İkibaşlı adamın DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ – FOTO
Maraqli
Oxunub: 627
14 okt 2017 | 00:31
İkibaşlı adamın DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ – FOTO












Bəzən bir baş insan çiyninə ağırlıq edərkən, meksikalı Paskual Pinon ikinci başı ilə qürür duyurdu. 1889-cu ildə Meksikada doğulan Paskal öz qəribəliyi ilə hər kəsi heyrətə gətirir. Körpənin alın nahiyəsində bir başı da var idi.

“İkibaşlı möcüzə” Paskal Pinon haqda yazını təqdim edirik:

Paskalın ikinci başının olması tibbi cəhətdən tam araşdırılmayıb. Mənbələrə görə, onu Con Şaydler adlı səyyah Meksika torpaqlarında tapıb, haqqında məlumat qələmə almışdı.

Paskalla ilk görüşünü belə təsvir edirdi: “Mən uzun müddət onun axtarışına çıxdım. Meksika ərazisini qarış-qarış gəzdim. Hər kəsi sorğu-sual etdim. Lakin heç kim onun yerini demək istəmirdi. Bəlkə də, ehtiyat edirdilər. Qəbilənin insanlarına bir-bir yaxınlaşıb, ikibaşlı insan hardadır deyirdim. Onlar da mənə acıqlı-acıqlı baxıb, üzlərini çevirirdilər. Günlərin bir günü bəlli oldu ki, Paskala iblisin varisi deyib, onu qapalı mağarada saxlayırlar. Qəbilənin sakinləri düşünürdülər ki, onu gizlətməklə bütün bəlalar sovuşacaq”.

Şaydler Paskalı görəndə gözlərinə inanmır. İnsanlar onu yedirir, içirir lakin əllərini bağlayıb, vəhşi heyvan kimi davranırdılar. Qədərsiz Paskal bütün həyatını gün üzü görmədən qaranlıq soyuq daşların arasında keçirdirdi. Şaydler Meksika hakimiyyəti ilə əlaqə saxlayıb, bu haqsızlığın qarşısını almaq istəyir. Hakim dairələr dünya ictimaiyyətin qınağından qorxub, məsələni gündəmə gətirmək istəmirlər. Sonunda səyyah arzusuna çatır və zavallı Paskalı bu məşəqqətdən xilas edir.

Paskal hesab edirdi ki, ikinci başı müqəddəs Məryəmə aiddir və ona dərin hörmətlə yanaşırdı. Mağarada keçirdiyi illərini isə yada salmaq istəmirdi.

Bir dəfə Con Şaydler Pinona maraqlı təklif irəli sürür. Sirklərdə çıxış edib, pul qazanmaq tövsiyə edir. Paskal razılaşır və tezliklə kifayət qədər məşhurlaşır. İnsanlar şlyapanın içindən çıxan ikinci başı görəndə heyrətə gəlirdilər. Bu baş dodaqlarını tərpədir, onlara baxır hətta sakit səslə danışırdı. Paskal çox su içəndə “Məryəm”in ağzının suyu axır, hıçqırmağa başlayırdı.

Paskal haqda hər yerdə şaiələr gəzirdi. Bəziləri düşünürdü ki, onun ikinci başı əslində şişdir. Üzərinə maska yapışdırıb, pul qazanır. Lakin bu, doğru təxmin olsaydı, Paskalın yalanı ifşa olunar və Ginnesin rekordları kitabına salınmazdı. Məsələyə tibbi cəhətdən yanaşsaq, güman etmək olar ki, onun ikinci başı inkişaf etməmiş əkiz qardaşına məxsusdur. Paskalın ikinci başı bəzən gülümsəyirdi, bu zaman düyüyə bənzər ağ və nazik dişləri üzə çıxardı.

Paskal bəzən insanların ona qəribə davranışlarından təngə gəlir, elə tamaşa zamanı səhnəni tərk edib, tənhalığa qapılırdı. Günlərin bir günü əzazil seyrçilər onun üzərinə yumurta, pomidor atmağa başlayırlar. Bu Paskalın səhnədə ən son çıxışı olur. O sirkdən uzaqlaşıb, özünə qapılır. Bir müddət sonra isə özündə qeyri-adı bacarıq hiss edir. Paskal artıq qarşısındakı insanın gələcək taleyini üzündən oxuya bilirdi. İnsanlar onun iqamətgahına gəlir, pul verib, arzu tuturdular. Bəzi mənbələrə görə, Pinon hətta xəstələrə şəfa verirmiş.

Paskal Pinon çox az yaşayıb. Onun dəfn mərasimində isə qohumlarından heç kim iştirak etməyib. Yəqin ki, onun doğmaları bədheybət Paskaldan utanıblar. Hazırda Paskal Pinonun Meksika muzeylərinin birində fiquru saxlanılır. Fiqurun yanında şlyapa qoyulub. İnsanlar ora pul atıb, arzularının gerçəkləşəcəyinə ümid edirlər. Çünki düşünürlər ki, Pinonun ruhu onlara nəzarət edir. (publika.az)
İkibaşlı adamın DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ – FOTO
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ