Oturaq həyat tərzinin sağlamlığa bəxş etdiyi “hədiyyə”lər
Maraqli
Oxunub: 1 000
8 okt 2016 | 05:52
Oturaq həyat tərzinin sağlamlığa bəxş etdiyi “hədiyyə”lər














Əgər bir neçə ildən sonra statistik göstəricilərdə qeyd olunsa ki, xəstəliklərin əksəriyyətinin əsas yaranma səbəbi oturaq həyat tərzidir, buna heç kim təəcüblənməməlidir. Çünki oturaq həyat tərzinin insan orqanizminə bəxş etdiyi "hədiyyə"ləri saymaqla qurtarmaq olmaz.

Bu dəfə oturaq həyat tərzinin fəsadlarından yazır.

İlk baxışdan belə həyat tərzi rahat görünsə də, bu rahatlığın arxasında böyük fəsadlar, xəstəliklər durur. Yaşam tərzinin bu cür formalaşmasının əsas səbəbkarı isə elə insanın özüdür.

Əvvəlcə gündəlik həyatımızın hərəkət axarına diqqət yetirək. Təəsüflər olsun ki, bu axarda piyada hərəkət etməkdən başqa hər şeyə üstünlük veririk. Lift, nəqliyyat vasitəsi, oturaq iş rejimi, işdən sonra evdə divan, kreslo, saatlarla televizorun və kompüterin qarşısında vaxt keçirmək, bütün texniki avadanlıqların pultla idarə olunması bizləri oturaq həyat tərzi keçirən ən "fəal" insana çevirir.

Bəs bu "rahat" yaşam tərzi sağlamlığımıza nə vəd edir?

1. Dayaq hərəkət sistemində, onurğa sütununda problemlər. Skalioz və osteoxondroz xəstəlikləri.

2. Fəqərə yırtıqları

3. Ürək-damar xəstəlikləri

4. Xərçəng xəstəliklərinə tutulma riskinin artması

5. Baş ağrıları

6. Görmə qabiliyyətinin zəifləməsi

7. Radikulit.

8. Xroniki yorğunluq.

9. Yuxunun pozulması.

10. Sinir gərginliyi, əsəbilik, depressiya və stress.

11. Mədə-bağırsaq sisteminin pozulması, qəbzlik.

12. Babasil xəstəliyi.

13. Qan durğunluğunun yaranması və qan təzyiqi.

14. Cinsi zəiflik və prostat problemləri

15. Çəki artımı və piylənmə.

Xəstəliklər siyahısını bir az da uzatmaq olar. Ancaq bu siyahını oxumaqdansa oturaq həyat tərzinin törətdiyi fəsadlardan, yaratdığı xəstəliklərdən necə yaxa qurtarmağın yollarını araşdırmaq daha yaxşı olar.

İlk növbədə iş rejimi oturaqlıq tələb edən insanlar hər saatdan bir heç olmasa beş dəqiqəlik fasilə etməyi qarşısına məqsəd qoymalıdır. İstər ofisdə, istərsə də evdə monitor qarşısında əyləşəndə iş arası hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırın. Ancaq bu fasilə televizorun qarşısına keçməklə əvəzlənməməlidir. Yüngül idman hərəkətləri, gəzişmək, təmiz havaya çıxmaq sağlamlığınız üçün yarana biləcək problemlərin qarşısının alınmasında sizə yardımçı olacaq.

Oturaq həyat tərzi keçirənlər qida rasionlarına ciddi diqqət yetirməlidirlər. Belə ki, kalorisi az, vitamin və mikroelementlərlə zəngin qidalar rasiona daxil edilməlidir. Meyvə və tərəvəzə daha çox üstünlük verilməlidir.

İş otağının normal işıqlandırılmasına və təmiz hava ilə təmin olunmasına xüsusi diqqət yetirilməlidir.

Çalışın ki, heç olmasa qət etdiyiniz kişik məsafələrdə nəqliyyatdan istifadə etməyəsəniz. Yaxud, arabir lifti unudub mərtəbələri piyada qalxmağı özünüzə vərdiş edin.

İşinizi bitirdikdən sonra kompüter qarşısında əyləncə naminə oturmaq kimi asılılıq vərdişindən özünüzü xilas edin.

İstirahətinizi saatlarla televizor qarşısında uzanmaqda tapmayın. Belə "istirahət" əksinə olaraq sizin beyninizin gərginliyini artıracaq.

Əgər oturaq həyat tərzinin "hədiyyə"lərindən yaxa qurtarmaq istəyirsinizsə idmanın hər hansı bir növü ilə məşğul olmağa vaxt ayırın.

Yatacağınızın çox yumşaq, balışınızın isə hündür olmasına yol verməyin.

Həftədə ən azı bir gün bütün işləri kənara atmağı bacarın. Elə düşünməyin ki, orqanizm dəmir parçasıdır.

Və ən nəhayət unutmayın ki, sağlamlıq ən təxirəsalınmaz işdən də, qazanılan puldan da vacibdir.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...