Xatirə də Qaradağlının əməllərini ifşa etdi - “Pulsuz görülən işlərin axırı belə olur"
Maraqli
Oxunub: 587
28 sen 2017 | 08:53
Xatirə də Qaradağlının əməllərini ifşa etdi - “Pulsuz görülən işlərin axırı belə olur"














Xəbər verdiyimiz kimi, ötən gün ATV telekanalının rəhbərliyindən kənarlaşdırılan Vüqar Qaradağlı ilə bağlı tanınmış müğənnilər ittihamlar səsləndirərək ATV-nin vitse-prezidenti, eyni zamanda V. Qaradağlının qaynı Rauf Dadaşovun istəyi ilə şou-proqramlarda, toylarda, dövlət tədbirlərində ödənişsiz çıxış etdiklərini bildiriblər.

Qafqazinfo xəbər verir ki, müğənni Xatirə İslam da bu vəziyyətlə rastlaşan sənətçilərdən biridir.

Müğənni bu gün İnstaqram səhifəsində V. Qaradağlının kanal rəhbəri olduğu zamanlarda ona qarşı edilən haqsızlıqlardan danışıb.

"Əslində bu bərədə heç danışmaq fikrim yox idi, çünki mənim üçün o qədər də əhəmiyyətli məsələ deyil. Sadəcə görürəm ki, hər kəs münasibət bildirir. İstədim siz də mənə qarşı atılan addımdan xəbərdar olasınız. Hər kəsə ayrılıqda hörmətim var, ama məni narahat bəzi suallarım var. İstəyirəm onları da bildirim. Özümün belə xəbərim olmadan ATV kanalında "qara siyahı”ya salınmışam. Görəsən, bu, mənim ATV-nin bütün bölgələrdəki konsertlərində, dövlət tədbirlərində, toylarında təmənnasız iştirakıma görə qoyulub?

Əslində düz edirlər... Hörmət xatirinə pulsuz görülən işlərin axırı belə olur. Yəqin bəzi müğənnilər kimi mən də qonorar istəsəydim bu halla rastlaşmazdım! 18 illik səhnə fəaliyyətimdə dəvət olunduğum hər yerdə canla- başla iştirak etmişəm! Rəhmətlik İslam Rzayevə müəllim yox, həmişə Baba gözüylə baxmışam. Nə etmişəmsə, min kərə halal xoşu olsun. Dəfnində iştirak edən 150 kişi arasında Xatirə İslam tək qadın olaraq ustadını torpağa tapşırdı! Bunu hər kəs bilir ki, mən həmişə əlimdən gələni etmişəm ki, ustadımın adını yaşadım, dəfələrlə İslam müəllimin yaradıcılıq gecəsini keçirtmişəm, İslam Rzayevə həsr olunmuş bir neçə kitabları dərc etdirmişəm. İndi təsəvvür edin ki, ustadımla bağlı veriliş hazırlanır və mən ora dəvət olunmuram!

Kanalın siyasətinə qarışmıram. Ola bilər ki, hansısa müğənni "qara siyahı”ya düşəcək bir addım atıb və onu kanala dəvət etmirlər. Bəs 18 ildir istər estrada, istər xalq musiqisi sahəsində çalışan məni hansı əsasla məlumat vermədən, mövqeyimi öyrənmədən qara siyahıya salmışdılar? 106.3 radiosunda vəziyyət isə lap acınacaqlı idi. Orada ancaq 4-5 müğənninin mahnıları səslənirdi və düzünü desək, mahnı səslənməmiş müğənninin adını da deyirdilər, çünki bilirdilər ki, həmin adamı tanıyan yoxdur və eyni tərz müğənnilər olduğundan ifaçının kim olduğu bilinmirdi. Mənim isə mahnım gündə bir dəfə verilərdi, ya yox! Hər bir halda çalışaq həmişə obyektiv olaq, heç kimin haqqına girməyək! Mənə lazım olsa, sevənlərimə burdan da sözümü deyib mahnımı canlı oxuyaram”, - deyə Xatirə İslam qeyd edib.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ