Bir şagirdlə müəllimin nağılı - Nobel mükafatçılarının həyat hekayəsi
Maraqli
Oxunub: 1 495
10 okt 2014 | 13:38
Bir şagirdlə müəllimin nağılı - Nobel mükafatçılarının həyat hekayəsiBu gün Nobel sülh mükafatına layiq görülmüş pakistanlı fəal Malala Yusifzay bu pilləyə qədər çətin həyat keçirib. Hətta bir dəfə ölümlə üz-üzə qalıb.

Digər laureat hindistanlı Kailaş Satyarhi isə ölkəsində uşaqların sevimlisidir. Onun sayəsində minlərlə uşaq köləlikdən xilas olub.
Publika.az Nobel mükafatçılarının həyat hekayəsini təqdim edir.
Malala Yusifzay Pakistanda qadınların təhsil hüquqları uğrunda mübarizə aparan məktəbli qızdır. 1997-ci ildə Pakistanın Svat bölgəsinin Minqora şəhərində doğulan Malala, Taliban hərəkatının ərazidə qızların məktəbdə oxumasına qoyduğu qadağaya qarşı fəal mübarizəsi ilə tanınır.
Özü məktəbə 5 yaşında gedib.
2009-cu ildə, 11 yaşında ikən Təhriki-Taliban rejiminin nəzarəti altında olan bölgədəki Svat bölgəsində hərbi əməliyyatlar davam etdiyindən, o, bir neçə gün məktəbə gedə bilməyib. Bu zaman o, yaşadığı yerdə baş verən Taliban vəhşilikləri barədə BBC üçün yazmağa başladığı gündəlik sayəsində məşhurlaşıb. "Gul Makai" (puştu nağıllarının personajının adıdır - red.) adlı gündəlikdə Malala yaşadığı bölgədə olan vəziyyəti təsvir edib. Sonradan məqalə bir sıra televiziyalarda da yayımlanıb. O vaxtdan etibarən bir sıra mükafatlar alan Malala, həm də Pakistanın ilk milli sülh mükafatına da layiq görülüb.
2012-ci il oktyabrın 9-da Malalanın da içində olduğu məktəb avtobusunu saxlayan Taliban üzvləri 15 yaşlı yeniyetməyə iki dəfə atəş açaraq onu başından və boynundan yaralamışdılar.
Yerli polisin məlumatına görə, naməlum bir kişi şagirdləri evə aparan məktəb avtobusuna daxil olaraq, Malalanı soruşub. Şagirdlərdən biri əli ilə qızı nişan göstərib. Silahlı şəxs hər iki qıza atəş açaraq hadisə yerini tərk edib. Yetkinlik yaşına çatmamış qız başından və boyun nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya yerləşdirilmiş Malalanın vəziyyətinin orta ağır olduğu bildirilib. O, 10 gün komada qaldıqdan sonra 11-ci gün özünə gəlib. Taliban qruplaşmasının nümayəndəsi İhsanulla İhsan hücuma görə məsuliyyəti üzərlərinə götürüb və Malalanı "kafirliyin və əxlaqsızlığın təcəssümü" adlandırıb. O bildirib ki, qız sağ qalarsa, Taliban ona qarşı yenidən sui-qəsd törədəcək.
Pakistanın siyasi və dini liderlərilə yanaşı, Əfqanıstan prezidenti Həmid Kərzai və ABŞ rəsmiləri hücumu pisləyiblər. ABŞ Dövlət katibi Hillari Klinton Malala Yusifzayın cəsarətini yüksək qiymətləndirərək, yaraqlıların qadının gücü qarşısında zəif olduqlarını deyib.
Bir şagirdlə müəllimin nağılı - Nobel mükafatçılarının həyat hekayəsi
Svat vadisində məktəblər bu sui-qəsdə etiraz olaraq nümayiş keçiriblər. Bundan əlavə, İslamabad, Pişəvər və Pakistanın digər şəhərlərində hadisəyə etiraz əlaməti olaraq nümayişlər keçirilib.
Pakistan hökuməti Malalaya atəş açan şəxsin yeri haqqında məlumat verənlərə 105 min ABŞ dolları məbləğində mükafat təyin edib.
2012-ci il oktyabrın 15-də müalicəsini davam etdirmək üçün İngiltərənin Birmingem şəhərindəki Kraliça Yelizaveta xəstəxanasına aparılıb. Bu xəstəxana Əfqanıstan və İraqda yaralanan Böyük Britaniya hərbçilərinin müalicəsi ilə bağlı ixtisaslaşıb. Oktyabrın 17-də Malala komadan ayılıb və oktyabrın 26-da onun valideynləri ilə görüşməsinə icazə verilib.
2013-cü il yanvarın 4-də ambulator müalicəni davam etdirmək üçün qız Birmingem xəstəxanasından evə buraxılıb.
BMT-in Baş Katibi Pan Ki Mun 12 iyul tarixini Malala günü elan edib.

Pan Ki Mun Malalanı hər bir qızın təhsil almaq hüququnun "qlobal simvolu" kimi təqdim edib.
BMT Baş katibinin dünyada təhsil üzrə şəxsi nümayəndəsi, Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun 2012-ci il noyabrın 10-da Malalanın doğum günü olan 12 iyul tarixinin Malala günü elan edildiyini bəyan edib.
Malala günü ilk dəfə 2013-cü il iyulun 12-də Nyu-Yorkda BMT-in mənzil-qərargahında qeyd edilib. Hazırda Malala ailəsi ilə birlikdə Birmingemdə yaşayır.
Cəsarətli Malala Yusifzay 16 yaşını 2013-cü ildə BMT-də çıxışı ilə qeyd edib.
Malalanın BMT-dəki çıxışı aşağıdakı sözlərlə yadda qalıb:

"Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə həll yoludur."

******

Kailaş Satyarhi 1954-cü ildə Hindistanda dünyaya gəlib. Dehli şəhərində ailəsi ilə birgə yaşayır.
Uşaqların hüquqları uğrunda mübarizə aparan hindistanlı fəal 1990-cı ildən bəri uşaq əməyi əleyhinə hərəkatın fəal üzvü olub. Onun təşkilatı "Baçan Baçao Andolan" ("Uşaqlıq hərəkatını xilas edin") təşkilatı 80 mindən çox uşağı köləlikdən xilas edərək, onların cəmiyyətə inteqrasiyasına, müalicəsi və təhsilinə yardım edib. O , borca görə uşaqlarını satan valideynlər barədə bir sıra maarifləndirici proqramlar da təşkil edib.
"Baçan Baçao Andolan" uşaq istismarının qarşısını alan ilk Hindistan təşkilatıdır.

http://publika.az
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb