Azərbaycana süni yumurta gətirilib - VİDEO
Maraqli
Oxunub: 888
21 noy 2016 | 16:47
Azərbaycana süni yumurta gətirilib - VİDEO









Artıq bir müddətdir ki, Çində istehsal olunan süni yumurtalar Azərbaycan bazarına da yol açıb

Yumurta ilə tanış olan istehlakçılar isə bununla bağlı sosial şəbəkədə həyəcan təbili çalır. Belə ki, məhsulu əldə edən istehlakçı onun qaynadılma prosesindən sonrakı vəziyyətini videoya çəkərək sosial şəbəkədə paylaşıb. Kadrlardan göründüyü kimi, yumurta qaynadıldıqdan sonra onun sarısı rezin formada olur və hissələrə bölünmür.

Qeyd edək ki, mütəxəssislər bildirir ki, saxta yumurtanın qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir

Süni yumurtanın insan orqanizmi üçün mənfi təsirlərini araşdırıb.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov məsələ ilə bağlı qafqazinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda təbii yumurtanı istehsal etmək problemi yoxdur: "Sadəcə, istehsalla bağlı süni problem yaradılır. Ümumiyyətlə isə, Çinin istehsal etdiyi kənd təsərrüfat, geyim, sənaye məhsulları keyfiyyət baxımından fərqlənir. Bu məhsullar hər hansı dünya standartına uyğun deyil. Düzdür, Çin həm də keyfiyyətli məhsul istehsal edir, ancaq bu keyfiyyətli məhsullar Avropa bazarına ixrac olunur. Ancaq yumurta süni də olsa orada təbii qatqılardan istifadə olunub. Birbaşa süni yumurta istehsal etmək düzgün deyil. Ola bilsin ki, həmin yumurtanın ixracı baxımından qabığının möhkəm olması, uzun müddət saxlanılması kimi amillər nəzərə alınıb. Bu kimi hallar isə məhsulun keyfiyyətinə mənfi təsir göstərir".

Ekspert qeyd edib ki, Azərbaycanda laborotoriyalarda peşəkar kadrlar olmadığı üçün süni yumurtaları təhlil edib tərkibində hansı zərərli maddələrin olduğunu aşkar etmək mümkün deyil: "Onsuz da, Azərbaycan daxili bazarı kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilmir. Belə olan halda heç olmasa nəzarəti gücləndirmək lazımdır. Ölkəyə keyfiyyəti aşağı olan mal və məhsulların gətirilməsinə icazə verilməməlidir. Həmin məhsulların sertifikatında insan orqanizmi üçün zərərli olmadığı qeyd olunur. Zərərli deyilsə, bəs faydalıdırmı? Bizim məmurlarımız isə, təəssüf ki, zəhər də olsa onu ölkəyə idxal etməkdə daha maraqlıdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə vurğulayıb ki, azad bazar iqtisadiyyatı olduğuna görə sahibkarlar onlara yaradılmış şəraitdən gen-bol istifadə edərək istehlakçıların hüquqlarını pozurlar: "Dəfələlərlə bildirmişəm ki, bazar sürətlə çirklənir. Bu çirklənmə insanların həyatında mənfi izini qoyacaq. İki ildən sonra dövlət orqanları istəsələr belə bazarı tənzimləyə bilməyəcəklər.

Süni yumurtanın da Azərbaycana gətirilməsi isə istisna olunmur. Lakin hələ ki onun nümunəsini bizim ofisə gətirən olmayıb. Ancaq təbii yumurta istehlakçılarına bildirmək istəyirəm ki, hər bir yumurtanı markalamaq lazımdır. Yumurtanın üzərinə istehsalçı şirkət və məhsulun istifadə olunma tarixi yazılmalıdır. Çox yaxşı haldır ki, yalnız Hacıqabul quşçuluq fabriki malın üzərinə "Hacıqabul" yazır. Markalanma istehlakçılara süni yumurta ilə təbii yumurtanı ayırmağa kömək göstərə bilər. Təbii ki, süni yumurtanın insan orqanizmi üçün heç bir faydası yoxdur. Laborotoriyalarda isə süni yumurtanın zərərlərini araşdırıb ictimaiyyətə çatdırmaq mümkündür".

A.Əliyev bildirib ki, nazirlik istehlak bazarında belə faktla qarşılaşmayıb:" Ümumiyyətlə isə süni yumurtanın Azərbaycana idxal olunması ilə bağlı nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə hər hansı müraciət daxil olmayıb".

Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti ilə isə əlaqə saxlamaq mümkün olmayıb.


Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE