"Mən 35 kilo çəkimlə un kisəsi daşıyırdım, küçələrdə yatırdım, heç kimim yox idi" - Samiraldo
Maraqli
Oxunub: 679
9 okt 2017 | 20:50
"Mən 35 kilo çəkimlə un kisəsi daşıyırdım, küçələrdə yatırdım, heç kimim yox idi" - Samiraldo













Kult.az "Samiraldo” kimi tanınan məşhur stilist Samir Əliyevlə müsahibəni təqdim edir.

- Samiraldo, ənənəyə görə, indi mən sənə ayaq verməliyəm. Təxminən belə: Əvvəlcə özünüz barədə məlumat verin-filan. Amma səni hamı tanıyır. Bəs oxucuların, tamaşaçıların tanımadığı, Samiraldoya qədərki və Samiraldodan sonrakı Samir kimdir?

İnternatdan başlayaq...

- Moskvada anadan olmuşam. Qüsurlu doğulmuşam. Sonra gətiriblər Bakıya, internata. Xəstə idim. Ayaqlarım işləmirdi. Atamı, anamı, doğmalarımı arzulayırdım... Onları qucaqlamaq üçün can atırdım. Ana nəfəsinə, ata sevgisinə ehtiyacım vardı. İstəyirdim, anam gəlib başımı tumarlasın. Gəlmədilər. Bir də 40 ildən sonra çıxdılar üzə. Anam, bacım, qardaşım tapıldı. Bəzən özümə sual verirəm ki, ay Allah, niyə bunu Samiraldoya göndərdin? Niyə Samir yetim-yoxsul böyüdü, amma Samiraldonun hər şeyi var? Heç Samiraldonun ehtiyacı da yoxdu onlara.

- Bağışladın onları? Neçə ildən sonra... Necə hissdi bu? Hönkürüb ağladın, bəlkə üsyan etdin, günahlandırdın?..

- Yox. Samiraldo görüşdü onlarla. Çox soyuq. Heç elə bil, doğmaları deyil. Ailəsi deyil. Atam ölüb çoxdan. Anamgilə çox soyuq yanaşdım. Heç bir doğmalıq hissi-filan yox idi. Elə səhəri gün atdım onları qara siyahıya. Əvvəlki kimi - kimsəsiz davam edirəm.

- Çətindi...

- Çətin onda idi ki, mən 35 kilo çəkimlə un kisəsi daşıyırdım, küçələrdə yatırdım. Onlar mənim taleyimlə oynadılar. Çox pis oynadılar. İnternatda qalmaq elə bilirsən rahatdı? Özü də o vaxt lap çətin idi. Müdiriyyət erməni, müəllimlər erməni. İşgəncə, aclıq.

- İnternat Ermənistanda idi?

- Yox, Bakıda. Rusun vaxtı idi. 80-lərin axırını deyirəm. Sonra erməniləri rədd oldu, düzəldi bir az. O vaxtdan nifrət edirəm ermənilərə. Ayrı-seçkilik salırdılar. Rus, yəhudi, erməni uşaqları həmişə bizdən öndəydi. Bizə işgəncə edirdilər. Mən də xəstə, çəlimsiz uşaq. Gəzə bilmirdim. O vaxtdan düşmən bilirəm onları. Qul kimi baxırdılar bizə. Aşağılayırdılar. Onların uşaqlarının yeri cənnət idi sanki. Bizə necə gəldi baxırdılar, yola verirdilər.

- Heç gedirsən həmin məktəbə? Samiri yad edirsənmi?

- Əlbəttə. Ordakı sinif yoldaşlarımla, dost bildiklərimlə görüşürəm arada. Gedirəm, yardım da eləyirəm uşaqlara. Samiri yad etmək deyəndə ki, mən ora Samiraldo kimi getmirəm. Samir kimi gedirəm.

- İnternatdan sonra necə oldu? Hara getdin? Kimin yanına getdin?

- Məni əvvəldən müəllimlər hazırlamışdı. Deyirdilər, sən birinci yıxılacaqsan. Xəstə idim, zəif idim. İki yolum vardı. Ya qalacaqdım internatda - əlillər evinə göndəriləcəkdim – yəqin ki, sonra qocalar evinə - ya da çıxıb özümə həyat quracaqdım. Sıfırdan başlayacaqdım. Mən ikincini seçdim. Allaha söz vermişdim ki, sağlamlıq versin mənə, borcumu qaytaracam.

İnternatı bitirən kimi seçilmiş uşaqları yolladılar Qızıldaşa. 1992-ci ilin sentyabrı idi. Gəldik Qızıldaşa. Ora da dünyanın o başı: daş karxanaları cəhənnəm kimidi. Sanki bir həbsxanaya gətirmişdilər bizi. Vahiməli yer idi. Hər tərəf də dağdı, bir soyuq vardı ki!

Heç nəyim yox idi. Əynimdəki cırıq paltar, köhnə ayaqqabı. Başqa heç nə. Başa düşdüm ki, çətin olacaq. İnternatda eyni taleyi yaşayan adamlardı, heç kim heç kimdən fərqlənmir. Çöldə bir az başqa cürdü axı.

- İşləmək üçün yolladılar sizi, yoxsa?..

- Bizi ora texniki peşə məktəbinə yolladılar. Deməli, fabrik vardı, tikiş fabriki, həm orda işləyirdik, həm də məktəbdə oxuyurduq. Yataqxana da vardı. Amma yaxşı deyildi, yeməkləri pis gündə. Fabrikdə pul əvəzinə papaq-əlcək verirdilər. Təqaüdlər isə üç aylarla verilmirdi.

- Bəs necə dolanırdın?

- Bilirsən, qəsəbəyə getməyə icazə verirdilər. İcazə deyəndə ki, onsuz da bilirdilər ki, hara getsək, ora qayıdacağıq. 92-ci il idi - pis vaxt, qalmağa yer yox, yemək yox... Maşın yuyurdum, nə bilim, fəhləlik edirdim. Bir-iki manat qazanırdım axşama kimi. Bir çörək almaq üçün, bircə dənə çörək. Ölürdüm də təndir çörəyi üçün. Zavod çörəyini Lökbatandan gətirirdilər, o da nə gündə. Yemək olmurdu. O boyda qəsəbədə bircə çörəkçi vardı. Hamı işdən çıxan kimi qaçırdı ora. Elə gözəl qoxusu olur o çörəyin. Həmişə də növbə.

Elə işə də orda başladım. Bir dəfə gözləyirəm növbədə. Hava da soyuq. Ac-susuz o qədər gözləmişəm, ürəyim gedib. Yıxılmışam yerə. Bir də gözümü açdım ki, həmin çörəkçidəyəm. Gətiriblər məni içəri. Yaxşı adamlar idi. Un kisələrini daşıyırdım. 35 kilo çəkiylə özümdən iki dəfə ağır kisələri daşıyırdım. Elə bil, Allah güc vermişdi mənə. İndi iyirmi kilonu güclə qaldırıram.

- Daha qayıtmadın məktəbə?

- Yox, qayıtdım. Səhər gedirdim məktəbə, ordan fabrikə, axşam da səhərə kimi işləyirdim çörəkçidə. Pul vermirdilər e, çörək verirdilər. Ac qalmırdım.

- Nə vaxta qədər qaldın orda?

- Düz dörd il orda işlədim. Sonra məktəbin müdiri dedi ki, artıq vaxtdı, yaşınız çatıb. Sizə yaxşı ol.

- Bəs hara getdin? Harda qaldın?

- Hara getdim işə götürmədilər. Heç üzümə baxmırdılar. Küçələrdə qalırdım. Maşın yuyurdum, ağır işlərdə işləyirdim ki, acından ölməyim.

Bir gün öyrəndim ki, Mərkəzi Bankın açılışı olacaq. Mənə dedilər, Heydər Əliyev də gələcək ora. Tez getdim bankın qabağına. Yüksək vəzifəli məmurlar vardı orda. Şikayət elədim.

- Heydər Əliyevlə görüşdün?

- Yox. Onunla görüşmədim. Qabağa getdim, məmurlara şikayət elədim.

- Qulaq asdılar sənə?

- Sağ olsunlar, eşitdilər. Məni yolladılar Zuğulbadakı "Gənclik” Turizm Mərkəzinə. Mən orda 20 ilə qədər yaşadım. 20 ildən sonra ora bağlandı. Mən ev almışdım artıq özümə.

- Ev? Orda qala-qala necə ev aldın?

- Oranın müdiri çox yaxşı adam idi. Məni oxutdu. Stilistika üzrə oxudum. Başladım işləməyə. Orda qalsam da, işləyirdim. Kreditlə götürmüşdüm evi. Qaytardım borcumu.

- İnternat uşaqlarına ev verirlər axı, məncə?

- Yox, ev verirdilər mənə. Masazırda kimsəsizlər üçün ev tikirlər. Sadəcə istəmədim. İstəmədim ona görə ki, qonşularım hamısı internatdakı uşaqlar olacaq. Mən hər dəfə onları görəndə Samirin yarası qanayacaq.

- Əsgərlikdə olmusan?

- Yox. Əsgərlikdə xəstəliyimə görə olmamışam. Bir dəfə - hələ onda 17 yaşım vardı – şəhərdə maşın yuduğum yerdən "Villis”ə basıb apardılar məni. Hərbiçilər idi. Gətirdilər Biləcəriyə. O vaxt kamendant saatı vardı şəhərdə və kimi harda tutsalar, sorğu-sualsız aparırdılar. Dedilər, gedirsən əsgərliyə. Biləcəridən birtəhər qaçdım. Sonra yoxlamaya getdim, kağız aldım. Doğrudan yararlı deyildim. Ayaqlarım düz-əməlli açılmamışdı onda heç.

- Samir, o çətin günlərində oğurluq etmisən?

- Heç vaxt. Oğurluq əvəzinə, gedib fəhləlik etmişəm, maşın yumuşam. Heç vaxt yalan danışmamışam, heç vaxt ruhumu, bədənimi satmamışam, fahişəlik etməmişəm, kimisə zorlamamışam.

- Bilirsən niyə soruşdum? Ailə tərbiyəsi almayan, ailə qayğısı görməyən də, ən ağır vəziyyətdə belə. oğurluq etməyə bilər...

- Mənə tərbiyəni təcrübə verib, həyat, yaşadıqlarım, gördüklərim verib.

- Dedin, fahişəlik etməmişəm. Fahişəlik nədi?

- O saydıqlarım hamısı fahişəlikdi.

- Səncə, niyə bir çoxları sənə nifrət edir?

- Yəqin qorxurlar. Mən susuram. Samiraldonu özləri tələb ediblər. Mən Samir kimi heç kim idim. Samir kimi yaşamaq çətin. Mənim kimi o qədər insan var çöldə. Kimdi onlar? Necə qazanırlar? Mən stilistəm. Ölkədə ən bahalı stilist. Düzdü, indi stilist kimi qazanmıram.

- Bəs necə qazanırsan? Necə yaşayırsan?

- Tədbirlərə gedirəm, yüksək qonarar alıram. Evim var, maşınım var. Yaxşı dolanıram, Allaha şükür. Bunu Samiraldo etdi Samir üçün. Bir növ Samiri Samiraldo saxlayır. Samiraldo olmasa, Samir acından ölər. Mən Samiraldo obrazını yaşamaq üçün uydurmuşam.

- Samir üçün darıxırsan?

- Darıxırsan deyəndə ki, o həmişə yanımdadı. Evdə olanda Samir oluram. Çölə çıxanda Samiraldo. Düzü, arada Samiraldoya paxıllıq da edirəm. Komplekssiz, rahat yaşayır. Samir taledən əlil, fiziki problemli, keşməkeşli yaşantısı olan biri. O, Samiraldonu başa düşür. Mən quyudan birbaşa 17-ci mərtəbəyə qalxmışam. Samir kimi çoxdan yıxılardım ordan. Məni cəmiyyət məcbur etdi ki, belə bir obraz yaradım.

- Deyirlər, Samiraldo kişi deyil, geydi.

- Mən homoseksual deyiləm. Bax qollarıma, sinəmə. Qorxulu, gizlədəcək bir şey də deyil – olsam, rahat deyərəm. Samiraldo təhqirlərə alışqandı onsuz da. Nədən qorxacam? Amma mən gey deyiləm. Heç vaxt bir belə bir istəyim olmayıb. Samiraldo qəribə geyinir, qəribə davranır, o demək deyil ki, geydi. Heç kim deyə bilməz bunu.

Biz demokratik ölkədə yaşayırıq. Homoseksual olsam, açıq bəyan edərəm. Hər halda, desəm, heç kim tutmaz məni, cinayət işi açmazlar desəm.

- Səncə, homoseksuallar üzdəniraqdı?

- Yox. Mən kiməm ki, kiməsə nifrət edim. Onları müdafiə də etmirəm. Özünü satan adam fahişədi. Mən anadangəlmə problemli doğulanları nəzərdə tuturam. Onlar çox zəif, çox kövrək olur. Onları sıxışdırmaq olmaz. Əksinə, onlara kömək etmək lazımdı. Mən onları dinləyirəm, çalışıram, kömək edim. Onlar təhlükəsiz adamlardı. Heç kimə mane olmurlar.

- Sevdiyin var?

- Sevgi bilmirəm nədi. Sevgi görməmişəm. Gərək adama sevgi verilə. Mən bilmirəm axı sevmək necə olur. Bəlkə də ən çox mən sevirəm? İnsanları sevirəm, yaxşılığı sevirəm... Amma hələ sevdiyim qadın olmayıb.

- Ailə qurmaq, evlənmək barədə düşünmürsən?

- Ömər, mən düşünən insanam, ümumiyyətlə. Samir kimi evlənmək istəyirəm. Amma Samiraldo imkan vermir. Düşünürəm ki, həyat yoldaşım, uşaqlarım gələcəkdə Samiraldo obrazından utanacaq. Heç kimi utandırmaq istəmirəm. Hələlik belə bir fikrim yoxdu. Ailəm üçün qorxuram. Qınaqdan qorxuram.

- Ədəbiyyatla, filmlərlə aran necədi?

- Oxuyuram, vaxt olduqca. Filmləri izləyirəm. Səviyyəli musiqiləri dinləyirəm. Özüm haqqımda da kitab yazılıb. Pis gündədi amma.

- Özün yazmısan?

- Yox e. Bir siyasətçi var, Əhməd Şahidov. O yazıb. Açdım bir az oxudum, gördüm biabırçılıq. Verdim məhkəməyə onu.

- Bir dəfə demişdin, sənə efir qadağası qoyulub. Götürdülər o qadağanı?

- Yox hələ. Efirlərdə qadağanam mən. Elə fürsətkən burdan o kanal rəhbərlərinə demək istəyirəm ki, hansı səbəblə mənə qadağa qoyublar? Ehtiyacım yoxdu e, onsuz da. Mənim səhifələrim efirlərdən çox izlənilir. Sadəcə səbəb maraqlıdı. Bəlkə özüm də bilmədən ciddi səhv iş tutmuşam. Nə etmişəm də?..

- Samir, məncə də artıq ehtiyacın yoxdur efirə... Təşəkkür edirəm müsahibədə səmimi olduğun üçün...

- Çox sağ ol, Ömər.
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR