İCTİMAİ ŞÜURA MASON EKSPANSİYASI - II hissə
Maraqli
Oxunub: 1 553
5 may 2016 | 01:13
RUSİYANI QURANLARIN VƏ SÖKƏNLƏRİN TƏŞKİLATI. Dünyanın hansı yerində köklü dəyişikliklərə səbəb olan inqilablar baş vermişsə, orada hökmən masonun barmağı olmuşdur. Bü xususda Rusiyanın adı da masonla bağlı məlumatlarda geniş qeyd olunur. İlk rus masonu I Ryotr hesab olunur. Onu mason sıralarına 1699-cu ildə Londondakı Böyük Lojada qəbul etmişlər, Onda Şotland masonu İngiltərəyə ayaq açmış, lakin hələ İngiltərə Böyük Lojası yaranmamışdı. Rusiya Böyük Lojası Pyotrun ölümündən sonra, 1731-ci ildə yaradıldı. Onun rəhbərliyinə ingilis zabiti Con Filips seçildi. Rusiya Böyük Lojasının ilk rus ustadı 1732-ci ildə seçilmiş İvan Perfilyeviç Elaqin oldu. Bir çox rus qrafları masonun üzvü idilər. Böyük ustad Novikovun rəhbərliyi dövründə mason Rusiyada çox inkişaf və diqqəti cəlb elədi. Buna görə də II Yekaterina bir sıra məşhur masonları həbs etdirdi. Mason üzvü olan digər rus çarı I Pavel idi. Lakin digər rus hökmdarlarının dövründə də masona qarşı sərt təpkilər göstərilmişdir. I Nikolay masonu ölkə içərisində xərçəng hesab edərək onun fəaliyyətini qadağan etdi. Masona bağlılığı sübut olunan şəxslər zadəganlığı nəzərə alınmadan birbaşa həbsə atılırdı. Böyük Rus Lojası bunun cavabını çox gözlətmədi; 1825-ci ilin 14 dekabr tarixində senat meydanında zadəgan ailəsindən çıxmış gənc zabitlərin qiyamı baş verdi. Sonralar bolşevik tarixçilər bu qiyamı bəzəyib “Dekabristlərin üsyanı” adlandıracaqdı. Məşhur rus şair, yazıçı və alimləri sırasında masonların sayı kifayət qədər çox idi. Bu onların daha çox və geniş təbliğinə və məşhurluğuna xidmət edirdi. Halbuki zamanında onlardan daha zəkalı olanlar heç də az olmamış, sadəcə, sıradan çıxarılmış və unutdurulmuşdu. Rus masonunun sırasında Karamzinin, Puşkinin və Qriboyedovun da adları çəkilir. Rusiyanın sonrakı dövr bütün qiyam və inqilablarında masonun rolu şəksiz idi. Onlar Rusiyanın bir sıra böyük şəhərlərində lojalar yaradırdılar. Məşhur, xüsusən də yəhudi mənşəli inqilabçıların əksəriyyəti bu mason təşkilatlarının üzvü idilər. Oktyabr inqilabı onların ən gözəl “əsəri” sayıla bilərdi. Kerenski, Trotski, Zinovyev, Kamenev, Martınov, Boqdanov, Sverdlov, Ryazanov və digərləri özünün yəhudi soyadlarını dəyişmiş, ruslaşdırmış mason üzvləri idilər.Bu sırada Leninin olması da şübhəsizdir. Onun özünə ideal hesab etdiyi və ideyalarını həyata keçirtməyə çalışdığı Karl Marks (Morduxay Levi) də alman yəhudisi və mason liderlərindən idi. Mason barədə materiallar dərc etmiş bütün mənbələrdə yəhudilərin öz əsas ad və soyadını dəyişib yerli xalqa uyğunlaşdırma ənənəsinin məhz Karl Marksdan (Morduxay Levidən) qalma olduğu bildirilir. Sovet hökumətinin liderlərinin bir çoxu, Kalinin, Molotov və Xruşovun isə arvadı mason təşkilatının üzvü idi. Hətta məşhur komik artist Arkadi Raykin də masona bağlı idi. SSRİ liderlərindən təkcə İosif Stalin masona qarşı barışmaz mübarizə aparır, onları ifşa etdirib həbsə atdırırdı. II Dünya Müharibəsinin sonunda Sovet qoşunları tərəfindən Sileziya şəhərində onlarca vaqonun dolusu qədər sənədlər ələ keçirtmişdi. Bunlar Avropa ölkələrindəki mason təşkilatları barəsində ən səhih sənədlər idi. Bu sənədlər dərhal Moskvaya çatdırıldı. Stalin bunlardan bir sıra ölkə liderlərini şantaj məqsədilə istifadə edirdi. SSRİ dağıldıqdan sonra bu məxvi sənədlər mason nümayəndələri sayılan A. Yakovlevin və E. Şevardnadzenin vasitəsilə Beynəlxalq masona xidmət nümunəsi olaraq qərb masonlarına çatdırıldı. SSRİ-nin beşguşəli qırmızı ulduzu da tam mənasında mason simvolu idi. Beşguşəli ulduzdan şeytanın çağrılması ilə bağlı ayinlərdə istifadə edilir. Rusiyanın bazasında SSRİ quran masonlar bu modeldə Dünya dövləti yarada bilməyəcəklərinə əmin olduqda onu çox asanlıqla - topsuz-tüfəngsiz darmadağın etdilər. Yeni yaradılan müstəqil respublikaları isə öz aralarında bölüşdürdülər. Qorbaçovu SSRİ, Yeltsini isə Rusiyanın hakimiyyət başına gətirə bilən mason üçün digər bəzi respublikalarda da hakimiyyət başına özünə daha münasib bildiyi və mason bağlı şəxsləri gətirmələri bir elə çətin olmadı. Onlar “demokratiya”, “söz azadlığı”, “müstəqillik”, “xalqların öz müqəddəratını sərbəst həll etməsi” və sair bu kimi qondarma ideyalarla SSRİ-ni dağıtdılar, buradakı xalqları bir-birinə düşmən etdilər. Rusiya masonlarının nəvə-nəticələri (Berezovski, Abramoviç, Çubays, Yavlinski və digərləri) bu ölkənin milyardlarına sahiblik etməkdə, digər xalqlar ilə ruslar arasına nifaq toxumları səpdirlər. Hətta Rusiyanın şou-biznesi də rus masonunun ( İ.Kobzonun) əlindədir. Rusiyanı millətçilik çağırışları ilə daim qarışdıran və əslində rusların düşmən obrazını formalaşdıran siyasətçi Jirinovski də yəhudidir. Onun liberal-demokratlar partiyasının lideri olması heç təsadüfi deyil. Çünki dünyanın əksər yerlərində liberal dəyərlər məhz masondan qaynaqlanır. Amma mason özü dünya xalqlarına və ölkələrinə münasibətdə heç də liberal düşüncələrə söykənmir. Əks təqdirdə o qüdrətli və dünya şöhrətli gizli təşkilat ola bilməzdi.
YƏHUDİLƏR ÜÇÜN ƏN ARZUOLUNAN ÖLKƏ VƏ XALQ. Yəhudilər Azərbaycanda həmişə çox azad və sərbəst yaşamış, rahat fəaliyyət göstərmişlər. Digər millətlər arasında ən yaxın dostları da məhz azərbaycanlılar olmuşdur. Heç təsadüfi deyil ki, bizim müğənnilər xarici toylara Moskvadan sonra daha çox İsrailə dəvət alırlar. Bizim havaları onlar daha çox sevir, oxuyur, bu hava altında elə bizim kimi rəqs edirlər. Azərbaycan türkcəsində də daha təmiz danışan elə Azərbaycan yəhudiləridir. Burada onlar Gürcüstan, Rusiya, Türkiyə və digər ölkələrdən fərqli olaraq hər cür adət-ənənələrini, ad və soyadlarını qoruya biliblər. Sovetlər dövründə Bakının mərkəzi küçələrində yaşayan sakinlərin böyük əksəriyyəti yəhudilər və ermənilər idi. Ermənilərin bizdən çox yəhudilərdən zəhləsi gedirdi. Çünki onları heç də asanlıqla aldada bilmirdilər.“Harada yəhudi varsa, oraya ermənin gəlməsinə dəyməz” aforizmi heç nahaq yaranmamışdı. İndi də Bakıda 3, Quba və Oğuzda 1 sinaqoq fəaliyyət göstərir. Hətta ucqar Lənkəran şəhərində də çarizm dövründə sinaqoq var idi və onun binası “qızıl əsgərlərin” kazarmasına, sonra isə idman salonuna çevrilmişdi və bu bina hələ də yəhudi sinaqoqu kimi tanınmaqdadır. Qubada yəhudilər daha geniş məskunlaşmışlar. Dağ yəhudiləri kimi tanınan həmin şəxslərin “Qırmızı qəsəbəsi” hələ də mövcuddur və ortada heç bir şey dəyişməmişdir. Sovet dövründə peşəkar musiqiçi sarıdan heç korluq çəkməyən Lənkəranda 2 saylı musiqi məktəbinin direktoru İqor Xanatayev adlı bir bəstəboy yəhudi idi. Bu adam yerli türk və talış folklorunu həvəslə toplayır, xor üçün nota alır, bizim xalq çalğı alətləri ansamblına və xor kollektivinə məharətlə rəhbərlik edirdi. İqor müəllim sonra elə bizim azərbaycanlıların milli xəstəliyi kimi tanınan infarktla dünyasını dəyişdi. Bütün bunlar azərbaycanlılarla yəhudilərin çox isti münasibətindən xəbər verir. İndi bizim yaşlı və gənc yəhudilərimizin çoxu dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, İngiltərə, Fransa və İsraildə böyük biznes və nüfuz sahibidirlər. Yəhudi olmaq heç də mason üzvü demək olmasa da, masonun əsasını və elitasını təşkil etdiyi üçün ona ən yaxın və ən etibarlı kontingent olaraq və masona xidməti özünün milli mənafeyi həddində doğma qəbul etməsi səbəbindən yəhudilər heç də masondan kənar bir qövm kimi qəbul edilmir. Təbii ki, onların çoxu masonun hansısa lojasının üzvləridir. Və bu da təbiidir ki, onlar azərbaycanlı dostları ilə işbirliyinə daha böyük önəm verirlər. Bu isə bizimkilərdən də kimlərinsə mason üzvü olması ehtimalını artırır. Bunsuz da masonun hələ ötən əsrin əvvəllərindən Bakıya ayaq açdığı bildirilir. Burada neft maqnatları sayılan Rokfeller və Rotşild də mason üzvü olmuşdur.
AZƏRBAYCAN MASONU BARƏDƏ PIÇILTI İLƏ. Araşdırmalar, ehtimallar, yazılı və qeyri-rəsmi məlumatlar, iç söhbətlər və saysız-hesabsız faktlar indi Azərbaycanda bir çox tanınmış şəxslərin mason olması faktını ortaya qoyur. Təbii ki o adların hamısını indi burada qeyd etməyimiz heç nəyi həll etməyəcək və Azərbaycan mentaliteti həmin şəxslərin susmasına da imkan verməyəcək. Ümumi nəticə isə guya ki, bunun onlara atılan böhtan olmasını ifadə edəcək. Çünki bunu rəsmən sübut edəcək hər hansı bir sənədi təqdim etmək mümkün deyil. Ümumiyyətlə, tarixdə sağ ikən mason olduğunu rəsmən etiraf edən bir kimsə olmamışdır. Bu onun özü barəsində verdiyi sərt və qəti hökm olardı. Lakin əvvəlki söhbətlərimizdə qeyd etdiyimiz kimi, şəxsin mason olması yalnız ölümündən sonra əsərlərində, yaşadığı binanın eksteryerində və ya qəbirüstü abidəsində buraxdığı müəyyən simvollarda ifadə olunur. Əsas odur ki, Azərbaycanda masonun mövcudluğu, hətta bir neçə lojanın fəaliyyət göstərdiyi inkaredilməzdir. Amma bu heç də Rusiya, Türkiyə və ya İrandakı qədər deyil və hakimiyyətə ciddi təsir gücü barədə danışmağa dəyməz. Təxminən on il əvvəl Azərbaycanda göz təsviri çox dəbə minmişdi. Mərhum yazıçı Y. Səmədoğlunun “Qətl günü” kitabının üzqabığındakı göz təsvirini xatırlayaq. Məncə bu göz təsvirinin bu kitabdakı romana birbaşa heç bir aidiyyatı yox idi. Bunun təsadüfi bir şey və ya rəssamın fantaziyası olaraq da qəbul etmək olardı. Amma masonun simvolikası hesab etmək də səhv sayılmazdı. Belə göz təsvirləri olan şəkillər daha çox maşınların arxa şüşələrinin qarşısında qoyulur, arxada gələnlərin gözü önündən çəkilmirdi. “Göz” simvolu masonun əsas ali inanc obyekti olan Ulu Memarın hər şeyi görməsinə işarədir. Bafomet adlı keçi başlı, insan bədəni və qanadları olan mason “Allahı” barədə fikirləri xatırlayaq. Masonun dini-ideoloji xarakteristikasında şeytanın rolu düşünməyə imkan verir ki, bu həm Bafomet adlı mason Allahına, həm də Giram adlı İblisin həmin yerdə mövcudluğuna, təsirinə və təntənəsinə bir işarədir. Lap müsəlman təkyələrində İslam müqəddəslərinin təsvir və simvollarının qoyulması kimi. Hərdən Bakının küçələrində sinəsində iri “G” hərfi yazılmış maykalara da rast gəlirik. Təbii ki, bu, həmin maykalardan geyinmiş qız və oğlanların mason üzvü olmasına işarə deyil. Bunu həmin maykaları istehsal edənlərin vicdanına və bunları alıb gətirən öz biznesmenlərimizin avamlığına yazaq. Bəzi binaların giriş nahiyyəsində masonu xatırladan simvollar diqqəti cəlb edir. Lakin bu heç də o demək deyil ki, biz harada bir üçbucaqlı görəriksə onu masonla əlaqələndirməkdə haqlı olarıq. Yoxsa Ki bu minvalla müsavatçılar da özlərinin partiya svostikasında «M» yaradan üçbucaqlara səhvən xor baxmış sayılardılar. Amma elə məqamlar da var Ki, orada özünü korluğa vura bilməzsən. Azərbaycanın 20 manatındakı mason işarələri barədə vaxtı ilə bir məqalədə geniş söhbət açmışıq. Avstryada, İsveçrə pulunun kağızı ilə yəhudi dizayner Robert Kolina tərəfindən hazırlanan pul vahidinin üzərində ikiyə bölünmüş qalxan, onun kənarı boyunca isə şahə qalxmış gürzə təsvirləri verilmişdir. Bu yalnız mason xarakterli dairəvi ilanlar düzümüdür. Bu puldakı qılınc da milli deyil və mason qartalının əlindəki qılıncla eynidir. Üçbucaqlı dəbilqə isə mason üçbucağına işarədir. Mason üçbucağı təkcə milli valyutamızda deyil, son vaxtlar şəhərimizin tən ortasında da peyda olmuşdur. Buna inanmayanlar metronun köhnə “Bakı Soveti”, indi isə “İçərişəhər” adlanan stansiyasının yeni, üçbucaqlı şüşəpiramida formasına nəzər sala bilər. Belə formanın tarixi İçərişəhərin atributlarına heç bir aidiyyatı olmasa da mason üçbucağına birbaşa aidiyyatı var. Mason misionerlərindən biri kimi tanınan violençelçalan Mstislav Rastropoviçin Bakıya tez-tez gəlişi isə heç də köhnə bakılının nastolji hisslərinə və ya Azərbaycana olan böyük məhəbbətinə görə deyildi. Bizimkilərin yüksək əqli keyfiyyətləri mason üzvülüyü üçün tam müvafiq sayılır. Heç təsadüfi deyil ki, dünya azərbaycanlıları arasında Bağır Heyət adlı əslən Təbrizdən olan bir həmvətənimiz hətta Vaşinqtondakı bütün lojaların mərkəzi lojasına baş ustad olaraq rəhbər seçilmişdir.
Mason barəsində bizim də dərindən düşünməyimizin vaxtı çoxdan çatmışdır. Sabiq millət vəkili Sultan Məmmədovun bu yaxınlarda nəşr olunmuş, “Masonluq- dünyanı idarə edən qüvvə” kitabı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Onu da vurğulayaq ki, adətən masonun qüvvətlənməkdə olduğu yerlərdə onun barəsində kitablar yazılmağa başlanır. Hazırda Azərbaycanda fəaliyyət göstərən mason lojalarından biri “Azad və Qəbul Olunmuş Mason Lojası” adlanır. Bu lojaya Vidadi Nəcəfov adlı bir sabiq həkim, uğurlu biznes adamı Böyük Ustad seçilmişdir.

Hafiz Mirzə

avrasiya.info
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!