Burda adamı nə soyunmağa qoyurlar, nə də geyinməyə... - Novxanı çimərliyindən reportaj
Maraqli
Oxunub: 640
5 iy 2017 | 10:17
Burda adamı nə soyunmağa qoyurlar, nə də geyinməyə... - Novxanı çimərliyindən reportaj

















İkiqat artan qiymətlər, antisanitariya və qazılmış yollarda qalan sakinlər...

"-Sən niyə burda oturmusan?

-Adam gözləyirəm...

-Bura səninçün "astanovka”-zaddı? Dur görüm e. Elə də oturub, elə bil Trampın nəvəsi-zaddı”.

Əlində dəftərçəsi ilə, qurşaqdan yuxarı çılpaq gəzən yaşlı kişi rəsmən çimərlikdə terror əsdirir. Birini pul ödəmədiyi halda "besetka”da oturduğu üçün danlayır, bir başqası yemişin qabığını yerə tökdüyü üçün "şirin sözlərə” qonaq edilir, ofisiant sifarişə qulaq vermədiyi üçün söyülür. Bəli, kənara çəkilin, biz istirahətə gəlmişik. Burası Novxanıdakı Tural İstirahət Mərkəzidir... Əslində isə sıradan, amma pullu çimərlik.

ƏZABLI YOLLARLA... NOVXANIYA DOĞRU...

İyunun 15-dən ölkə ərazisində çimərlik mövsümü rəsmən açılıb. Açıqlanan rəsmi məlumata görə, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərindən başqa bütün çimərliklər çimmək üçün yararlı hesab olunur. Biz də Bakı sakinləri üçün nisbətən yaxın sayılan Novxanı çimərliklərinə baş çəkmək istədik. Dedik, görəsən, şkalanın 40-ı vurub da keçdiyi bu günlərdə sərinləmək istəyən paytaxt sakinlərinə hansı şərtlər təqdim olunur, qiymətlər, xidmət səviyyəsi, personalın münasibəti onların temperaturunu kəllə-çarxa çıxarmır ki?

Öncə çimərliyə aparan yollar haqda. Bilənlər bilir, bilməyənlərə isə biz deyək: sizi əzablı bir səfər gözləyir, çünki yollarda təmir gedir. Novxanı çimərliyinə Masazırdan, eləcə də Binəqədidən gedənlər daha sonra Saray və Sumqayıt yolunu tərcih etməlidir. Qayıdanda da eyni qrafik. Amma sizə yol deyirəm də... Tozlu-tozanaqlı dar yollar, "mən ölüm-sən öl”lə bir-birinə yol verən sürücülər, söyüşmə, maşından çıxarılan əllər, hədələr... Təkrarçılıq olmasın, amma çəkilin qırağa, istirahətə gedirik. Ara yolların tinində dayanan mağaza sahibləri, yerli sakinlər isə çimərlik yolunu soruşan sürücülərin əlindən bezgindilər. Elə "çi-mə...” deyib, yolu soruşmağına peşmansan, avtomatik olaraq əlləri qalxır: "Əvvəl sağa, sonra sola, sonra bir də sağa....Odeeey, dəniz...”

"MY BEACH”DƏ QİYMƏT ÖTƏN İLLƏ MÜQAYİSƏDƏ... 100 FAİZ ARTIB – GİRİŞ 20 AZN

Son illər Novxanıda xeyli yeni çimərliklər salınıb. Ötən il adı "My Beach” olan, dərəbəylik qaydaları ilə idarə olunan çimərlikdən yazmışdıq. Bir nəfərin giriş haqqı 10 AZN olan, içəriyə evdən gətirilən yeməyi buraxmayan... çimərlik. Xatırladız? Uşaqlı ailələrin bu məkanı tərcih etməsinin səbəbi içəridə bir neçə hovuzun olmasıdır. Məlum, uşaqlar dənizdən çox hovuzu sevir. Dünən də yolumuzu ordan saldıq: ötən ildən bu vaxta vəziyyət dəyişibmi deyə... Dəyişməzmi? İkiqat dəyişib. İndi adambaşına giriş haqqı 10 AZN yox, 20 AZN-dir. 6 yaşına qədər uşaqlar pulsuzdur. Və siz 4-5 nəfərlik ailə təkcə çimərlikdən içəri girmək üçün 80-100 AZN ödəməlisiniz. Yenə cangüdənlər qapının ağzında dayanıblar və içəri "ev yeməyi” ötürmürlər. Şlaqbaumda isə 20-yə yaxın ərəb. Öz dillərində nəsə danışırlar, müzakirə edirlər. Bəlli ki, bir azdan da atacaqlar özlərini Xəzərin sularına. 20 nəfəri 20 manata vururam tez – 400 manatlıq bir ərəb qrupu. Təbii, bu artım elə onlar üçün nəzərdə tutulub.

10 MANATIN VARSA "BESEDKA”DA, YOXDURSA QUMDA OTUR...

Yolumu nisbətən yaxınlıqda olan çimərliyə salıram. Bu da yuxarıda haqqında danışdığım "Tural” İstirahət Mərkəzi. Çimərlikdə suyun o qədər də təmiz olduğunu demək olmaz. Hər tərəf yosun və insanlar əlinə gələni yerə, dənizə atır. Dənizin içində gəzdiyin yerdə ayağının altında yemiş qabığı tapman olduqca təbiidir. Kiminsə ürəyi yemiş istəyib və dənizdə yeyib.

Maşının girişi üçün 1 AZN, masalar üçünsə... Bəli, burda da bir çətir, 1 stol, 4 stul 10 AZN məbləğindədir. Əlavə stul 1 AZN, besedka 10 AZN, şezlonq 5 AZN-dir. Yazının girişində vəsf etdiyim çimərlik işçisi olan yaşlı kişi isə bu duruma nəzarət edir: birdən kimsə pul ödəmədən "besedka” işğal edər deyə. Bəzən hesablar qarışır: çünki bu işdə onun da köməkçisi var. Birinin pul aldığı müştəridən o biri ikinci dəfə oturma haqqı tələb edəndə isə... bir səs yayılır ki, Alllahhhh....

Amma çimərliyə girib, sonra yerdə uzanmaq, sadəcə dənizdə çimmək istəyənlər də var ki, onlar buna görə pul ödəmirlər. Onlara heç kim heç nə deyə bilməz. Allahın dənizi, Allahın qumu... Tək şərt odur ki, şəkildə gördüyünüz o qırmızı xəttin sağına keçməyəsən. Səbəb bilinmir. Sadəcə mühafizəçilər dənizin sağ tərəfinə keçməyə icazə vermirlər. Gənclərdən biri usanmadan onlarla bu barədə mübahisə edir. Səbəbini soruşur, onlar da "olmaz” deyirlər. "Keçsəm nə edəcəksən” deyib, bir daha dirəşir. Mühafizəçi çarəsiz-çarəsiz "qardaş, sən o tərəfə keçsən, mənim maaşımdam tutacaqlar, hes zad”, deyir.

"Besedka”lara nəzarət edən ağsaqqalın bir gözü də əynini dəyişmək istəyənlərdədir. Bəli, sən "besedka” kirayələmisən, üzmüsən, istirahətini etmisən. İndi də dəsmalına bükülüb, abırlı-abırlı paltarını dəyişirsən... Uşağını danlayan ata ədası ilə tez başını kəsdirir: burda ayıbdır, dəyişmək olmaz, get "razdevalka”ya. Məlum, sən ora gedəndə əlavə pul ödəyəcəksən, kassaya daha 50 qəpik-1 AZN daxil olacaq. Mübaliğə çıxmasın, burada oturanda adama elə gəlir ki, bir azdan bikininin rəngi qırmızı və ya qara olduğu üçün səni danlaya, üstünə qışqıra bilərlər. Düşünün, söhbət elə bir auradan gedir...

RƏQABƏTDƏKİ SƏYYAR SATICILAR, ÇİRKLİ SUDA YUYULAN PİVƏ BAKALLARI VƏ "BƏRKGEDƏN” AYIQ SÜRÜCÜLƏR

Az keçmədən "qarğıdalı, semiçkaaa....” deyən yeniyetmələr bir-birini acıqla süzərək çimərlikdə gəzməyə başlayırlar. Rəqabət hissi onları müştərilərə qarşı daha israrçı olmağa vadar edir. Bir ədədi 70 qəpik olan qarğıdalı, bir qutusu 50 qəpiklik tumlar... "Çimərlikdə alver etməyinizə imkan verirlərmi” soruşuram, cavab verir ki, lazımi adamlara haqq verirlər. O "lazımi”lərin kim olduğunu nə onlar açıqlayır, nə də mən üz vururam.

Acanlar üçün çimərlikdə yemək də var. Belə ki, toyuq, lülə, ciyər, lavaş arası 2 manata, qazlı suların bir stəkanı 30 qəpiyə satılır. Kişilər daha çox açıq satılan pivəni almağı tərcih edirlər. Amma budur, daha bir müştəri ilə pivə satıcısı olan qadın arasında mübahisə düşür. Kişi pivə sifariş edir, qadın isə ona süzəcəyi pivənin bakalını aşağıda qoyduğu çirkli bir ləyəndə yuyur. Müştəri ləyəni görmək istəyir, "siz onu nədə yuyursuz” deyə soruşur. Satıcının aqressiyası gün kimi yandırır: "Alassansa al, almayassansa məzələnmə. Gedib evdə arvadından təmizlik istəyərsən...”

Anlaşılır, burda açıq pivə içmək olmaz. Soyuq içkilərdən isə heç danışmağa dəyməz. Çünki qazlı içkilər, sular tez-tez soyuducuda dolub-boşaldığı üçün soyumağa fürsət də qalmır. Təsəvvür edin, mağazadakından ikiqat qiymətə qazlı su alırsan, amma ilıq, az sonra qaynayacaqmış kimi... Rəsmən əzab. Sadə çay 3 manat, dəm-dəsgahlısı 10 manat. Qiymətlər aşağı-yuxarı belədir.

Çirkli bakallardakı pivədən bol-bol içən gənclərdən biri isə əlim yandıda "Ayıq sürücü” xidmətinin nömrəsini axtarır. Az qala hamıdan soruşur. Sonra kiməsə zəng edir. Ona bildirilir ki, gedəcəyi yerə qədər ayıq sürücüyə 40 manat verməlidir. Səsi çimərliyi başına götürür: "Dəlisən? Mən heç bir həftəyə 40 manat qazanmıram. Köhnə maşındı e... Bunu satsam 40 manat verməzlər...”
Məlum olur ki, çimərliyin "kurasiyasında” olan ayıq sürücülər də var. Onlar normadan artıq pul tələb edirlər. Ona görə də ən məsləhətlisi sürücünün öz tanıdığı, daim xidmətindən istifadə etdiyi "ayıq sürücü”yə müraciət etməsidir.

Sonda bunu da mütləq yazım. Hər nə qədər şayiə xarakterli olsa da. Şəkildə gördüyünüz, o hündür balkon var ha. Çimərlik işçiləri danışır ki, onu Masazır icra nümayəndəsi özü üçün tikdirib. Axşamlar gəlib özünü küləyə verir. Məhz hava almaq üçün onu xüsusi olaraq hazırladıb. O tərəfə bir nəfər də keçə bilməz. O havadan ondan başqa heç kim də uda bilməz. Kim deyir ki, mən lətifə danışıram?

Belə... Bu da sıradan Bakı sakininin sərinləmək üçün pənah gətirdiyi Novxanı çimərliyində bir neçə saat boyunca gördüklərim. Neqativ məqamların bol olması mənim suçum olmasa da, reallığın belə olmasında hamımız eyni dərəcədə suçluyuq deyə düşünürəm. Dənizimizin hər gün daha çox hasarlandığı bu ölkədə istirahət şərtlərinin də gündən-günə ağırlaşması təbiidir. Ötən ildən daha baha, daha çirkli və daha aqressiv olan özəl çimərliklər...İstəyirsinizsə, istirahət edə bilərsiz....

Musavat.com
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!