Ayıq sürücülər sizi necə tələyə salır?
Maraqli
Oxunub: 720
19 mar 2017 | 12:09
Ayıq sürücülər sizi necə tələyə salır?
















Bakıda ayıq sürücü xidmətindən istifadə edən şəxsin sənədləri polis əməkdaşları tərəfindən alınıb.

Bakı şəhər sakini Elçin Şirinov moderator.az-a bildirib ki, martın 13-də toy məclisindən çıxan zaman avtomobili idarə etmək üçün ayıq sürücü xidmətindən istifadə edib: “Həmin gün spirtli içki qəbul etdiyim üçün ayıq sürücü xidmətindən istifadə etdim. Yaşadığım binanın qarşısına çatanda sürücüyə bildirdim ki, avtomobili öz yerində saxlamaq lazımdır. Fikirləşdim sürücü avtomobili lazım olan qaydada saxlaya bilməz. Sürücün yola saldıqdan sonra maşını binanın qarşısında hərəkət etdirib lazım olan yerdə saxladım. Bu zaman gördüm ki, iki nəfər polis əməkdaşı başımın üstündə dayanıb. Onlar mənə sərxoş halda avtomobil idarə etdiyimi bildirdilər. Mən də bildirdim ki, spirtli içki qəbul etdiyimə görə, ayıq sürücü xidmətindən istifadə etmişəm. Bunu həmin nömrəyə zəng edib yoxlamaq da olar. Lakin onlar məni aparıb sərxoşluq müayinəsindən keçirdilər. Bildirdim ki, buna ehtiyac yoxdur, sərxoş olduğumu inkar etmirəm. Aparıb müayinədən keçirdikdən sonra yenidən maşını gətirib həyətdə saxladılar, sənədlərimi də alıb apardılar. İndiyə kimi də sənədlərimdən xəbər yoxdur”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sərxoş halda heç bir şəkildə avtomobil idarə etmək olmaz: “Sərxoş vəziyyətdə maşını park etmək olmaz. Bu qanun pozuntusudur. Həmin sürücünün əgər sənədlərini alıblarsa barəsində tədbir görüləcək və həmin şəxsə bu barədə məlumat veriləcək”.

Hüquqşünaslar isə bildirirlər ki, binanın qarşısında avtomobili park etmək yol hərəkəti iştirakçısı olmağa əsas vermir. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək məsuliyyət yaradır. Lakin bu, avtomobil yolunda baş verməlidir. Yəni ictimai yerdə bunu etmək olmaz. Lakin binanın qarşısında avtomobili park etmək məsuliyyət yaratmır.

Etibarlı mənbələrdən isə bildirilib ki, bəzi ayıq sürücü xidmətləri polislə birgə fəaliyyət göstərir. İçkili şəxslər barədə polisə məlumat ötürülür və nəticədə bu cür problemlər yaranır.

Sərxoş halda sükan arxasına keçməyin son dərəcə təhlükəli olduğunu xüsusi vurğulayan Avtosfer.az saytı isə sürücülərə tövsiyyə edir ki, bir neçə taksi sürücüsünün və ya adi sürücünün ayıq sürücü kimi göstərdiyi xidmətdən istifadə edərkən diqqətli olun. Yaxşı olar ki, peşəkar şəkildə ayıq sürücü xidməti göstərən şirkətlərə sifariş edəsiniz. Çünki ayıq sürücü sizi mənzilin yaxınlığında düşürüb gedən kimi yol polisinə yaxalandıqda artıq həmin ayıq sürücünü tapa bilmirsiniz. Ona ya zəng çatmayacaq, ya da başqa problem yaranacaq. Amma rəsmi şirkətin sürücüsü belə bir hərəkət edərsə və ya ayıq sürücü maşınınızı sürərkən radara düşərsə, kamera çəkərsə bu qayda pozuntusuna görə siz cərimə ödəməli olmazsınız. Əlinizdə sübutlar olacaq ki, qayda pozan ayıq sürücüyə cəriməni ödətdirəsiniz.
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq