“Siqaret çəkən şəxslərdə infarkt riski 5 dəfə artıb” - Kardioloq
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının kardioloqu Fuad Səmədov bildirib ki, bir çox faktorlar mütəmadi nəzarət etsək, bizə verilmiş imkanlar çərçivəsində ürəyimizi qoruya bilərik.
AZTB.info medicina.az-a istinadən bildirir ki, kardioloqun sözlərinə görə, ürəyinin sağlam olmasını istəyən şəxs buna bir və ya iki gün içərisində nail ola bilməz.
"Ona görə də hər bir insan erkən yaşlarından sağlamlığına fikir verməlidir. 50 yaşdan sonra bir insanın sağlamlığını düşünməsi, qismən gecikmiş bir tədbirdir. Ürək-damar xəstəliklərinin azaldılması hədəflənirsə, buna gənc yaşlardan, hətta uşaqlıq dönəmindən başlamağımız lazımdır. Ürək xəstəlikləri riskini artıran başlıca amillər siqaret çəkmə və digər zərərli vərdişlər, düzgün qidalanmama, artıq çəki, passiv həyat tərzidir. Bu risk faktorları ilə fərd və xalq olaraq mübarizə apara bilsək, gələcəkdə bir çox xəstəliyin qarşısını ala və ya gecikdirə bilərik. Siqaret çəkən şəxslərdə miokard infarktı riski çəkməyən yaşıdları ilə müqayisədə 5 dəfə artıb. Əgər yaxın qohumlarda infarkt keçirmiş şəxslər varsa və ya həmin şəxsdə şəkərli diabet və ya təzyiq xəstəliyi də olarsa, bu risk həddən artıq yüksəlir.
Digər mühüm risk faktoru həyatın hər anında qarşılaşdığımız stressdir. Bəlkə də risk faktorları arasında ən təhlükəlisi olan stressdən mümkün qədər uzaq olmaq riskləri azaldacaqdır. Son zamanlarda televiziya qarşısında keçirilən vaxtın müddəti ilə ürək-damar xəstəlikləri arasında əlaqə aşkarlanıb. TV izləmək yerinə idmanla məşğul olmaq sağlamlığımıza daha çox faydalıdır".
Zərərli vərdişlər sırasında duzdan istifadəni xüsusi qeyd edən həkim, bunun insan sağlamlığına ciddi təsir edən amil olduğunu deyir: "Bəzi bölgələrdə duzdan həddindən çox istifadə edilməsi həmin insanlarda ürək-damar xəstəlikləri riskini artırmış olur. Elə insanlar var ki, sadəcə duzdan istifadəni azaltdığı halda onlarda təzyiq normallaşır. Bütün dünyada qəbul olunub ki, bir insan duzdan nə qədər çox istifadə edərsə, gələcəkdə həm təzyiq, həm də ürək çatışmazlığından əziyyət çəkmə ehtimalı daha çoxdur".
F. Səmədov deyir ki, ürəyə təsir edən ən önəmli faktorlardan biri - ailə faktoru, yəni genetik faktordur:
"Amma biz buna müdaxilə edə bilmərik. Məsələn, bir ailədən olan iki qardaş fərqli mühitlərdə böyüyür. Biri həyatına tam sağlam şəkildə, digəri isə zərərli vərdişlər, siqaretdən istifadə ilə davam edir. Təbii ki, bu insanlar eyni şəkildə sağlam həyat tərzinə və ömür müddətinə sahib ola bilməyəcəklər. Bu zaman zərərli vərdişi olan insan daha erkən ürək-damar xəstəliyinə və digər xəstəliklərə tutulacaq. Ona görə də bir ailədə genetik faktor varsa, mütləq həmin insanın sağlam həyat tərzi sürməsi vacibdir".
Havaların qəfildən dəyişməsinin ürək-damar xəstəliklərinə təsiri barədə danışan həkim bildirib ki, bu dəyişikliklər sağlam insanlarda normal intervalda baş verir.
"Sağlam insanlar bu intervalı rahatlıqla keçirə bilirlər. Onlarda təzyiqin enməsi və ya qalxması halları müşahidə edilər. Məsələn, bir insan gün ərzində çox siqaret çəkirsə, həmin gün o insan şikayətlərinin artdığını deyə bilər. Burda havanın heç bir təsiri yoxdur. Yalnız ürəyində çox böyük problemləri olan insanlara bu dəyişkənlik mənfi təsir göstərə bilər".
"Ürək-damar xəstəlikləri riskini azaltmaq üçün nələr etməliyik" sualına isə həkim belə cavab verib:
"Uşaqlıqdan buna diqqət yetirmək lazımdır. Məsələn, artıq çəkili bir uşağın gələcəkdə ürək xəstəliklərinə tutulma ehtimalı daha çoxdur. Ona görə də valideynlər övladlarının kök olmasına can atmamalıdırlar. Çünki, bu gələcəkdə risklərlə qarşılaşma deməkdir.
Siqaretdən istifadənin getdikcə artdığı ölkələr içərisində Azərbaycanın yer alması çox üzücüdür. Bir çox inkişaf etmiş ölkələrdə artıq tütündən istifadə məhdudlaşdırıldığı halda, bizim ölkəmizdə bunun daha çox istifadəsi həkim olaraq məni də çox düşündürür. Bununla mübarizədə hər birimiz aktiv olmalı və maksimum maarifləndirmə işlərinə dəstək verməliyik. Evdə valideynlər, məktəbdə müəllimlər yeniyetmələri bu zərərli vərdişlərdən çəkindirməlidir. Enerji içkilərinin də olduqca çox istifadəsi gələcəkdə çox böyük problemlərə gətirib çıxaracaq. Gəncləri sağlam həyata səsləmək lazımdır. Onlar idmanla, üzgüçülüklə, velosiped sürməklə öz sağlamlıqlarını qoruya bilərlər, nəinki siqaretdən, enerji içkilərindən istifadə edərək".
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”