Bilmədiyiniz 5 ən yaxşı YouTube hiyləsi
Maraqli
Oxunub: 669
21 mar 2017 | 18:39
Bilmədiyiniz 5 ən yaxşı YouTube hiyləsi













Bu gün böyük ehtimalla bilmədiyiniz 5 faydalı məlumatla qarşınızdayıq. Böyük əksəriyyətimizin demək olar ki hər gün istifadə etdiyimiz YouTube haqqında Technote-nin hazırladığı bu məqalədə, işinizə çox yaraya biləcək məlumatlar var.

1. Yaş məhdudiyyətini deaktiv edin.

YouTube-dakı bəzi videolar tərkibindəki məlumatlardan asılı olaraq yaş məhdudiyyəti ilə qarşımıza çıxa bilir. Əgər daimi istifadə etdiyiniz və yaş məhdudiyyətinə "ilişməyəcək" hesabınız varsa bu problemlə qarşılaşmayacaqsınız. Lakin vəziyyət bunun əksidirsə məqsədinizə çatmaq bir az çətin ola bilər. Əgər hansısa videoda yaş məhdudiyyəti ilə qarşılaşmısınızsa o videonu izləmək üçün çox da dirənməməyiniz məsləhətdir. Lakin, həmin videonu izləmək çox vacibdirsə aşağıda göstərəcəyimiz üsuldan istifadə edə bilərsiniz.

Youtube.com/watch?v=wvZ6Nb3CI1w

Linkdəki "watch?" yazılan hissəsini silin və "=" simvolunu "/" simvolu ilə əvəzləyin.

Youtube.com/v/wvZ6Nb3CI1w - Link belə görünürsə deməli hər şeyi düz etmisiniz. Bu hiylə ilə video bütöv ekran rejimində açılacaq və videonu izləmək üçün hər hansısa hesaba daxil olmanız tələb edilməyəcək. Bu hiylə eyni zamanda hər hansısa regionda yayımlanması qadağan edilmiş videoları açmağa da imkan verir.

2. Videonu sonsuz olaraq təkrar etdirin.

Çoxlarımız YouTube-dan sadəcə musiqi dinləmək üçün istifadə edirik. Hətta bəzən gün ərzində bir musiqiyə dəfələrlə qulaq asdığımız da olub. Musiqi bitdikdə hər dəfə "yenidən başlat" düyməsini klikləmək isə bəzən bezdirici olur. Bu bezdirici işi təkrarlamamaq üçün isə sadəcə linkdəki youtube yazısının sonuna repeater əlavə etmək kifayət edər.

Məsələn: youtuberepeater.com/watch?v=oeb5LdAyLC8

3. Videonun hər hansısa hissəsinə keçid verin.

Çox vaxt bir YouTube videosundan link kopyalayarkən video başdan başlayır. Lakin URL-də zamanı qeyd edərək videonun bir hissəsini ötürmək mükündür. Bunu bir neçə üsulla edə bilərsiniz. Birinci üsul: URL-in sonuna "&t=YmXXs” əlavə etməklə məqsədinizə çata bilərsiniz. Buradakı Y əvəzinə dəqiqəni, XX əvəzinə isə saniyəni yazın. Dəqiqəni yazmayıb, sadəcə saniyələri göstərməklə də videonun müəyyən hissəsini ötürə bilərsiniz. İkinci üsul: Videonun başlanmasını istədiyiniz zamanda saxlayın və videonun üzərində mausun sağ düyməsini sıxıb "copy URL" seçin. Kopyaladığınız linkə sonradan daxil olanda video həmin saniyədən başlayacaq.

4. YouTube TV-ni idarə edin.

YouTube TV ağıllı televizorlar və konsollardakı tətbiqetmələr üçün hazırlanmış interfeysdi. Klassik YouTube-dan çox da fərqlənmir. Sadəcə uzaqdan idarə etmək məqsədilə istifadə edilən pultlar üçün bir neçə qısayol var. Fərqlilik axtaranlar üçün əvəzolunmazdır. Sadəcə Youtube.com/tv linkinə daxil olaraq bunu sınaya bilərsiniz.

5. Videodan GIF hazırlayın.

YouTube-dakı hər hansısa videodan GIF hazırlamaq olduqca sadədir. Burada ən çətin iş maraqlı GIF hazırlamaq üçün buna layiq video tapmaqdır deyə bilərik. Videonun hər hansısa hissəsindən GIF düzəltmək üçün sadəcə linkin əvvəlinə "GIF" əlavə edin. Məsələn: Gifyoutube.com/watch?v=gy1B3agGNxw . Bu üsul sizi Gifs.com saytına yönləndirəcək. Bu saytda siz, hazırlamaq istədiyiniz GIF-ə istədiyiniz effekti verə, onu kəsə, müxtəlif sosial şəbəkələrdə paylaşa və ya yükləyə bilərsiniz. Bu xidmətdən istifadə etmək üçün həmin videonun bir saatdan qısa olduğuna əmin olun.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ