"Fahişələrə "Tarqovı”da dayanma" deyə bilmərik" - Bakı polisi
Maraqli
Oxunub: 757
6 iy 2017 | 19:50
"Fahişələrə "Tarqovı”da dayanma" deyə bilmərik" - Bakı polisi

















Son illər ərəb turistlərin ölkəmizə axını qədim peşə sahiblərinin biznesini canlandırıb.

Bu məsələ ötən həftədən bəri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bakı bulvarından sonra turistlərin ən çox üz tutduğu "Torqovı" kimi tanıdığımız Nizami küçəsi yüngül həyat tərzi keçirən qadınların bazarına çevrilib.

Fahişələrin turistlərlə bazarlığının şahidi olan bəzi sosial şəbəkə istifadəçiləri gördükləri mənzərənin şəkillərini çəkərək paylaşırlar. Emil Əmiraslanov adlı aktiv sosial şəbəkə istifadəçisinin paylaşdığı statusu nümunə kimi təqdim edirik: "Hər axşam şəhərin mərkəzində Azərbaycan "qızları" abırsızcasına ərəblərə yaxınlaşıb özlərini təklif edirlər. Hər axşam dəfələrlə bu mənzərənin şahidi oluram. Tam mərkəz küçədə bir-birilərinin dilini bilməsələr də, əl-qolla qiymət davası gedir. Çox biabırçı vəziyyətdir. Bununla bağlı çəkilişlərim də var".

Bu tipli çoxsaylı paylaşımlar və bu statuslara yazılan şərhlər vəziyyətin, doğrudan da, ciddi olduğundan xəbər verir.

Şəhər sakinlərinin gözü qarşısında yaşananlar ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Sakinlər fahişələrin ictimai yerdə heç nədən çəkinməyərək açıq-aşkar fəaliyyət göstərməsində polisləri günahlandırır.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Arif oxu.az-a açıqlamasında polisin hər zaman belə hallarla mübarizə apardığını bildirdi: "Polislərimiz ictimai asayişin qorunmasında hansısa bir mənfi halın baş verməsini gözləmirlər. Hər zaman ayıq-sayıqdırlar. Siz dediyiniz mənfi hala qarşı həmişə mübarizə aparırıq. O istiqamətdə həmişə işlər gedir. Amma bir məsələ də var ki, biz heç bir sübut olmadan heç kimin əlindən tutub deyə bilmərik ki, "Torqovı"da gəzmə və ya dayanma. Turistlərlə ünsiyyətə girməsinə də qadağa qoya bilmərik. Polis belə məsələdə ancaq fakt və sübutlarla hərəkətə keçə bilər".

Qeyd edək ki, Azərbaycanda fahişəliyə görə inzibati cəza ilə yanaşı, cərimələr də tətbiq edilir. Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsinin 1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) bəndində qeyd olunur ki, bu cinayətlə saxlanılanları 400 saat inzibati cəza və 2500 manatdan 3500 manata qədər cərimə gözləyir.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO