Tarixdə 10 ən qəribə psixi pozğunluq!
Maraqli
Oxunub: 848
13 avq 2016 | 07:43
Tarixdə 10 ən qəribə psixi pozğunluq!








Psixi xəstəliklər müxtəlif səbəblərdən yarana bilər: genetika, beynin travmatik zədələnməsi, hər hansı dərmanların qəbul edilməsi və s. Hətta spirtli içkilərdən həddən artıq istifadə belə psixi pozuntulara səbəb ola bilər. Bu məqalədə sizlərə, xəstəxanalarda rəsmi qeydiyyata düşmüş ən qəribə psixi pozğunluqlar barəsində danışacağıq.

1. Kapqr sindromu

Bu sindromu həm də “mənfi oxşar sayıqlaması” adlandırırlar. Psixiariyanın xüsusi sahəsindən olan bu sindromda, xəstə inanır ki, onun ətrafından kimisə (ər, arvad, valideynlər və s. ) və ya elə onun özünü oxşarı əvəz edib. Son halda xəstə inandırmağa çalışır ki, onun adından edilmiş bütün pis şeyləri onun oxşarı edib. Bu sindromu 2 yerə bölürlər: autoskopik – xəstə oxşarını gördüyündən əmin olduqda və Kapqr – oxşar görünməz qaldıqda.

2. Stendal sindromu

Ürək döyüntüsünün sürətlənməsi, baş fırlanması bə qarabasmalarla müşayiət olunan bir sindromdur. Əsasən təsviri incəsənətlə məşğul olan insanlarda- elə onların daha çox cəmləşdiyi yerlərdə- muzey, qalereya və s. yerlərdə baş verir. Sindroma təkcə sənət əsərləri deyil, həmçinin çox gözəl insanlar, təbiət, heyvanlar, mənzərə və s. səbəb ola bilər. Ən çox bu sindrom Florensiyanın 50 muzeyindən birini ziyarət etdikdə baş verir. İnsan qəflətən dərin emosiyalarla dolu əsərləri görür və daxilən bu emosiyalara çox qapanır. Xəstələrin reaksiyası müxtəlif olur- bəziləri gördükləri rəsm əsərlərini yox etmək belə istəyirlər. Sindromun çox nadir olmasına baxmayaraq, Florensiyada muzeylərin mühafizəçilərinə sindromun qurbanları ilə özlərini necə aparmaları öyrədilir.

3. Van Qoq sindromu

Sindrom ya xəstə özü-özünü əməliyyat etdikdə, ya da hər hansısa bir əməliyyatda təkid etdikdə baş verir. Şizofreniya, dismorfofobiya və dismorfomaniya zamanı rast gəlinir. Sindroma dünyaca məşhur rəssamın adı verilib- deyilənə görə o bu xəstəlikdən əziyyət çəkirdi və xəstəliyin kəskinləşdiyi ərəfələrdən birində öz qulağını amputasiya etmişdir. Əslində isə, Van Qoq qulağının bir hissəsini Qogenlə mübahisədən sonra, başının bulanıq olduğu bir vaxtda kəsmişdir. Necə olsa da, əfsanə sindroma ad verib.

4. Savant sindromu

Kifayət qədər nadir hal olan bu sindrom zamanı, inkişafdan qalmış şəxslərdə (həmçinin autistik xəstəliyi olan) hər hansısa bir sahədə güclü qabiliyyətlər meydana çıxır. Məsələn, bu şəxs adi yazıda 40 səhv buraxıb, sadə mətni güc bəla ilə oxuya və eyni zamanda beynində 6 rəqəmli ədədləri bir-birinə asanlıqla vura, 30 may 3016-cı ilin həftənin hansı gününə düşəcəyini hesablaya bilər.

5. Hebefrenik sindrom

Psixopotoloji bu sindromda, böyük insanın hərəkətində uşaqlıq həddən artıq olur. Xəstələr sindrom zamanı bərkdən gülür, ətrafdakı hər kəslə qəribə zarafatlar edir, çarpayıdan çarpayıya hoppanır və qəribə hərəkətlər edirlər.

6. Oyanış vəziyyətləri

Adətən gözlərin yavaş hərəkəti fazasında yuxudan tam oyanmamaq nəticəsində baş verir. Bu zaman reallıq və qarabasmalar bir-birilə qarışır. Ağlabatmaz fikirlər, ideyalar müşahidə olunur. Vəziyyətin düzgün qiymətləndirilməsində çətinlik çəkilir, aqressiv hərəkətlər olur. Yəni, insan gəzə, danışa və işləyə bilir, lakin bu zaman məğz etibarilə yuxuda olur. Ən qəribəsi isə, bu vəziyyətdən çıxdıqdan sonra effekt zamanı edilmiş bütün hərəkətlər yaddan çıxır.

7. Derealizasiya

Bu pozuntu zamanı, ətraf mühit insana uzaq, gerçək olmayan, ayrı bir mühit kimi gəlir və yaddaş pozöunluqları müşahidə olunur. Bəzən, “artıq görülmüş” (dejavyu) və “heç görülməmiş” (jamevyu) müşayiət olunur. Derealizasiya psixi deyil, daha çox nevrotik pozuntulara aid edilir – çox vaxt insan bu sindrom zamanı özünü tamamilə idarə edə bilir və adekvatlığını qoruyub saxlayır. Lakin, həyatı mənfi istiqamətdə dəyişir.

8. Kotar sindromu

Xüsusi sayıqlamalarla müşayiət olunan bu sindrom zamanı xəstədə istənilən şəraiti həddən artıq şişirtmək, böyütmək və maksimallaşdırmaq halları baş verir. Məsələn, Kotar sindromu olan insanlar ürəyinin olmaması, bağırsaqlarının çürüməsi, bütün insanlığa qarşı tarixdə görülməmiş cinayət işlədiyi, hamını QİÇS-ə yoluxdurduğundan şikayətlənir. Bəzən hətta artıq öldüklərini, bədənlərinin çoxdan çürüyüb yox olduğunu, onları etdikləri bütün pisliklərə görə ağır cəzanın gözlədiyini belə iddia edirlər. Xəstəliyin çox kəskinləşdiyi vaxtlarda xəstələr xarici aləmin mövcudluğunu inkar edir, insanlığın çoxdan öldüyünü və dünyanın yox olduğunu iddia edirlər.

9. Paris sindromu

Bu qeyri-adi sindrom əsasən Fransaya baş çəkmiş yapon turistlərdə müşahidə olunur. Hər il ən azı 12 yapon turist Fransaya səyahət etdikdən sonra psixiatra müraciət edir. Zərər çəkənlərin əksəriyyəti hesab edir ki, pozuntuların səbəbi yerli sakinlərin soyuq davranışıdır. Yaponlar səyahət edərək qonaqpərvərlik gözləyirlər. Nəticədə isə bunun tam əksini gördükdə onlar bu gərginliyə dözə bilmirlər. Yapon mağazalarında müştəri şahdır, eyni zamanda Parisdə isə, satıcılar müştərilərə bir o qədər diqqət yetirmirlər. İctimai nəqliyyatda insanlar kobud və soyuqdurlar, küçə soyğunları isə vəziyyəti bir az da gərginləşdirir.

10. Magifrenik sindrom

Hə hə, bu da psixi pozuntu sayılır. Magifrenik pozuntu elə bir haldır ki, insanın beynini magiya xarakterli ideyalar doldurur. Bu xəstəlik zamanı insan astorloqlara, falçılara və sehrbazlara müraciət edərək, həyatını onların məsləhətləri üzərində qurmağa başlayır. (kenquru.com)
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...