– Adamın istəyini yerinə yetirin, nə deyirsə edin.
Yolçu gətirilən böcəyi yandırar və külünü yaranın üzərinə səpər və yara Allahın hikmətiylə yaxşılaşar.
Bunun üzərinə xəstə olan adam ətrafına deyər ki ;
– Unutmayın! Allah Təalanın yaratdıqlarının, yaradılışında bir hikmət vardır, bir dərdə dərman vardır. Bu pislik böcəyi olsa da.

***

ALLAHIN seçimi daha doğrudur !

Hər birimiz yaradılmış, aciz, zəif və möhtac qul olduğumuzu bilirik. Hamımız hər şeyə qadir olan Allaha inanırıq və yalnız Ondan diləmək üçün əllərimizi açıb dua edirik. Insan acizliyini və möhtaçlığını etiraf edərək əlini açır və hər şeyi yalnız Allahın verə biləcəyinə inanaraq Ona dua edir. Lakin mömin bir bəndə Allaha tam inanaraq və güvənərək dua etməlidir. Duadan sonra nə vaxt qəbul olduğu barədə şübhələnməməlidir. Darlığa və zorluğa düşən mömin Allaha dua edibsə, qəlbində qəbulun gecikməsi və ya rədd edilməsi barədə şəkk etməməlidir. Insan yalnız dua etməlidir, dua olunan və rica edilən isə hər şeyin maliki, ən hikmətlidir. Əgər qəbul etməzsə, öz mülkündə istədiyini edib. Yaxud qəbulu gecikdirərsə, hikməti ilə etmişdir. Əgər bunları daxilində inkar edən varsa, Allahın bəndəsi sifətini itirmiş sayılır. Həm də bilsin ki, Allahın seçdiyi, onun özünün özünə seçdiyindən daha xeyirlidir.

Insan bilmir, qeybi görmür, çox şeyi dərk etmir. Dua edər, sel istəyər, sel gəlib aparar. Özünə ziyan verən şeyləri ayırd etməyə bilər. Əgər mömin bəndə tam olaraq Allahın hikməti və hökmü ilə razı olarsa, hər şeyi bu minvalla Ona təslim edərsə, istədiyi olsa da olmasa da qəlbi rahat olar. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədisdə deyilir ki; “Hər hansı bir müsəlman Allaha dua edərsə, mütləq Allah onu qəbul edər. Ya tezliklə, ya gec, ya da Axirət gününə saxlayar”. Həqiqətən də bir təsəvvür edin ki, qiyamət günü, sorğu-sual və hesab zamanı, dünyadan axirətə saxlanılan duaları insan gördükdə arzu edəcək ki, kaş heç bir duası dünyada qəbul olunmayaydı. Gəlin dua edərkən, hər şeyin sahibi Allah olduğunu xatırlayaq və nə edirsə hikməti ilə etdiyinə inanaraq, bununla hər şeyi Ona təslim edək. Duanın gec və ya tez, hansı zamanda qəbul olacağını heç düşünməyək, qəlbimizdə zərrə qədər də şübhə olmasın!
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!