Bəd xəbər eşitməkdən qorxanlar, OXUYUN
Maraqli
Oxunub: 849
21 noy 2016 | 05:12
Bəd xəbər eşitməkdən qorxanlar, OXUYUN







lent.az psixoterapevt Orxan Fərəclinin məqaləsini təqdim edir.

Əgər siz də yaxınlarınıza nəsə olacağından, bəd xəbər eşidəcəyinizdən qorxursunuzsa, ürəyinizin sürətli döyünməsindən, boğulma hissindən əziyyət çəkirsinizsə, bu yazını oxuyun.

Həyəcan bizim həyatımızda imtahandan tutmuş evlilik həyatımıza qədər müxtəlif dövrlərdə qarşımıza çıxan bir prosesdir. Bu psixi proses adi halda norma kimi qarşılansa da, bir çox hallarda insanların gündəlik həyatına ciddi mənada təsir edən bir xəstəlik səviyyəsinə gəlib çatır. Həyəcan pozuntuları psixiatriyada bir neçə xəstəliyi özündə birləşdirən xəstəliklər toplusudur. Buraya yayılmış həyəcan pozuntusu, sosial fobiya, panik atak, obssesiv kompulsiv pozuntu kimi cəmiyyətdə çox tez-tez rast gəlinən xəstəliklər daxildir. Bunların arasında isə ən geniş yayılanı məhz həyəcan pozuntusudur.
Bu xəstəlik özünü psixoloji və somatik olmaqla 2 qrup əlamətlə büruzə verir:

1. Psixoloji

Yayılmış həyəcan pozuntusu xəstəliyi özünü ifrat həyəcanla göstərən bir xəstəlikdir. Belə ki, ən əsas əlaməti səbəbsiz, xəstənin özünə də mənasız gələn həyəcan tutmalarıdır. Bundan başqa xəstələr ən çox valideynlərinin, övladlarının və ya həyat yoldaşlarının başına pis iş gələcəyindən, evə telefon zəngi daxil olduqda bəd xəbər olacağından qorxurlar. Bu fikirlər o qədər güclü olur ki, hətta bəziləri gecə yaxınlarının nəfəs alıb almadıqlarını yoxlaya kontrol edə bilirlər. Diqqət və konsentrasiyalarında azalma, tez-tez və səbəbsiz əsəbləşmək, tez yorulma, ölüm qorxusu, ağlamaq, yuxusuzluq, həvəzsizlik, istəksizlik də həyəcan pozuntusunun psixoloji əlamətləridir.

2. Somatik

Somatik əlamətlər dedikdə biz orqanizmdə özünü göstərən əlamətləri nəzərdə tuturuq. Bunlardan ən önəmlisi ürəkdöyünmə və ya çırpınmasıdır. Bunlardan başqa boğulma, tam nəfəs ala bilməmək, boğazda "nəsə ilişib qalıb" hissi, boyun, kürək və başda ağrılar, bədəni istilik basması, tərləmə, ağızda quruluq və sair hisslər hakim kəsilir. Bu hisslər o qədər güclü olur ki, pasientlər tanıdıqları bütün ürək həkimlərini, terapevtləri gəzirlər və əksər hallarda da həkimlərdən eyni cavabı alırlar - "Sənin ürəyində heç nə yoxdur". Şikayət davam etdiyi üçün bu cavab xəstələri əksər hallarda qane etmir və onlar psixiatrların yanına demək olar ki, bütün tibbi müayinələrdən keçmiş və ümidlərini itirmiş vəziyyətdə gəlirlər.

Tibbin müasir inkişaf səviyyəsinə gəlib çatmasına baxmayaraq, təəssüflər olsun ki, həyəcan pozuntusu xəstəliyinin yaranma səbəbləri tam aydın deyildir. Bir neçə elmi nəzəriyyə vardır ki, bunlardan ən önəmlisi "serotonin" nəzəriyyəsidir. Yayılmış həyəcan pozuntusu xəstəliyinin yaranma səbəbi kimi məhz beyində sinirlər arasında informasiyanın ötürülməsini təmin edən "xoşbəxtlik hormonu" adlandırılan serotonin maddəsinin miqdarının azalması göstərilir.

Xəstəliyin müalicəsində dərman və psixoterapiya metodlarından istifadə olunur. Xəstəyə müalicədən əvvəl xüsusi psixoloji testlər tətbiq olunaraq, xəstəliyin dərəcəsi müəyyən edilir. Yüngül dərəcəli həyəcan pozuntusu olan xəstələrdə bəzən dərmansız, yalnız psixoterapiya ilə də keçinmək mümkündür. Psixoterapiya metodu olaraq koqnitiv davranış terapiyası seçilməlidir. Xəstəliyi daha şiddətli keçirən xəstələrdə isə dərman və psixoterapiya birlikdə istifadə olunmalıdır. Dərman terapiyası olaraq antidepressantlardan istifadə edərək, tam sağalmaya nail olmağa çalışırıq. Bu xəstəliklərin uğurlu müalicəsində yeganə maneə xəstələrin daha çox terapevtlərə, nevropatoloqlara və digər ixtisas həkimlərinə müraicət etməsidir. Önəmli olan isə bir psixiatr müayinəsindən vaxtaşırı keçərək, təyin olunan dərmanları mütəmadi qəbul etməkdir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO