20 min azərbaycanlını dinindən döndərmək istəyiblər
Maraqli
Oxunub: 765
25 in 2017 | 14:40
20 min azərbaycanlını dinindən döndərmək istəyiblər













Son günlər Azərbaycanın bəzi bölgələrində ekstremist qruplaşmaların təsiri altında olan vəhhabilərin sayının artması barədə məlumatlar yayılmaqdadır. Bir çox ölkələrdən Azərbaycana axın edən vəhhabilər var. Onlar Bakıdan uzaqlaşaraq bölgələri daha rahat mühit kimi dəyərləndirirlər

Yenidən vəhhabilərin gündəmə gəlməsinin səbəbləri nədir?

“Onlar rahat mühit tapırlar”

Dini ekspert, fəlsəfə elmləri doktoru, professor Əli Abbasov açıqlamasında deyib ki, öncə bunların nə üçün gəlmələrini başa düşməliyik.

“Azərbaycanda sünni və şiələr o qədər də bir-birlərinə yaxın deyil. Əgər müxtəlif təriqət adamları Azərbaycana gəlirlərsə, deməli, rahat mühit tapırlar. Mühit dedikdə ya pulla, ya da başqa vasitələrlə gələ bilirlər. Belə təşkilatların qarşısını almaq laımdır. Çünki pul xərcləməklə Azərbaycanda özlərinə yol aça bilirlər. İkincisi, bunların mərkəzlərini müəyyənləşdirmək lazımdır. Cürbəcür mərkəzlər mövcuddur. Vəhhabi deyilən təriqət üvləri əslində sələfidirlər. Bir cərəyan kimi onlar bir-birindən fərqlənirlər. Həmin təriqət üzvləri Azərbaycanın hər bölgəsində deyil. Xüsusilə, şimal bölgəsində daha çoxdurlar. Vaxtilə Şimali Qafqazdan gələn qüvvələr üstünlük təşkil edirdi. Bunları araşdırmaq lazımdır ki, nəyə görə bu təriqətə bu cür meyl var?! Bunun nəticələrini öncədən müəyyənləşdirmək çətin deyil. Çeçenistanda və digər Şimali Qafqaz ölkələrində bu təriqət sahibləri necə hərəkət etmələri ilə tanınır”.

Sünni və şiələrin sayı bilinmir

Dini ekspert deyir ki, Dini Komitə öz işinin öhdəsindən gələ bilsə də, müəyyən sahə var ki, boşluq hiss olunur.

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din sahəsi üzrə məsələləri araşdırır. Amma bir məqam var ki, onu deməliyəm. Sovet dövründə dinlə bağlı heç bir rəqəm açıqlanmırdı. Deyilirdi ki, biz say aparmırıq. Maraqlıdır ki, indi də dinlə bağlı bəzi saylar aparılmır. Maraqlıdır, nəyə görə?! İstənilən vətəndaşımızdan soruşsaq ki, Azərbaycanda nə qədər sünni və şiə var, heç kəs buna cavab verə bilməyəcək. Çünki belə rəqəmlər bəlli deyil. Necə ola bilər ki, ölkədə sünni və şiələrin sayı bilinməsin?! Bu, müəyyən boşluqların olduğunu göstərir. Belə olan halda xarici qüvvələr bundan rahatlıqla istifadə edə bilir”.

2000 azərbaycanlı xristianlığı qəbul edib

Əli Abbasovun sözlərinə görə, bu məsələlərlə ciddi məşğul olmaq lazımdır.

“Vaxtilə Azərbaycana xristian təşkilatları gəlirdi. Həmin vaxt 2000 azərbaycanlı xristianlığı qəbul edib. Bu, Azərbaycan üçün görünməyən hadisədir. Onlar 20 min azərbaycanlıya xristianlığı qəbul etdirmək planını qarşılarına məqsəd olaraq qoymuşdular. Bunu say aparan təşkilat özü açıqlamışdı. Təbii, indi belə hallar yoxdur. Onların qarşısı alındı. Ona görə də din məsələlərini nəzarətdə saxlamaq lazımdır. Din insanların təkcə beyni ilə deyil, həm də ürəyi ilə bağlıdır. Bununla ciddi məşğul olmaq lazımdır” (Modern.az)
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE