“Facebook” biznesinin 10 faydası
Maraqli
Oxunub: 973
26 avq 2016 | 06:06
“Facebook” biznesinin 10 faydası








Sosial şəbəkələr hazırda əhatəliliyinə və imkanlarına görə hər bir istifadəçinin sərbəst fikir, rəy bildirmə yeri olduğundan onun biznesə də təsiri fərqlidir. Biznes səhifələr təkcə reklam üçün deyil həm də ictimai rəyin öyrənilməsinə xidmət edir. Niyə görə şirkətinizin facebook səhifəsi olmalıdır və buna xüsusi diqqət yetirməlisiz?

Bu məsələ ilə bağlı tibbi PR-marketologiya üzrə ekspert Bəhruz İsmayılzadənin mövqeyini təqdim edirik:

“Son günlərdə Facebookla bağlı "maraqlı" yanaşmalar meydana gəlməkdədir. Yerli biznes nümayəndələri və öz xidmətlərini təklif edən peşə sahibləri «Facebook» səhifəsinin tanıtım üçün mənasız olduğunu, effektini itirdiyini və oradan satış gəlmədiyini qeyd edirlər. Bir çoxları hələ də flayer, buklet çap etdirib çöldə paylatmağa, ya da TV, radio reklamlarına və s. reklam daşıyıcılarına üstünlük verirlər. Amma hər şirkətin və ya hansısa sahə üzrə peşəkar xidmət təklif edən insanın gücü çatırmı bahalı TV və radio reklamı sifariş verməyə? Təbii ki, yox”.

Ekspert facebook biznes səhifənizin 10 faydasını təqdim edir.

1. Potensial müştəri ordusunun olması

Feysbukun dünya üzrə 1.9 milyard, Azərbaycan üzrə 1,75 milyon istifadəçi var (onun da 1,35 milyon nəfəri Bakıda yaşayır). Əlavə nəsə deməyə ehtiyac var? Əgər Sizin biznesiniz «Facebook»dan müştəri əldə edə bilmirsə, o zaman ozünüzə yeni biznes ideyası tapın.

2. Potensial müştəri bazası toplayın

Səhifənizi bəyənən insanlar biznesinizin uzun müddətli dövr üçün dayanıqlığını təmin edəcəyinə ümid etməyin. Bir gün «Facebook» yox olarsa onda nə olacaq?
Əgər müştərilərinizlə “feysbukdan”dan kənarda kommunikasiya qurmamısızsa, onda yenidən başlamalı olacaqsınız. Buna görə də ağıllı bizneslər bazanı email ünvanları formasında toplayır, beləliklə, onlar müştəriləri ilə “feysbuk”dan da kənar əlaqə qura bilirlər. Amma bu baza ilə necə davranacağınız çox önəmlidi. Məsələn, hər gün insanlara nəsə göndərməklə onları ancaq bezdirib, ikrah hissi oyada bilərsiniz. Emaillərinizi sistemli şəkildə həftədə bir və ya iki dəfə göndərin və orada öyrədici informasiyalar olsa daha yaxşı olar. Bununla da potensial müştəri bazanızın saytınıza və məhsulunuza məmnun bağlılığını yarada bilərsiz. Bu zaman onlar böyük ehtimalla özləri sizin müştəriniz olmaq istəyəcəklər.

3. «Facebook»la marketinq xərclərinizi aşağı sala bilərsiz

«Facebook» biznes səhifənizi qurmaq sizə 0 dollara başa gəlir. Əlbəttə, siz hansısa dizaynerə ödəniş edib səhifənizə profil və örtük şəkli yığdıra bilərsiz, amma ən başda bu belə də mütləq deyil. İnternetdən yüklədiyiniz sadə bir şəkil və ya məhsulunuzun şəkli ilə də səhifədə biznesinizin quruculuğuna başlaya bilərsiz. Hətta bəzi hallarda bu daha münasib olur. Tanınmış bir şəkillə səhifənizə, postunuza “bəyənmə” artırmaq və reklam dəstəkli fəaliyyəti (sponsored stories) başlamaq effektiv olacaq. »Facebook» reklamları çap-mətbəə, radio, TV, küçə reklamları ilə müqayisədə xeyli ucuzdu. Üstəlik büdcəni özünüz təyin edə, günlərə görə bölə bilərsiniz. İstədiyiniz vaxt reklamı durdura, istədiyiniz vaxt davam etdirə bilərsiz.

4. Hədəf kütləsini seçmək imkanı

Bu reklam üçün ən vacib olandır! Ölkədə 1.75 milyon «Facebook» istifadəçisi var amma bu o demək deyil ki, onların hamısı sizin səhifənizi bəyənməlidi və ya bəyənmək istəyirlər. Bir yandan da biz özümüz də istəməməliyik ki, kim gəldi səhifəmizi bəyənsin, çünki onların çox az bir qismi bizim postlarımızla məlumatlanacaq, məlumatlanmaq istəyəcək, oxuyacaq, paylaşacaq. Siz istifadəçiləri “target” etməklə, lazım olan hədəf kütləsinə xitab edə bilərsiz. Yaş, oxuduğu ixtisas, işlədiyi sektor, yaşadığı şəhər, bölgə, hətta ofis və ya mağazanız yerləşən nöqtədən bir neçə kilometr radiusda yaşayan insanları belə hədəf seçib seqmentasiya apara bilərsiz. Düşünün, TV-də reklam verdiyiniz zaman bu qədər dəqiq “target” edə bilirsizmi? Təbii ki, yox!

5. «Facebook» insigths – alətlərindən istifadə edin

«Facebook» biznes səhifələrində təmin olunan alətlər sadədir. Onları başa düşmək olduqca asandır, hətta heç bir texniki biliyi olmayan insanlar üçün də (ingiliscə anlamanız kifayət edir). Bunlar biznes sahibləri üçün böyük informasiya mənbəyi ola bilir. Siz burada səhifənizi nə qədər adam bəyənib, paylaşıb, nə qədər adama reklam çatıb, “post performans”, hansı yaş aralığı, hansı ölkədən, şəhərdən insanlar ziyarət edib və digər vacib məlumatları görə bilərsiz. Nəticələr faydalı olur, əmin ola bilərsiz.

6. Marka sadiqliyi qurmaq imkanı

Bu nə deməkdir? Əgər siz səhifənizdə davamlı olaraq izləyicilərinizə dəyər verən, məlumatlandıran, yeri gələndə əyləndirən postlar paylaşıb kontent yaradarsızsa, o zaman izləyiciləriniz sizə sadiq qalacaq. İndi insanlar nəsə almaq istəyəndə o sektorda fəaliyyət göstərən şirkəti tapmaq üçün onu daha çox «Facebook»da axtarır. Hətta istifadə etdikdə orada şəkil çəkdirib “check in” edir, məmnun qaldısa yenə «Facebook»da dostlarıyla paylaşır bu durumu. Əmin olun ki, əksər müştərilər «Facebook»-da olmayan və ya zəif olan şirkətdən çox məhz sizi seçəcəklər. On illər öz sexində mebel yığıb satan və ya klinikada həkim işləyən müştərisi az olan adamlar, eyni zamanda iki ay «Facebook»da aktiv, maraqlı dizayn olunmuş şəkillərlə kontent yaradan, bolluca müştərisi olan mebel satan və həkim da var. Bu adamlar artıq müştəri sadiqliyi əldə edə biliblər. Siz ikinci nümunədəkilərdən olun, buna layiqsiz.

7. Veb saytınızın traffikini artırmaq imkanı

Ağıllı şirkətklər «Facebook» səhifələrindən veb saytlarına daxil olmaları artırmağı da bacarır. Bunun üçün saytınızdakı səhifəni, məqalənizin və ya məhsulunuzun linkini «Facebook» postunda paylaşın. Link paylaşmağı kontent strategiyanızın bir parçası edin.

8. Real Time Marketinq imkanları

Bütövlükdə rəqəmsal marketinqin, həm də sosial mediyanın ən güclü imkanlarından biri baş verən hadisələrə həmən, çevik, kreativ reaksiya verə bilməsidir. Bunu TV-də etmək istəsəz, çarxı indi hazırlasanız, ən tez sabah efirə verə bilərsiniz, o da reklam bloklarında yer olarsa. Çap mətbuatında isə bud aha ləng baş verir.

9. Mobil texnologiyalarına hazır və adaptasiya olmaq imkanı

«Facebook» istifadəçilərin əksəriyyəti bura mobil telefonla və “app”-la (mobil tətbiqetmə) daxil olur. Bu trend artdıqca sizin də biznesinizlə «Facebook»-da olma vacibliyiniz artır! Burada əsas məqam – hər iki desktop, həm kompüter, həm mobil telefon, planşet ekranı üçün optimizasiya və adaptasiyanı sizin üçün «Facebook» özü edir.

10. Rəqibləriniz üzərində “gözünüz” olması imkanı

«Facebook»-un maraqlı funksiyalarından biri rəqibləri sakitcə güdmək imkanımızın olmasıdır. Düzdü, biz onların satış rəqəmlərini, daxili işlərini görə bilmərik, amma rəqiblərin nə paylaşdığını, nə qədər izləyici, postlarına nə qədər bəyənməni toplamasını görə bilərik. Bunun üçün səhifənizin statistikalar bölməsinə daxil olun, orada hətta «Facebook» özü sizə səhifələr əlavə etməniz üçün nümunələr göstərəcək. Bu sizə sahifənizin rəqiblərlə müqayisədə hansı vəziyyətdə olduğunuzla və olmaq istəmənizlə bağlı əlavə motivasiya verəcəkdir.
Çağdaş dünyada heç bir işi, xidməti «Facebook» səhifəsiz təsəvvür etmək olmur. Səhifənizi daha da maraqlı kontentlə inkişaf etdirib zənginləşdirin. Siz də bu yazını paylaşın ki, dostlarınız üçün faydalı olsun.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"