Feysbuk və qeyrətsizlik
Maraqli
Oxunub: 1 468
15 in 2016 | 01:04
Feysbuk və qeyrətsizlik












Təsəvvür edin ki, şirkətiniz var. İşçi axtarırsınız. Əminəm ki, vakantın sosial şəbəkədəki paylaşımları, statusları ilə mütləq maraqlanacaqsınız. Deyə bilərsiniz ki, dövr internet, sosial şəbəkə dövrüdür. Sosial şəbəkələr KİV-dən daha qabaqcıl və sürətlidir. Sosial şəbəkədə tanıtmaq, reklam xəbəri yaymaq daha asandır. Ola bilər.

Feysbuk fikir qəbristanlığıdır. Mədəni avaraçılıqdır, vaxt öldürməyin ən bəsit, murdar versiyasıdır. Kişilər əvvəllər çayxanalarda avaralanırdılar, indi isə Feysbuk adlı ucsuz-bucaqsız qeybətxana mövcuddur. Mən əminəm ki, əvvəldə dediyim şirkət sizdə olsaydı, siz ciddi işçi axtarsaydınız, saatda 200 at gücü ilə status yazan, hər arvad şəklinə ağız suyu axıdan kişiyə iş verməzdiniz. Mark Zükerberqdən gizli deyil, sizdən nə gizli olsun, iş-güc yiyəsi, avaralığı özünə həyat tərzi seçməmiş kişi fikir qəbristanlığında vaxt öldürmür.

Sizi bilmirəm, mən sosial şəbəkələrin məşhurlaşdırdığı bircə nəfər də olsun, ciddi adam tanımıram. İşi media və reklamla bağlı olanlar sosial şəbəkələrdə məcburiyyətdən vaxt keçirirlər. Qeyriləri isə sosial şəbəkədə real həyatda bacarmadıqlarını reallaşdırırlar. Ömründə salam verməyə cəsarət edə bilməyəcəkləri qadınlara girişmək, tanınmışa, məşhura hücum edib eqosunu təmin etmək də öz yerində...

Normal işi, iş rejimi, cinsi həyatı, hissləri təmin edilmiş adam bütün bunları 24 saata sığışdıra bilmir. Müasir dövrdə artıq vaxt olmur. Vaxt həmişə qısadır, istədiyimiz harayasa vaxtında çata bilmirik, iş, ev, məişət problemləri, mütaliədən artıq vaxt qalmır. İndi özünüz düşünün, günün bütün saatlarında sosial şəbəkələrdə onu-bunu danlayan, birinə yazmaq, bir başqasına yaşamaq öyrədənlər bu qədər vaxtı necə tapırlar? İnsan bu qədər avara olmağı necə bacara bilər axı? Bəyənmədiyiniz, Fatmanisə dediyiniz qadınlar işləmək, ictimai həyata qarışmaq arzusu ilə yanırlar. Kişilər isə sosial şəbəkələrdə ictimai-siyasi, virtual sevgi və cinsi həyat yaşayırlar. Ölkədə Mark Zükerberqin pulsuz nökərlərinə çevrilmiş ordu formalaşıb. Onların işi Mark Zükerberqə pul qazandırmaqdır. Artıq siyasi həyat sosial şəbəkədə doğulur və ölür. Yaşlı-başlı kişilər qızları yaşında qadınların şəkli ilə cinsəllik yaşayırlar.

Həyatınıza şirkət idarəetməsi kimi baxın demirəm. Sadəcə olaraq virtuallaşmış robotlardan uzaq olun. Onlarla birlikdə gələcək qurula bilməz. Çünki biz qadınlar reallığın özüyük. Reallıq və həyat bizik. Torpağın şirəsiyik, cəmiyyətin qurucusu və yaradıcısıyıq. Robotu real həyata alışdırmaq çətindir. Xoşbəxt, gələcəyi olan, içində arzusu olan insan real həyatdan qopub, gününü sosial şəbəkədə keçirə bilməz.

"Qeyrət" kəlməsi bir zamanlar başqa mənada istifadə edilirmiş. Yəni əslində mənası qadının cinsi orqanını güdmək deyilmiş. "Qeyrət" , "qayret göstərmək" yəni, bir iş üçün cəhd etmək, əzm göstərmək, mübarizə aparmaq demək imiş. Mübarizə isə reallıqda olur. Virtual dünyada yaşayan insanın qədim türkcədə olduğu kimi qayret göstərməsi qeyri-mümkündür.

P.S.: Qeyrətsizdən uzaq olun.

Günay Arda
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb