Erməni əsir: Mən Azərbaycan vətəndaşıyam, bu mənim dövlətimin bayrağıdır (VİDEO)
Maraqli
Oxunub: 1 424
31 mar 2017 | 14:00
Erməni əsir: Mən Azərbaycan vətəndaşıyam, bu mənim dövlətimin bayrağıdır (VİDEO)








"Mən Azərbaycan vətəndaşıyam, dövlətimin bayrağını saxlamaq olmaz? Bu mənim dövlətimin bayrağıdır, niyə düzəltməyim?". SalamNews xəbər verir ki, bunu "Qarabağ - əsirlər və girovlar, Közərən Xaç" adlı sənədli filmində Azərbaycanda həbsxanada cəza çəkən erməni əsir Arsen Baqdasaryan deyib. O, 2014-cü ilin dekabrında müdafiə mövqelərində piyada əleyhinə minalar basdırarkən tutulub. 15 il azadlıqdan məhrum edilən Baqdasaryan cinayət törətdiyini etiraf edib. Baqdasaryan erməni tərəfinin Azərbaycanla bağlı yalanlar danışdığını bildirib: “Bizə daim deyirdilər ki, əgər Azərbaycan Qarabağı alsa, bizim ana-bacılarımızı tikə-tikə edəcəklər. Mən də erməniyəm. Amma indi hər şeyi görürəm. Burada mənə, heç olmasa, sillə vursunlar, niyə vurmurlar?”. O, ermənilər tərəfindən əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəməyə necə aparıldığını gördüyünü deyib. Burada isə onun üçün hər cür şərait yaradıldığını, adi qaydada məhkəməyə aprıldığını qeyd edib. Azərbaycan vətəndaşı Mayıl Məmmədov isə 1992-ci ilin oktyabr ayında erməni tərəfinə əsir düşüb. Arsendən fərqli olaraq o, olmazın müsibətlərə və zorakılıqlara məruz qalıb, erməni vəhşiliyinin qurbanı olub. Hətta ermənilərə "torpaqlarımı qoruyurdum" dedikdə ona torpaq yedirdiblər. Damarlarına kerosin, sinəsinə xaç damğası vurulub. Gözü qarşısında onlarla azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Mətbuat Şurasının sifarişi ilə hazırlanmış sənədli filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müəllifi Əməkdar jurnalist Mübariz Əsgərovdur. “Biz həmişə ermənilərə sayğı ilə yanaşmışıq. Bunun nəticəsidir ki, bu gün 30 mindən artıq erməni bizim ailələrimizdə yaşayır. Onlar kiminsə anasıdır, kimlərinsə xanımıdır, kimlərinsə nənəsidir, kimlərinsə əmisi, dayısıdır. Bu, Azərbaycan xalqının tolerant ruhundan, tolerant adət-ənənəsindən, tolerant xarakterindən irəli gəlir” - deyə Əli Həsənov bildirib. Filmdə 1918-ci il martın 31-də ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım bütün incəlikləri ilə öz əksini tapıb. Filmin çəkilişlərində konkret sənədlərdən, faktlardan, arxiv materiallarından istifadə edilib, şahid ifadələrinə yer verilib.

Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO