Bakıda geylərin nikahı ilə bağlı növbəti gülünc vəziyyət
Maraqli
Oxunub: 1 033
26 iy 2016 | 21:04
Bakıda geylərin nikahı ilə bağlı növbəti gülünc vəziyyət









Tahir Kərimli: “Əvvəl onları ancaq gecə vaxtı küçələrdə görmək mümkün idi, indi toy da keçirirlər”Zamin Hacı: “İnsan haqlarına görə heç kimin vətəndaşların hansısa məclisinə burun soxmaq haqqı yoxdur”

Dünənki günün əsas müzakirə olunan mövzularından biri heç şübhəsiz ki, Bakidakı şadlıq saraylarından birində keçirilən qeyri-adi toy mərasimi olub. Bu mərasimin qeyri-adiliyi isə orda gey cütlüyün evlənməsi ilə bağlı olub. Postnews.az-a toyda iştirak edən qonaqlar bildiriblər ki, bəzi şəxslər normal toya dəvət edildiklərini biliblər. Amma gəlinin salona daxil olmasıyla məclisdə qarışıqlıq yaranıb. Belə ki, anlaşılıb ki, bu toy yox, nişan mərasimidir. Üstəlik də geylərin əyləncə məclisidir.

Postnews.az-a daxil olan məlumata görə, cinsi kişi olan "gəlin" yeniyetmə oğlanla “ailə qurur”. “Gəlin” öz toyunda mahnı ifa etməklə yanaşı, hər şeyi normal şəkildə qədul edir. "Gəlin"in adı Aydındır. Paytaxtın dəbdəbəli şadlıq saraylarının birində keçirilən toya dəvət olunanların əksəriyyəti geylərdi.

Qeyd edək ki, bəzi qonaqlar müşahidə etdiyi mənzərədən utandığından məclisi tərk ediblər. Onlar “gəlin”in kişi cinsindən olduğundan xəbərdar olmayıblar.

Daha sonra isə aydın oldu ki, sözügedən mərasim “Qızılqaya” şadlıq sarayında keçirilib. Şadlıq sarayının adının çəkilməsini istəməyən rəsmisi ilk olaraq foto və videoda əks olunanları təkzib etsə də, modern.az-a açıqlamasında olay barədə bunları deyib: “Bizə müraciət edən şəxslərlə yaşlı bir qadının yubileyinin keçirilməsi üçün razılaşmışdıq. Mərasim üçün hazırlıqlar görüldü, məclis başladı. Bir müddət sonra həmin “kişi” təmtəraqlı geyimdə məclisə təşrif buyurdu. Biz şadlıq sarayı olaraq onu məkanımızdan çıxara bilməzdik. Çünki, o, ev sahibinin ad gününə dəvətlilər içərisində idi”.

Onun sözlərinə görə, daha sonra həmin gəlin qiyafəsində olan “kişi” masada əyləşərək insanlarla şəkil çəkdirməyə başlayıb: “Bu da həmin şəkillərdən bəziləridir. Bizim əlimiziə həmin ad günü tədbirinin videogörüntüsü də var. Mətbuatda yayılanlar reallıqdan uzaq, hazırlanmış şəkildə cəmiyyətə təqdim olunub”.

Amma xəbərin mətbuatda və sosial şəbəkələrdə yayılması ilə mübahisə də başlanıb. Başda yazarlar, siyasətçilər olmaqla mövzu ilə bağlı bir-birindən fərqli, ziddiyyətli mövqelər nümayiş etdirməyə başladılar. Ümumi müşahidələr göstərdi ki, bu olayı qəbul edə bilməyənlərin sayı digərləri ilə müqayisədə çoxdur. İnsanlar bu cür hadisələrin ictimailəşməsindən, belə bir presedentin yaranmasından narahatdılar. Əks fikirdə olanlar isə bunu insanların şəxsi həyatına müdaxilə, mediaya çıxarılması yanlış olan hal kimi qiymətləndirdilər. Bununla da gün ərzində sosial şəbəkələrin az qala əsas mövzusu bu oldu.

Deputat Tahir Kərimli gununsesi.info-ya açıqlamasında bu hadisəyə neqativ münasibətini bildirib.

Onun sözlərinə görə, son illər homoseksualların apardığı təbliğatlar evimizin içinədək gəlib çıxıb: “Bunun üçün filmlərdən, seriallardan, verilişlərdən, musiqi kliplərindən, hətta cizgi filmlərindən belə istifadə olunur. Homoseksuallığın təbliği üçün illər uzunu hansı mərhələli görülən işlər öz bəhrəsini vermədədir”.

Onun sözlərinə görə, son illər Azərbaycanda da bu məsələnin kifayət qədər təhlükəli səviyyədə artdığı və adiləşdiyi göz önündədir: “Əvvəllər homoseksualları, sadəcə, gecə vaxtları görmək mümkün idisə, hazırda artıq onlar gündüzlər də çəkinmədən şəhərin küçələrində gəzişirlər. Hələ bu azmış kimi şadlıq evlərində dəbdəbəli toy mərasimləri də keçirirlər. Onlar təşkilatlanaraq Almaniya, Niderland, Norveç, Böyük Britaniya, Belçika, İsveçrə, ABŞ səfirlikləri və Avropa İttifaqının Bakı nümayəndəliyi ilə görüşlər keçirir, tələblərini səsləndirirlər. Səfirliklər isə onlara bildirirlər ki, homoseksualların hüquqi statusunun qorunması məsələləri onlar üçün prioritetdir. Onlar bu toylardan görüntüləri mətbuata ötürmək və sosial şəbəkələrdə yerləşdirməkdə marqlıdırlar”.

“Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı isə sözügedən hadisənin mətbuatda hallandırılmasını və ümumən bununla bağlı müzakirə açılmasını doğru hesab etmir. Z.Hacı sosial şəbəkədəki statusunda aşağıdakıları yazıb: “İnsan haqlarına görə heç kimin vətəndaşların hansısa məclisinə burun soxmaq haqqı yoxdur. Əgər orda qanunsuz hal baş verməyibsə, məclisdəkilər hökumət nümayəndələri və ya hansısa ictimai populyar şəxs deyilsə ümumiyyətlə qarışmaq ixtiyarınız yoxdur. Bu, fundamental insan haqlarından biridir - şəxsi həyat toxunulmazdır! Şəxsi həyat toxunulmazdır! İstəyirsinizsə yenə yazım ey cahil yığını: Şəxsi həyat toxunulmazdır! Əgər siz hansısa iki kişinin, iki qadının, yaxud qadın və kişinin və ya iki geyin və ya lesbiyanın məclis qurmasına (adından asılı olmayaraq) dəhşətli hadisə kimi yanaşırsınızsa insan haqları istəmək haqqınız da yoxdur. Ölün oturun yerinizdə”.

Yazarın bu fikirləri ciddi mübahisə yaradıb. Müzakirəyə qoşulanların bir qismi onu dəstəkləsə də, geylərin nikahının qanunla qadağan olunduğunu və ümumən bu cür münasibətlərin ictimailəşdirilib, normal hal kimi qələmə verilməsinin doğru olmadığını qeyd ediblər. Bu halı xəstəlik kimi qələmə verənlərlə yanaşı, bunun əksini də iddia edənlər olub. Bəzi müzakirə iştirakçıları yazıblar ki, bu, xəstəlik olmasa da, anormal bir haldır. “Əgər bu normal şeydirsə. niyə məxluqat iki cinsdə var olur? Hamımızın zəiflikləri var. Amma bir çox cox zaman bunu gizli saxlayırıq. O zaman insanlar küçədə cütləşsinlər, desinlər başqasına dəxli yoxdur. Buna necə haqq qazandırırsız?”

Sözügedən mövzu əksər cəmiyyətlər üçün hələ də mübahisə yaratdığı üçün bunu normal qəbul etmək olar. Eynicinsli insanların etiraz aksiyaları, paradları, onların nikahına icazə verilmədiyi üçün keçirdikləri piketlər dünyaya, onun inkişaf etmiş ölkələrinə tanışdır. Bəs media bu məsələdə hansı mövqeni tutmalıdır? Cəmiyyət üçün təəccüb yaradan bu olay necə işıqlandırılmalı, “qızıl orta” hansı formada tapılmalıdır?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, bu, olduqca həssas mövzudur. Müsahibimizin fikrincə, söhbət toy faktından, cinsi kateqoriyadan gedirsə, hər kəs öz mülahizəsini deyə bilər.

Onun sözlərinə görə, əgər tərəflərdən biri yetkinlik yaşına çatmayıbsa, bu, birbaşa cinayət sayılır və medianın onu işıqlandırması qaçılmazdır: “Bu, Azərbaycan qanunvericiliyi ilə qorunan, jurnalistlərin də əməl etməli olduğu prinsiplərdən biridir və xəbər kateqoriyasında qiymətləndirilməlidir. Amma bu halda həmin yetkinlik yaşına çatmayan şəxsin görünrüsünün verilməsində olduqca ehtiyatlı olmaq lazımdır. Onun kimliyi bilinməməlidir. Amma “bu mövzunu qabartmayın” yanaşması doğru deyil”.

A.Əliyev bu məqamda maraqlı bir paralel də apardı. Dedi ki, əgər azyaşlı qızla evlənmək cinayət sayılırsa və biz bunu mediada işıqlandırırıqsa, bu halda da problem ictimailəşməlidir: “Həm qanunlara, həm etik kodekslərə görə bu, yazıla bilər. Xəbər dəyəri bütün hallarda var. Bu asılıdır jurnalistin qarşısına qoyduğu məqsəddən, onu işıqlandırma formasından. Hətta jurnalist xəbəri yazıb, buna münasibət bildirsə belə, burada heç bir pozuntudan, qınaqdan söhbət gedə bilməz. Amma “jurnalist bu xəbəri verə bilməz, insanların şəxsi həyatıdır” yanaşması doğru deyil. Onlar özlərini ənənəvi oriyentasiyalı, ənənəvi hüquqlu insanlar hesab edirlərsə, onlarla bağlı xəbərlərin yayılmasını da normal qəbul eləməlidilər. Digərlərinin toyunda hansısa cəhət necə maraq doğurur və bu, ictimailəşirsə, bu da eləcə. Hər halda, toy bunkerdə edilməyib və ictimaiyyətə açıq yerdə olub”.

Müsahibimiz hesab edir ki, bu məqamda jurnalistləri haqsız göstərmək istəyənlərin çoxu Roma papasından daha artıq katolik olmaq istəyənlərdir.

Musavat.com
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi