5 dəqiqəyə özünə inamı bərpa etməyin yolları
Maraqli
Oxunub: 586
16 avq 2017 | 11:16
5 dəqiqəyə özünə inamı bərpa etməyin yolları














Həyatda elə situasiyalar olur ki, biz mümkün qədər tez bir zamanda özümüzü ələ almalı və hərəkət etməli oluruq. İş görüşləri, ictimai çıxışlar, vacib söhbətlər zamanı baş verən həyəcan hissini aradan qaldırmağın qısa yolu var. Harvard Universitetindən olan alimlərin Psychologies jurnalında dərc etdikləri bu tez işləyən üsulları sizə təqdim edirik:

1. Qalib kimi dik durun və bu duruşu ən azı 2 dəqiqə davam etdirin

30 milyondan artıq insan tərəfindən izlənilən məşhur TED çıxışı ilə Harvard psixoloqu Emmi Kad deyir ki, bədən dili olduqca əhəmiyyətlidir və insanın özü ilə bağlı hisslərinə də birbaşa təsir edir. Psixoloq tövsiyə edir ki, istənilən çətin situasiya qarşısında güc duruşunu sınaqdan keçirin. Bunu hər yerdə edə bilərsiniz – hamam otağının güzgüsü qarşısında belə. Superqəhrəman duruşu belədir: dik durun, çiyinlərinizi arxaya yönəldin, çənəniz nisbətən irəli və yuxarı doğru istiqamətlənmiş, əlləriniz belinizdə və ayaqlarınız da bir az aralı. Bu formada 2 dəqiqəyə qədər durmağa çalışın. Özünüz də necə güc topladığınızı hiss etməyə başlayacaqsınız. Dərindən və ritmik şəkildə nəfəs alın.

Təcrübələr də sübut edir ki, bu texnikadan istifadə edən insanlar başqaları ilə müqayisədə daha yaxşı nəticələr göstərirlər. Çünki bədən dili təkcə başqalarının bizi necə görməsini deyil, özümüzün də şəxsimizə olan münasibətimizi formalaşdırmaq gücünə malikdir.

2. Özünüzü bir neçə il sonrada təsəvvür edin.

Gələcəkdə həyatınız barədə parlaq və detallı təsəvvürlər mövcud qorxularınızı aradan qaldırmağa yaxşı kömək edir. Nyu-York Universitetindən marketinq texnologiyaları üzrə müəllim Hal Hershfield bir tədqiqat əsnasında iştirakçılardan 10 il sonra başlarına gələcəklərini təsəvvür etmələrini istəyib. Daha sonra respondentlərin yarısına onların qocalmış şəkillərini göstərib. Sonda isə hər birinə startapların investoru olmağı təklif edib. Öz qocalıq şəklini görənlər digərlərinə nisbətən investisiya etməyə ikiqat daha meylli olublar. Belə nəticəyə gəlinib ki, gələcəyi detallı təsvir etməyi bacardıqda, biz daha aktiv və qərarlı oluruq, qətiyyətli addımlar atmaq istəyirik.

3. Həyata minnətdar olun

Bu, qarşınızdakı üfüqləri görməyin növbəti üsuludur. Böyük stressli zamanlardan keçsəniz də, unutmalı olmadığınızın əsas məqam məhz budur. İşdən qovulma, boşanma və borclarının çox olması kimi ard-arda problemlər yaşayan gənc biznes-trener və tənha ana Jen Skalia üçün öz ayaqları üzərində durmaq heç də asan olmayıb. Bunun üçün o özünə sərmayə qoymalı və fərdi inkişafı üçün əhəmiyyətli olan uzaq məsafədən kurslara qoşulmalı oldu. Gündəlik praktikaları etməyi də qətiyyən unutmurdu. Nəticədə o qəpik-quruşluq biznesini milyonluq biznesə çevirməyə nail oldu.

Mənim gündəlik praktikamın əsasında minnətdarlıq hissi dayandı. Hər gecə mən həyatımda olan möcüzəvi şeyləri özümə xatırladırdım. Növbəti mərhələ isə, hələ də qazanmadığım uğurlar barədə minnətdarlıq etmək oldu. Mən bu uğurları əldə etməyə doğru gedirdim və onlar əldə etməmişdən həmin şeylərin mənim olacağına görə həyata təşəkkür edirdim.
Bu necə işləyir? Çox sadə: sizin şüurunuzu asanlıqla yanıltmaq mümkündür. Bu cür iddialar edərək, siz uğura həqiqətən də inanır və nəticədə onu əldə edirsiniz. Bundan əlavə, biz minnətdarlıq hiss edəndə pozitiv düşünürük və özümüzü enerjili hiss edirik.

pahoo.az
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO
Dünən, 10:20
Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI