Ancaq bakılıların başa düşə biləcəyi 10 spesfik söz
Maraqli
Oxunub: 741
24 iy 2017 | 11:00
Ancaq bakılıların başa düşə biləcəyi 10 spesfik söz











Hər şəhərimiz, bölgəmizə xas olan dialekt və şivələrin gözəlliyini hər kəsə nümayiş etdirmək fikrindəyik.

Bəzi sözlər ancaq bir şəhər və ya müəyyən bir zonada yaşayan insanlar tərəfindən başa düşülür, gündəlik həyatda da tez-tez işlədilir. Siz əgər həmin yerlə yaxından-uzaqdan əlaqəsi olmayan bir insansınızsa, ilk dəfə bu sözləri eşitdikdə başa düşməyə, özünüzü bir az qəribə hiss edə bilərsiniz. Bu gün biz Bakı dialektindən bir neçə söz təqdim edəcəyik. Bakı dialekti Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə daxildir. Bu qrupa daxil olan digər şəhərlər Şamaxı, Quba, Lənkəran və Muğan dialektləridir. Ona görə də siyahımızda bəzi sözləri bu ərazi içində yaşayan digər insanlar da başa düşə bilər. Amma bu sözlər adətən təkcə bakılılar tərəfindən sıx işlədilir.

Bakı dialektində işlədilən 10 fərqli sözü təqdim edirik:

1. Zivə

Paltarları asmaq üçün istifadə olunan ipə bakılılar ”zivə” deyirlər. ”Zivədən paltarları yığ!” cümləsini eşitsəniz, təşvişə düşmədən işə başlaya bilərsiniz.

2. Nöş, nöşün

“Nə üçün” sözünün canlı dildə işlənən qeyri-müəyyənlik bildirən təhrif edilmiş forması. Çox tez-tez işlədilən sözdür. Bakılı dostlarınız varsa, yəqin ki bu söz elə sizin də dilinizə düşüb.

3. Mömə

Adətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması. “Mömənin yanından gəlirəm,” cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir.

4. Masqura

Balaca kasa. Adətən şorbanın içilməsi üçün masquradan istifadə edilir.

5. Peyğəmbəri

Qarğıdalı yeməyi sevirsinizsə, bu sözü də yadınızda saxlamağı sizə tövsiyə edirik. Bakılılar qarğıdalıya peyğəmbəri deyir.

6. Abgərdən

Sulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar.

7. Külafrəngi

Adətən bağ yerlərində ən hündür yerdə salınan eyvan formalı istirahət yeri. Bakılıların ən sevimli istirahət yeridir desək, yəqin ki yanılmarıq.

8. Əziz-girami

Çox doğma və əziz adam haqqında işlədilən sözdür. Əziz-xələf kimi bir digər versiyası da mövcuddur.

9. Belənçiynə

Belə sözünün maraqlı formada uzadılmış versiyasıdır. Bəzən “belənçignə”, şimala tərəf getdikcə isə “belənkimic” kimi səsləndirmələrinə də rast gəlinir.

10. Şüvən

Həyasız adamlara adətən bakılılar şüvən (düzgün yazılışı – şivən) deyirlər. “Filankəs çox şüvən adamdır,” adətən heç nədən söz çıxaran, hər sözü söz edən adamlar haqqında deyirlər.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...