İnsan Allahdan nə istəsə yaxşıdır?
Maraqli
Oxunub: 1 116
8 okt 2016 | 06:29
İnsan Allahdan nə istəsə yaxşıdır?









İnsan hər bir işində Allaha möhtacdır. Hər nə varsa, Allahdandır.

Qüdsi hədisdə oxuyuruq: "Allah Musaya (ə) buyurur: "Hər nə ehtiyacın varsa, Məndən istə, hətta qoyunların otunu və yeməyinin duzunu belə"".
Ancaq yaxşı olar ki, insan Allah dərgahında dayanan zaman Ondan daha dəyərli şeyləri istəsin. Necə ki, Məsumlarımız (ə) istəmişdilər.

1. Valideyn üçün dua etmək. Ata və ana - insanın dünyaya gəlmək vasitələridir. Hər bir insan öz valideyninə hörmət və ehtiram etməlidir. İnsan hər nə qədər valideyninə xidmət etsə, onun zəhmətlərinə təşəkkür edə bilməz. Valideynlərimiz üçün edə biləcəyimiz ən xeyir işlərdən biri - onlar üçün dua etməkdir. Necə ki, İbrahim (ə), Nuh (ə) öz valideynləri üçün dua edirdilər. "Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!". ("İbrahim" 41).

2. Başqaları üçün dua etmək. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, dua edirsiniz, ümumi insanlar üçün dua edin ki, duanın qəbul olmasına səbəb olar".

3. Saleh övlad sahibi olmaq üçün dua etmək. Hər bir ata və ana istəyir ki, övladı saleh olsun. Həzrət Zəkəriyya (ə) da Allahdan pak və saleh övlad istəyir: "Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən". ("Ali-İmran" 38).

4. İmam Zaman ağanın (ə.f) zühuru üçün dua etmək. O zaman ki, İmam Zaman ağa (ə.f) zühur edər, hər cür zülmə qalib gəlib, ədaləti bərpa edəcəkdir. Hər bir Əhli-beyt (ə) davamçısı o günün intizarını çəkir və ona görə də ağanın salamatlığı və zühurunun tezləşməsi üçün dua edir.

5. Yaxşı bəndə olmağı dua etmək. Hər bir insanın kamalı - Allah bəndəliyindədir. Bəndəliyə çatmağın yolu da nəfsani istəkləri tərk etməkdir. İmam Əli (ə) Kumeyl duasında buyurur: "Allahım, məni ən yaxşı bəndələrindən qərar ver!".

6. İslamı qorumaq üçün dua etmək. İslam dini - bəşərə əta olunan ən dəyərli nemətlərdəndir. Ona görə də hər bir müsəlman bu böyük məktəbin qorunması üçün dua etməlidir.

7. Xeyirli aqibət üçün dua etmək. Biz gərək dualarımızda Allahdan həm dünya və həm də axirət üçün xeyir istəyək.

8. Tövbə edək. Günah axirət əzabından başqa, insana dünyada bəlalar gətirər, mənəviyyatdan uzaqlaşdırar, İlahi rəhmətdən uzaqlaşdırar. Ona görə də tövbə etməyi unutmayaq.

9. Halal ruzi istəmək. Məsumlarımız (ə) həmişə Allahdan halal ruzi istəmişdilər. İmam Baqir (ə) buyurur: "Allahım, halal ruzini mənə çox et".

10. Elm istəmək. Allah Təala Quranda Peyğəmbərinə (s) buyurur: ""ey Rəbbim, mənim elmimi artır!" de". ("Taha" 114). İmam Səccad (ə) buyurur: "Allahım, mənə kamil ağıl, pak qəlb, çoxlu elm əta et!".
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...